Məhkəmə qərarları › İş №2(027)-1254/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1254/2021

17.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1254/2021 17.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X13 oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi vəkil X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Quba şəhəri H.Əliyev prospekti 89 saylı evə dair 1979-cu il tarixli, 2354 saylı şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun babası - X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərzəçi Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Quba şəhəri, H. Əliyev pr. 89 saylı (keçmiş Lenin pr. 89) fərdi yaşayış evi babası (atasının atası) X4 məxsus olmuşdur. Həmin evə babasının adına texniki pasport işlənmiş, amma qeydiyyat vəsiqəsi verilməmişdir. Babası 30.01.1985-ci ildə, atası isə 15.01.1999-cu ildə vəfat etmişdir. Hazırda babasına məxsus olmuş evə dair texniki pasport əsasında daşınmaz əmlakın Dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarış almaq istəyir. Lakin bu texniki pasportda babasının adı “Camo” əvəzinə “Camal” kimi qeyd olunduğundan, çıxarış ala bilmir. Buna görə də 1979-cu il tarixli, 2354 saylı texniki pasportdakı qeydin mərhum babası -X4 məxsus olması faktı müəyyən olunmalıdır. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda qeydi başqa yolla düzəliş etdirmək mümkün deyildir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə Ərizəçi və onun nümayəndəsi vəkili X5 ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdilər. Məhkəmədə şahid qismində dindirilmiş X6 və X11 izahat verərək, 30.01.1985-ci ildə vəfat etmiş X8 tanıdıqlarını, onun adının “Camal” deyil Camo olduğunu qeyd etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, digər ərizəçilər və maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər ərizəçilərin vəmaraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “şəxsiyyət vəsiqəsi”nin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Ərizəçi xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. Həmin şəhadətnamədə X9 atası olaraq qeyd edilmişdir. İş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsinin 02.11.2020-ci il tarixli arayışından görünür ki, X9 20.06.1937-cı il tarixdə anadan olmuşdur. Onun atası – X8, anası – X1r. Həmin arayışda ərizəçinin babasının adı “Camo” olaraq qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 15.01.1999-cu il tarixdə Quba şəhərində vəfat etmişdir. Həmin şəhadətnamədə ərizəçinin babasının adı “Camo” olaraq qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 30.01.1985-ci il tarixdə Quba şəhərində vəfat etmişdir. Həmin şəhadətnamədə ərizəçinin babasının adı “Camo” olaraq qeyd edilmişdir. İş materiallarında olan texniki pasportun surətindən görünür ki, Quba şəhəri H.Əliyev prospekti 89 saylı evə dair 1979-cu il tarixli, 2354 saylı şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport X3 adına qeydiyyat alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X4 1979-cu il tarixli, 2354 saylı şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport tərtib edilərək, Quba şəhəri H.Əliyev prospekti 89 saylı ev mülkiyyətinə verilmişdir. 1979-cu il tarixli, 2354 saylı şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda “X8” əvəzinə səhvən “X7” kimi qeyd olunmuşdur. Ərizəçi məhkəmədən 1979-cu il tarixli, 2354 saylı şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun babası X4 məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilərin göstərdiyi hal, yəni 1979-cu il tarixli, 2354 saylı şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportunun X4 məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. 1979-cu il tarixli, 2354 saylı şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportunun X4 münasibətdə ona məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar