Məhkəmə qərarları › İş №2(027)-1256/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1256/2022

27.12.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1256/2022 27.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçılar İddiaçı2 nümayəndəsi və həmdə İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı paylı mülkiyyətdə olan torpaq sahəsinin bölünməsi və payın naturada ayrılması tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışına əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinin paylı mülkiyyətçilər, X1, Cavabdeh Cəlal oğlu və İddiaçı2 aralarında, X1 ilə İddiaçı2 paylarının həmsərhəd (bitişik) olmaqla bərabər paylarla bölünməsi və payların naturada ayrılması, paylarına uyğun hər birinin mülkiyyət hüquqlarının ayrıca qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı2 nümayəndəsi və həmdə İddiaçı1 iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsində göstərmişdi ki, DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il qeydiyyat tarixli tarixli ********** qeydiyyat nömrəli Çıxarışına əsasən Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi hər birinin payı 1/3 hissədə olmaqla X1, Cavabdeh Cəlal oğlu və İddiaçı2 mülkiyyətindədir. Cavabdeh Cəlal oğlu ilə paylı mülkiyyətçisi olduğu torpaq sahəsinin bölünməsi və payların naturada ayrılması ilə bağlı razılıq əldə edə bilmirlər. Bununla bağlı ona göndərilən yazılı təklifə də cavab verilməmişdir. Bu səbəbdən DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışına əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinin paylı mülkiyyətçilər X1, Cavabdeh Cəlal oğlu və İddiaçı2 aralarında, X1 ilə İddiaçı2 paylarının həmsərhəd (bitişik) olmaqla bərabər paylarla bölünməsi və payların naturada ayrılması, paylarına uyğun hər birinin mülkiyyət hüquqlarının ayrıca qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı2 nümayəndəsi və həmdə İddiaçı1 dinləyərək, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022ci il tarixli **********86 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Quba rayonu İ Nügədi kəndi ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqlarından 0.08 ha torpaq sahəsi ümumi birgə pay hüququ ilə 1/3 hissədə İddiaçı1, 1/3 hissədə İddiaçı2 və 1/3 hissədə Cavabdeh Cəlal oğlunun xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (məhkəmə tikinti-texniki ekspertizası) xx.xx.2022-ci il tarixli 10/6947 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinin yerquruluşunun təşkili şöbəsinin mütəxəssisi mühəndis R.Surxayevin mütəxəssis rəyində qeyd edilir ki, Azərbaycan Respublikası ƏMDK yanında Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən, Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin paylı mülkiyyətçilər- X1, Cavabdeh Cəlal oğlu və İddiaçı2 aralarında bərabər paylarla bölünməsi və payların naturada ayrılması mümkündür. Hər bir mülkiyyətçiyə 275.86 kv.metr olmaqla bölgü aparılmış və sxem tərtib olunmuşdur. Ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəlləsinin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etdi ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli **********86 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Quba rayonu İ Nügədi kəndi ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqlarından 0.08 ha torpaq sahəsi ümumi birgə pay hüququ ilə 1/3 hissədə İddiaçı1, 1/3 hissədə İddiaçı2 və 1/3 hissədə Cavabdeh Cəlal oğlunun xüsusi mülkiyyətinə verilmişdir. İddiaçılar özlərinə və cavabdeh İddiaçı2 hissələrinin həmsərhəd (bitişik) olmaqla bərabər paylarla bölünməsi və payların naturada ayrılması, paylarına uyğun hər birinin mülkiyyət hüquqlarının ayrıca qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ekspertizanın rəyinə əsasən Azərbaycan Respublikası ƏMDK yanında Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən, Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin paylı mülkiyyətçilər- X1, Cavabdeh Cəlal oğlu və İddiaçı2 aralarında bərabər paylarla bölünməsi və payların naturada ayrılması mümkün olmuş, hər bir mülkiyyətçiyə 275.86 kv.metr olmaqla bölgü aparılmış və sxem tərtib olunmuşdur. Göstərilənlərə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbinin qismən əsaslı olması səbəbindən iddia qismən təmin edilməli, Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Quba rayonu Birinci Nügədi kəndində yerləşən paylı mülkiyyət hüququ ilə İddiaçı2,İddiaçı1 və Cavabdeh məxsus olan 0,08 ha torpaq sahəsi paylı mülkiyyətçilər İddiaçı2, İddiaçı1 və Cavabdeh hər birinin payı 275.86 kv.metr, İddiaçı2 ilə İddiaçı1 payları bitişik (həmsərhəd) omaqla, naturada bölünməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Quba rayonu Birinci Nügədi kəndində yerləşən paylı mülkiyyət hüququ ilə İddiaçı2,İddiaçı1 və Cavabdeh məxsus olan 0,08 ha torpaq sahəsi paylı mülkiyyətçilər İddiaçı2, İddiaçı1 və Cavabdeh hər birinin payı 275.86 kv.metr, İddiaçı2 ilə İddiaçı1 payları bitişik (həmsərhəd) omaqla, naturada bölünsün. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar