Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1259/2022 09.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba RİH-nın Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Quba şəhərində anadan olmuş 01 iyun 1972ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizədə göstərmişdi ki, o, xx xxx 1974-ci il tarixdə Quba şəhərində anadan olub. 01 iyun 1972-ci il təvəllüdlü X8 onun bacısıdır. X19 ailə qurana qədər normal, sağlam insan olmuşdur, rəsmi nikahı pozulduqdan sonra isə onda psixoloji problemlər yaranmağa başlamışdır. Təxminən 26 ildir ki, bacının psixoloji vəziyyəti normal deyildir. Keçən illər ərzində bacısı Rəvanəyə anası Züleyxa Səttərova baxaraq qulluq etmişdir. Hal- hazırda anasının 84 yaşı var və onun özünə qulluq lazımdır. Odur ki, anası da bacısına baxa bilmir və onun bütün maddi və mənəvi tələbatlarını ödəməyə məcbur olub. X19 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Quba rayon X1 müalicə də olunmuşdur. Aldığı müalicələrin onun səhhətinə heç bir təsiri olmamış və o, hal-hazırda müstəqil şəkildə qərar vermək və öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. X13 xroniki sayıqlama pozğunluğu diaqnozu qoyulmuşdur. Bildirmək istəyir ki, bacısı Rəvanənin kənar şəxsin köməyi olmadan yaşaması mümkün deyildir. O, öz fikrini ifadə edə bilmir. İllər keçdikcə onun psixi problemləri və xəstəliyi artır, onu idarə edə bilmək daha da çətinləşir. Bacısının xəstəliyi ilə əlaqədar öz hərəkətlərini idarə edə bilmədiyindən müxtəlif dövlət orqanlarında onun adından onun xeyrinə hər hansı hərəkət etməyi mümkünsüz olur. Odur ki, 01 iyun 1972-ci il təvəllüdlü bacısı X2 öz hərəkətlərinin mənasını başa düşməməsinə görə onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək qərarına gələrək, Quba şəhərində anadan olmuş bacısı 01 iyun 1972-ci il təvəllüdlü X2 fəaliyyət qabliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Quba RİH-nın Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Quba RİH-nın Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Ərizəçi dinləyib, ekspert rəyini, iş üzrə materialları hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE 15439752 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 01 iyun 1972-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Sənədlərin atası qrafasında X10, anası qrafasında X6 qeyd olunub. AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 31 may 1975-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Sənədlərin atası qrafasında X10, anası qrafasında X6 qeyd olunub. İş materiallarında olan Quba RMX-nın xx.xx.2022-ci il tarixli, 543 saylı ambulator, stasionar xəstənin tibbi kartasından çıxarışından görünür ki, 01 iyun 1972-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan X7 xroniki sayıqlama pozqunluğu diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X11 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli 2109 saylı rəyin nəticə hissəsindən aydın olur ki, X5 şizofreniya paranoid forma, psixi qüsur əlamətlərilə (F20.0) xroniki psixi xəstəliyi qeyd olunur. Bunu anamestik məlumatlar uzun müddət psixi xəstəlikdən əziyyət çəkməsi, Quba Rayon Psixonevroloji Reabilitasiya Mərkəzində ‘Xroniki sayıqlama pozğunluğu” diaqnozu ilə staseonar müalicədə olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - ünsiyyətə formal daxil olması, təfəkkürünün paroloqik və rabitəsiz olması suallara qeyri-adekvat cavablar verməsi, autikliyi, sayıqlama fikirləri aşkar edilməsi, dəfələrlə eyni cümləni təkrar etməsi, maraq dairəsinin məhdudluğu, emosional-iradi sferasının enməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. X3 şizofreniya paranoid forma, psixi qüsur əlamətləri ilə xroniki psixi xəstəliyi qeyd olunur.Buna görə də X12 qızı tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə görə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X11 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli 2109 saylı rəyini nəzərə alaraq, məhkəmə 01 iyun 1972-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini məqbul hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 01 iyun 1972-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1259/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1259/2022
09.08.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver