Məhkəmə qərarları › İş №2(027)-1259/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1259/2025

15.05.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1259/2025 15.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı1 Cəlal qızının, Cavabdeh və nümayəndəsi qismində vəklili X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 Cəlal qızının və İddiaçı2 maraqlı şəxs Quba regional “Asan Xidmət” mərkəzində notariat ofisi cəlb olunmaqla, Cavabdeh qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı1 Cəlal qızı və İddiaçı2 maraqlı şəxs Quba regional “Asan Xidmət” mərkəzində notariat ofisi cəlb olunmaqla, Cavabdeh qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçılar İddiaçı1 Cəlal qızı və İddiaçı2 məhkəməyə ərizə ilə müraciət edərək, Quba rayon Notariat Kontoru tərəfindən xx.xx.1991-ci il tarixində X1 ilə Cavabdeh arasında ünvan 1 ünvanda yerləşən evin bağışlanmasına dair bağlanmış M-5507 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixində məhkəmə iclası zamanı müəyyən edilmişdi ki, 2(027)-1259/2025 saylı mülki işlə əlaqəli olan iddiaçı Cavabdehlər İddiaçı1 Cəlal qızı və İddiaçı2 qarşı mülkiyyət hüququnun həyata keçirilməsində yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə 2(027)-702/2025 saylı mülki iş icraatdadır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi qismində vəklili X4 vəsatət verərək bildirmişdir ki, 2(027)-1259/2025 saylı mülki işlə əlaqəli olan iddiaçı Cavabdehlər İddiaçı1 Cəlal qızı və İddiaçı2 qarşı mülkiyyət hüququnun həyata keçirilməsində yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə 2(027)-702/2025 saylı mülki iş icraatdadır. Həmin icraatların birrləşdirilməklə baxılması məqsədəmüvafiqdir. İddiaçı1 Cəlal qızı qeyd edilən işlərin bir icraatda baxılmasına etiraz etməmişdir. Məhkəmə hesab edir ki, 2(027)-1259/2025 saylı mülki iş üzrə icraat 2(027)-702/2025 saylı mülki iş üzrə icraatla birləşdirilməklə baxılmalıdır. Tərəflər məhkəmə iclasında 2(027)-1259/2025 saylı mülki iş üzrə icraatın 2(027)-702/2025 saylı mülki işlə bir icraatda birləşdirilməsinə etiraz etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 43, 169.3, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1 Cəlal qızı və İddiaçı2 maraqlı şəxs Quba regional “Asan Xidmət” mərkəzində notariat ofisi cəlb olunmaqla, Cavabdeh qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(027)-1259/2025 saylı mülki iş, iddiaçı Cavabdehlər İddiaçı1 Cəlal qızı və İddiaçı2 qarşı mülkiyyət hüququnun həyata keçirilməsində yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə 2(027)-702/2025 saylı mülki işlə bir icraatda birləşdirilsin. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar