Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1262/2022 17.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 qızının katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 avqust 2019-cu il tarixli AKT № ******* saylı Akt və 30 avqust 2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə” etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 486 (dörd yüz səksən altı) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Quba şəhəri, Vaqif küçəsində yerləşən, müharibə əlillərinə məxsus evin № 02 nömrəli mənzili İddiaçı anasının, şəhid X7ya məxsusdur. İddiaçı, anası, həyat yoldaşı və övladları ilə birlikdə, həmişə həmin mənzildə yaşamışdır. Bu gün də İddiaçı ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. X7 vəfat etdikdən sonra təbii qazdan istifadə ilə bağlı müqavilə onunla bağlanmışdır. (İddia ərizəsinə əlavə edilmiş 26 avqust 2019-cu il tarixli, "''Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı- satqısı Müqaviləsin”-nn surəti). Qazdan istifadəyə görə mütəmadi olaraq ödənişlər etmişdir. Lakin mart 2022-ci il tarixdə diqqət yetirmişdir ki, onun cavabdehə borcu tükənmir. Həmin məsələnin araşdırılması üçün cavabdeh “Azəriqaz” İB-nə müraciət edərək borcla bağlı rəsmi sənədləri istəmişdir. 30 mart 2022-ci il tarixdə ona, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçi arasında qazın alqı-satqısı Müqaviləsi”-nin surəti, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” sentyabr 2019-cu il tarixli, AKT № ******* nömrəli aktın surəti, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 avqust 2019-cu il tarixli, AKT № ******* nömrəli aktın surəti, 30 avqust 2019-cu il tarixli, “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surəti və “Abonentin Saldosu” təqdim edilmişdir. Surətləri İddiaçı təqdim edilmiş sənədlərin əsllərinin və ya təsdiq edilmiş surətlərini ona təqdim edilməsini xahiş etdikdə ona bildirilmişdir ki, həmin sənədlərin təsdiq olunmuş surətlərini yalnız məhkəmə “Azərqaz” İB-dən tələb edə bilər, abonent yox. Həmin səbəbdən, iddia tələbinin əsaslandığı rəsmi sənədlərin cavabdehdən tələb edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* saylı aktdan görünür ki, ******* nömrəli sayğaca ümumi baxış keçirilən zaman sayğacın hesablama mexanizminin şüşəsinin sındığı məlum olmuşdur. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* saylı akt əsasında dəymiş ziyanın həcmi hesablanarkən 4860 m3 sərfiyyat müəyyən edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı 2019-cu il üzrə qalıq 486 manat məbləğində qalıq borcu vardır. İş materiallarında olan “X6 X2”dən görünür, xx.xx.2018-ci il tarixdə ölmüş X1 vərəsəsi oğlu İddiaçıdur Müəyyən olunmuşdur ki, İddiaçı mərhum anası X3 təbii qaz abonenti kimi qeydiyyatdadır. İddiaçı xx.xx.2018-ci il tarixdə ölmüş X1 vərəsəsidir. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixdə onun yaşadığı Quba şəhəri, Vaqif küçəsində yerləşən mənzilində quraşdırılmış sayğacın hesablama mexanizminin şüşəsinin sındığı məlum olmuş və bu barədə ******* nömrəli akt tərtib olunmuşdur. Həmin akt əsasında “Azəriqaz” İB tərəfindən xx.xx.2019-cu il tarixli tələbnamə tərtib olunmuş və həmin tələbnamədə dəymiş ziyanın həcmi hesablanarkən 4860 m3 sərfiyyat müəyyən edilmişdir. Lakin, abonentin saldosuna əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna 486 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Həmçinin, müəyyən olunmuşdur ki, iddiaçının yaşayış sahəsinə qoyulmuş qaz sayğacı onun həyətindən kənarda küçə tərəfdə quraşdırılmışdır. Yaşayış sahəsi üçün küçədə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşıya bilməzdi. Cavabdeh tərəf aktda qaz sayğacına şəxsən iddiaçı tərəfindən müdaxilə edilməsini göstərsə də, həmin faktı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, qaz sаyğаcı iddiаçının cаvаbdehliyi sərhəddində qurаşdırılmаmışdır. Onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda iddiаçıyа əsаssız olаrаq 486 manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.8-ci bəndinə əsasən iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımışdır. İddiaçı aktın və tələbnamənin etibatsız hesab edilməsi tələbini qoysa da mahiyyətcə borcun silinməsi barədə tələb irəli sürür. Göründüyü kimi iddiaçının prosessual məqsədi onun hesabında sayğacdan kənar hesablanmış borcun qanunsuz sayılması olduğundan borcun silinməsidir. Yəni iddiaçı aktın ləğv edilməsi barədə iddia versə də (akt özlüyündə mövcuddur), məhkəmə iddianı akt üzrə nəzərdə tutulan ödəmənin silinməsi barədə iddia kimi qəbul edir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən əsassız hesablanmış 486 manat məbləğində borc iddiaçının **********01830 saylı abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı **********01830 saylı abonent hesabına hesablanmış 486 (dörd yüz səksən altı) manat məbləğində borc pul onun abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. . Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1262/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1262/2022
17.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver