Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1262/2023 28.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X3, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə çıxarışın və digər hüquq müəyyənedici sənədlərin ləğv edillməsinə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN 340 saylı, KOD 30301004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 0.08 ha torpaq sahəsinin 0.02 ha hissəsinə hüquqların Cavabdeh adına keçməsinə dair 4Ə-1915 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli, AN-İ seriyalı, № ******* nömrəli alğı-satqı müqaviləsi etibarsız hesab edilməsi, həmin müqavilə ilə əlaqəli 4Ə-1915 reyestr nömrəsinin ləğv edilməsi, həmin müqavilə əsasında Cavabdeh adına ƏMDK DƏDRX yanında 5 saylı Xaçmaz Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2019cu il tarixli, ********** qeydiyyat nömrəsinin ləğv edilməsi, həmin qeyd əsasında verilmiş Çıxarış etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X5 qarşı Quba rayon dövlət notariat kontorunda təsdiq olunmuş 10 aprel 2006-cı il tarixli, 4-Ə-143 saylı alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə ilə əlaqəli 10 aprel 2006-cı il tarixli, 4-Ə-143 saylı reyestr qeydinin ləğv edilməsi, 10 aprel 2006-cı il tarixli, 4-Ə-143 saylı alğı-satqı müqaviləsi əsasında verilmiş JN 340 saylı, KOD 30301004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında ƏMDK DƏDRX yanında 5 saylı Xaçmaz Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş 222 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində olan qeydin ləğv edilməsi və həmin qeyd əsasında verilmiş RX serialı, ******* saylı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli, 2(027)-417/2020 saylı qətnaməsi ilə iddia təmin olunmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2020-ci il tarixli, 2(105)-2205/2020 saylı qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli, “(027)-417/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırki iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 fevral 2021-ci il tarixli, 2(102)- 1846/2021 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2020-ci il tarixli, 2(105)-2205/2020 saylı qətnaməsi ləğv edilmiş, yenidən baxılması üçün mülki iş apelyasiya instansiya məhkəməsinə göndərilmişdir. Hazırki iddia ərizəsinə əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 dekabr 2021-ci il tarixli, 2(105)-1729/2020 saylı qətnaməsindən göründüyü kimi, Quba Rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli, 2(027)-417/2020 saylı qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək Quba rayon dövlət notariat kontorunda təsdiq olunmuş 10 aprel 2006cı il tarixli, 4-Ə143 saylı alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş, 10 aprel 2006-cı il tarixli, 4-Ə-143 saylı alğı-satqı müqaviləsi əsasında verilmiş JN 340 saylı, KOD 30301004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə etibarsız hesab edilmiş, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində 222 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində edilmiş qeyd ləğv edilmiş və həmin qeyd əsasında verilmiş RX seriyalı, ******* saylı reyestrdən Çıxarış etibarsız hesab edilmişdir. Hazırda ona bəlli olmuşdur ki, ləğv edilmiş JN 340 saylı, KOD 30301004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mübahisəli 0.08 ha torpaq sahəsinin 0.02 ha torpaq sahəsi, 4Ə-1915 reyestr nömrəli xx.xx.2019-cu il tarixli, AN-İ seriyalı,0795460 nömrəli alğı-satqı müqaviləsi əsasında Cavabdeh adına özgəninkiləşmiş və xx.xx.2019-cu il tarixdə onun adına ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Ləğv edilmiş JN 340 saylı, KOD 30301004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 0.08 ha torpaq sahəsinin 0.02 ha hissəsinə hüquqların Cavabdeh adına keçməsinə dair 4Ə-1915 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli, AN-İ seriyalı, ******* nömrəli alğı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin müqavilə ilə əlaqəli 4Ə-1915 reyestr nömrəsi ləğv edilməli, həmin müqavilə əsasında Cavabdeh adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsi ləğv edilməli, həmin qeyddən verilmiş Çıxarış etibarsız hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X6 bildirmişdir ki, mübahisə predmetini təşkil edən torpaq sahəsini 2019-cu ildən əvvəl almış, lakin torpaq sahəsinin rəsmiləşdirilməsini 2019-cu ildə etmişdir. Həmin torpaq sahəsində ev tikmişdir. İddia tələbini qəbul etmir. İddia tələbinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-417/2020 saylı, 14 may 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı X5 qarşı alğı-satqı müqaviləsinin, şəhadətnamənin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi və qeydlərin ləğv edilməsi tələbinə dair iddiası təmin olunmamışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 oktyabr 2020-ci il tarixli, 2(105)2205/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 2(027)-417/2020 saylı, 14 may 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 1846/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarın görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2205/2020 nömrəli iş üzrə 02 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı xx.xx.2006-cı il tarixli, 4-Ə-143 saylı alğı-satqı müqaviləsinin ləğvini deyil, etibarsızlığını mübahisələndirir. Bunun üçün isə müqavilənin tərəfi olmaq şərt deyildir. İddiaçı istinad edilən müqavilənin onun hüquqlarına toxunmasını göstərmiş və tələbini iddia ərizəsində göstərilənlərlə əsaslandırmışdır. Lakin buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi iddiaçının hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququnun olmaması barədə düzgün olmayan nəticəyə gəlmişdir. İş materiallarında Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1726/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)-417/2020 saylı, 14 may 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmiş, Quba rayon Dövlət notariat kontorunda təsdiq olunduğu göstərilən xx.xx.2006-cı il tarixli, 4-Ə-143 saylı alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş, xx.xx.2006-cı il tarixli, 4-Ə-143 saylı alqı-satqı müqaviləsi əsasında verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN 340 saylı, 30301004 kodlu Şəhadətnamə etibarsız hesab edilmiş, həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası DƏDRX yanında 5 sayi Xaçmaz Ərazi İdarəsində daşınmaz əmlakın Dövlət reyestrində 222 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində edilmiş qeyd ləğv edilmiş və həmin qeydə əsasən verilmiş RX seriyalı,1401655 saylı reyestrdən Çıxarış etibarsız hesab edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1726/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)- 417/2020 saylı, 14 may 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmiş, Quba rayon Dövlət notariat kontorunda təsdiq olunduğu göstərilən xx.xx.2006-cı il tarixli, 4-Ə-143 saylı alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş, xx.xx.2006-cı il tarixli, 4-Ə-143 saylı alğı-satqı müqaviləsi əsasında verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN 340 saylı, 30301004 kodlu Şəhadətnamə etibarsız hesab edilmiş, həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası DƏDRX yanında 5 sayi Xaçmaz Ərazi İdarəsində daşınmaz əmlakın Dövlət reyestrində 222 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində edilmiş qeyd ləğv edilmiş və həmin qeydə əsasən verilmiş RX seriyalı,1401655 saylı reyestrdən Çıxarış etibarsız hesab edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli torpaq sahəsində iddiaçı və keçmiş əri tərəfindən tikilmiş fərdi yaşayış evi mövcuddur, evdə iddiaçı və övladı yaşayır. Həmin torpaq sahəsində cavabdehin yaşadığı evin mövcud olması məhkəmə qətnaməsi ilə də təsdiq edilir. Həmin torpaq sahəsinin satılması da iddiaçının maraqlarına toxunur. Göründüyü kimi iddiaçı 0,08 ha torpaq sahəsinin satılmasına əsas olmuş Quba Bələdiyyəsi ilə X7 arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 4Ə-143 saylı alqı-satqı müqaviləsi mübahisələndirir. İş materialları ilə müəyyən edilir ki, mübahisəli 0,08 ha torpaq sahəsinin Quba Bələdiyyəsi tərəfindən X1 dair tərəflər arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 4Ə-143 saylı alqı-satqı müqaviləsi mövcud deyildir. Həmçinin həmin notariat ofisində 143 reyestr nömrəsi ilə qeydiyyata alınmış müqavilə xx.xx.2006-cı il tarixdə cavabdehlə Quba Bələdiyyəsi arasında deyil, başqa şəxslər arasında rəsmiləşdirilmişdir. Eyni zamanda qeyd edilən müqavilənin təqdim edilməsi iş üzrə tərəflərə bildirilsə də, nə həmin müqavilənin surətini nə də, əslini məhkəməyə təqdim edə bilməmişlər. Göründüyü kimi, qeyd edilən müqavilənin mövcudluğu iş materialları ilə nəinki təsdiq, hətta təkzib edilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirdiyi 0,08 ha torpaq sahəsinin Quba Bələdiyyəsi tərəfindən cavabdehə satılması barədə xx.xx.2006-cı il tarixli, 4Ə-143 saylı alqı-satqı müqaviləsi aşkar edilmədiyindən həmin müqavilə əsasında 0,08 ha torpaq sahəsinin cavabdeh Məmləkət Səfərovaya satılması da təkzib edilir. Bu səbəbdən də məhkəmə kollegiyası qeyd edir ki, Quba rayon Dövlət notariat kontorunda təsdiq olunmuş xx.xx.2006-cı il tarixli, 4-Ə-143 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə ilə əlaqəli xx.xx.2006-cı il tarixli, 4-Ə-143 saylı reyestr qeydi ləğv edilməsinə zərurət yoxdur. Belə ki, qeyd edilən müqavilə bağlanmamışdır. 4-Ə-143 saylı reysetr nömrəsilə başqa tarixdə, başqa şəxslər arasında müqavilə bağlanmışdır. Belə olan halda, mövcud olmayan müqavilənin etibarsızlığı barədə iddia tələbi də istisna olunur. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********87 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Quba şəhərində yerləşən 0.08 ha torpaq sahəsi X4 mülkiyyətində olmuşdur. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışdan görünür ki, Quba şəhərində yerləşən 0.02 ha torpaq sahəsi X8 mülkiyyətindədir. İş materiallarında olan 4Ə-1915 reyestr nömrəli, ******* saylı, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, X2 şəhərində yerləşən 0.08 ha torpaq sahəsinin 0.02 ha hissəsini 5.000 manata Cavabdeh satmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli Qərarında qeyd edir ki, “Torpaq İslahatı haqqında” Qanunda təsbit olunmuş vəzifələrin yerinə yetirilməsi daimi istifadəyə verilmiş həyətyanı torpaq sahələri üzərində vətəndaşların xüsusi mülkiyyət hüququnun təmin edilməsini və səlahiyyətli dövlət orqanları tərəfindən vətəndaşların torpaq sahələrinə xüsusi mülkiyyət hüququnun maneəsiz əldə olunması üçün bütün lazımı tədbirlərin görülməsini tələb edir. Bu mənada, həmin dövlət orqanları tərəfindən həyətyanı torpaq sahəsinin orada qeydiyyatda olan şəxslərin mülkiyyətinə verilməsi torpaq islahatlarının səmərəli həyata keçirilməsinə yönələn tədbirlərdən biri hesab oluna bilər. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin əvəzsiz olaraq xüsusi mülkiyyətə verilməsi qaydası, bu hüququn əmələ gəlməsində maraqlı olan və həmin sahədən vicdanla, fasiləsiz istifadə etmiş şəxslərə məhdudiyyətlər yaratmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 19-cu maddəsinə əsasən Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə məhkəmə araşdırması zamanı sübuta yetirilir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1726/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 2(027)-417/2020 saylı, 14 may 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmiş, Quba rayon Dövlət notariat kontorunda təsdiq olunduğu göstərilən xx.xx.2006-cı il tarixli, 4-Ə-143 saylı alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş, xx.xx.2006-cı il tarixli, 4-Ə-143 saylı alğı-satqı müqaviləsi əsasında verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN 340 saylı, 30301004 kodlu Şəhadətnamə etibarsız hesab edilmiş, həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası DƏDRX yanında 5 sayi Xaçmaz Ərazi İdarəsində daşınmaz əmlakın Dövlət reyestrində 222 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində edilmiş qeyd ləğv edilmiş və həmin qeydə əsasən verilmiş RX seriyalı,1401655 saylı reyestrdən Çıxarış etibarsız hesab edilmişdir. Lakin, 4Ə-1915 reyestr nömrəli, ******* saylı, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alğısatqı müqaviləsi əsasında mübahisə predmetini təşkil edən X4 mülkiyyətində olan 0.08 ha torpaq sahəsinin 0.02 ha hissəsi sonuncu tərəfindən 5.000 manata Cavabdeh satılmışdır. Həmin alğı-satqı müqaviləsi əsasında 0.02 ha torpaq sahəsinə Cavabdeh adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarış verilərək, torpaq sahəsi onun adına qeydiyyata alınmışdır. İddiaçı hal-hazırda məhkəməyə müraciət edərək, JN 340 saylı, KOD 30301004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 0.08 ha torpaq sahəsinin 0.02 ha hissəsinə hüquqların Cavabdeh adına keçməsinə dair 4Ə-1915 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli, AN-İ seriyalı, № ******* nömrəli alğı-satqı müqaviləsi etibarsız hesab edilməsini, həmin müqavilə ilə əlaqəli 4Ə-1915 reyestr nömrəsinin ləğv edilməsini, həmin müqavilə əsasında Cavabdeh adına ƏMDK DƏDRX yanında 5 saylı Xaçmaz Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsinin ləğv edilməsini və həmin qeyd əsasında verilmiş Çıxarış etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1726/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Quba rayon Dövlət notariat kontorunda təsdiq olunduğu göstərilən xx.xx.2006-cı il tarixli, 4-Ə-143 saylı alğı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, xx.xx.2006-cı il tarixli, 4-Ə-143 saylı alğı-satqı müqaviləsi əsasında verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN 340 saylı, 30301004 kodlu Şəhadətnamə etibarsız hesab edildiyindən, həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası DƏDRX yanında 5 sayi Xaçmaz Ərazi İdarəsində daşınmaz əmlakın Dövlət reyestrində 222 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində edilmiş qeyd ləğv edildiyindən və həmin qeydə əsasən verilmiş RX seriyalı,1401655 saylı reyestrdən Çıxarış etibarsız hesab edildiyindən, Cavabdeh ilə X7 arasında bağlanmış 4Ə- 1915 reyestr nömrəli, ******* saylı, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh adına tərtib edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019cu il qeydiyyat tarixli çıxarış etibarsız hesab edilməlidir. Çünki, 4Ə-1915 reyestr nömrəli, ******* saylı, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin bağlanmasına səbəb olan X4 adına qeydiyyata alınmış hüquq müəyyənedici sənədlər (alğı-satqı müqaviləsi, şəhadətnamə və çıxarış) Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1726/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə etibarsız və ləğv edilmişdir. Belə olan halda, X7 tərəfindən onun adına qeydiyyata alınmış hüquq müəyyənedici sənədlər (alğı-satqı müqaviləsi, şəhadətnamə və çıxarış) əsasında aparılan qeydlərin nəticələri də etibarsız hesab edilməlidir. İşin həqiqi faktiki hallarından göründüyü kimi, iddiaçının irəli sürdüyü faktiki hallar onun mübahisələndirilən əqdə dair iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır; belə ki, məhkəmə araşdırması zamanı sübuta yetirlmişdir ki, xx.xx.2006-cı il tarixli, 4-Ə-143 saylı alğı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, həmçinin xx.xx.2006-cı il tarixli, 4-Ə-143 saylı alğı-satqı müqaviləsi əsasında verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN 340 saylı, 30301004 kodlu Şəhadətnamə etibarsız hesab edildiyindən, həmin aktlar əsasında bağlanmış bütün mülki-hüquqi əqdlər atibarsız hesab edilməldir. Çünkli sonrakı əqdlər etibarsız hesab edilmiş müqavilələr əsasında bağlanmışdır. Yəni, sonradan bağlanmış müqavilənin əsası olan əqdlər məhkəmə tərəfindən etibarsız hesab edilmişdir. Halbuki, mülki qanunvericiliyin tələblərinə görə, hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə, “bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və 4Ə-1915 reyestr nömrəli, ******* saylı, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilməli, 4Ə-1915 reyestr nömrəli, ******* saylı, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə əlaqəli 4Ə-1915 reyestr nömrəsi ləğv edilməli, həmin müqavilə əsasında Cavabdeh adına ƏMDK DƏDRX yanında 5 saylı Xaçmaz Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsi ləğv edilməli və həmin qeyd əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarış etibarsız hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 4Ə-1915 reyestr nömrəli, ******* saylı, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alğısatqı müqaviləsi etibarsız hesab edilsin. 4Ə-1915 reyestr nömrəli, ******* saylı, xx.xx.2019cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə əlaqəli 4Ə-1915 reyestr nömrəsi ləğv edilsin. 4Ə-1915 reyestr nömrəli, ******* saylı, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında Cavabdeh adına ƏMDK DƏDRX yanında 5 saylı Xaçmaz Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsi ləğv edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarış etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1262/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1262/2023
28.08.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver