Məhkəmə qərarları › İş №2(027)-1264/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1264/2021

16.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1264/2021 16.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi1 nümayəndəsi Ərizəçi4 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, X6, Aqahüseyinova (Nurəhmədli) Kamilə Aqahüseyin qızı və Ərizəçi4 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, X6, Aqahüseyinova (Nurəhmədli) Kamilə Aqahüseyin qızı və Ərizəçi4 ərizə ilə məhkəməyə müraciət edərək, Torpağa Mülkiyyət Hüququna dair JN-868 kod 30319018 saylı Dövlət Aktının Ərizəçi1, X6, Aqahüseyinova (Nurəhmədli) Kamilə Aqahüseyin qızı və Ərizəçi4 məxsus olması faktınının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdilər. Məhkəmədə Ərizəçi1 nümayəndəsi, həm də Ərizəçi4 ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizə onunla əsaslandırılmışdır ki, onlar bir ailə olmaqla, Ərizəçi1, X6, X9, Ərizəçi4, X14 və X11 Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli 07 nömrəli qərarı ilə Torpağa Mülkiyyət Hüququna dair JN:868 KOD30319018 saylı Dövlət Aktına əsasən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1,33 ha torpaq sahəsi verilmişdir. Lakin, Torpağa Mülkiyyət Hüququna dair JN:868 KOD30319018 saylı Dövlət Aktında Ərizəçi1, X6, X9, Ərizəçi4 adları səhv yazılmışıdr. Belə ki, Dövlət Aktında “Ərizəçi1” əvəzinə səhvən “X12”, “X6” əvəzinə səhvən “Ərizəçi2”, “X9” əvəzinə səhvən “X13”, “Ərizəçi4” əvəzinə səhvən “X16” kimi yazılmışıdr. Onların digər bütün sənədlərində adları Ağahüseyin Abusəlim oğlu, X10, X9, Ərizəçi4 kimi yazılmışıdır. Hazırda onlara məxsus torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq istəyirlər. X33 mülkiyyətçinin adı düzgün yazılmadığından bu mümkün deyildir. Dövlət Aktını verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyindən Dövlət Aktındakı yanlışlıqları aradan qaldıra bilmir və məhkəməyə müraciət etmək məcburiyyətində qaldılar. Göstərilənləri nəzərə alaraq, Torpağa Mülkiyyət Hüququna dair JN-868 kod 30319018 saylı Dövlət Aktının Ərizəçi1, X6, Aqahüseyinova (Nurəhmədli) Kamilə Aqahüseyin qızı və Ərizəçi4 məxsus olması faktınının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdilər İş üzrə ərizəçilər X3, Aqahüseyinova (Nurəhmədli) Kamilə Aqahüseyin qızına və maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz İdarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə ərizəçi X6, Aqahüseyinova (Nurəhmədli) Kamilə Aqahüseyin qızının və maraqlı şəxs, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmədə iş üzrə şahid X30 bildirdi ki, Ərizəçi1 onun böyük qardaşıdı. Onun adı Ərizəçi1 olduğu halda, JN-868 kod 30319018 saylı X31 Ağahüseyn kimi səhv yazılıb. Məhkəmə ərizəçilər Ərizəçi1 nümayəndəsi Ərizəçi4, şahid X24 dinləyib və işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin və AZ-T 022901 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, şəxsiyyət vəsiqəsinin və şəhadətnamənin ad, soyad, ata adı qrafasında Ərizəçi1 kimi yazılmışdır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, şəxsiyyət vəsiqəsinin ad, soyad, ata adı qrafasında X1 yazılmışdır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, şəxsiyyət vəsiqəsinin ad, soyad, ata adı qrafasında Ərizəçi3 kimi yazılmışdır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin və İX-ЖГ ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, şəxsiyyət vəsiqəsinin və şəhadətnamənin ad, soyad, ata adı qrafasında Ərizəçi4 kimi, yazılmışdır. İş materiallarında olan Quba RİHB-nın İ Nügədi İƏD-si üzrə nümayəndəliyindən verilmiş 27.04.2001-ci il ytarixli 398 nömrəli arayışdan görünür ki, Ərizəçi1 Quba rayonu, İ Nügədi kəndində, qeydiyyatdadır, həmin kənddə yaşayır, Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli 07 nömrəli qərarı ilə Torpağa Mülkiyyət Hüququna dair JN:868 KOD30319018 saylı Dövlət Aktı ona və ailə üzvlərinə məxsusdur. İş materiallarında olan, Quba rayon Aqrar İslahatı Komissiyasının 23 mart 1999-cu il tarixli 07 nömrəli qərarı ilə Torpağa Mülkiyyət Hüququna dair JN:868 KOD30319018 saylı Dövlət Aktına əsasən Ərizəçi1, X3, və X4, Ərizəçi4, X7, X2 təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 1.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin Aktda “Ərizəçi1” əvəzinə səhvən “Ağahüseynov Ağahüseyn”, “Ağahüseyinova Mehriban” əvəzinə səhvən, “Ərizəçi2”, “X9” əvəzinə səhvən “X13”, “Ərizəçi4” əvəzinə səhvən “X5 yazılmşdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz İdarəsinin Ərizəçi4 ünvanladığı 01.03.2021-ci il tarixli məktubda JN:868 KOD30319018 saylı Torpağa Mülkiyyət Hüququna X34 ad və soyadlarında yaranmış uyğunsuzluğları aradan qaldırmaq və düzəlişlərin həyata kemirilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 23 mart 1999-cu il tarixli 07 nömrəli qərarı ilə Torpağa Mülkiyyət Hüququna dair JN:868 KOD30319018 saylı Dövlət Aktının Ərizəçi1, X6, Aqahüseyinova (Nurəhmədli) Kamilə Aqahüseyin qızı və Ərizəçi4 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. Torpağa Mülkiyyət Hüququna dair JN-868 kod 30319018 saylı Dövlət Aktının Ərizəçi1, X6, Aqahüseyinova (Nurəhmədli) Kamilə Aqahüseyin qızı və Ərizəçi4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar