Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1268/2022 05.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair mülki işə Quba Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, mnəhkəm müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 26 iyun 2021-ci il tarixli MAS-3992 saylı “Daxili lizinq" müqaviləsinin ləğv edilməsi, lizing obyekti olan 2021- 9-ci il buraxılışı “Khazar SD” minink markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME322545 ban, 147H0577846 mühərrik nömrəli, qara rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-nə geri qaytarılması, Cavabdeh 26 iyun 2021-ci il tarixli MAS-3992 saylı “Daxili lizinq" müqaviləsi üzrə lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 28 mart 2022-ci il tarixə 1150.52 manat əsas, 1425.86 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 260.04 manat dəbbə pulu, ümumilikdə 2836.42 manat borc və ödənilmiş 48.77 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsəasən məhəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 26 iyun 2021-ci il tarixli MAS-3992 saylı “Daxili lizinq" müqaviləsinin ləğv edilməsi, Cavabdeh 26 iyun 2021-ci il tarixli MAS-3992 saylı “Daxili lizinq" müqaviləsi üzrə, lizinq obyektinin geri qaytarıldığı 21 aprel 2022-ci il tarixə 1150.53 gecikdirilmiş əsas, 1425.86 manat gecikdirilmiş mükafat, 692.28 manat dəbbə pulu və lizinq obyekti olan avtomobilə dəymiş zərər 1247 manat, 1078 manat ödənilmiş cərimələr, ümumilikdə 5593.66 manat borc və dövlət rüsumu üçün ödənilmiş 75.94 manat məbləğində pul vəsaiti tutulub İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə göstərmişdilər ki, lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil 21 aprel 2022-ci il tarixdə təhvil-təslim aktı əsasında şirkətə qaytarılmış və İddiaçı MMC servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1247 manat maddi ziyan dəymişdir. Həmçinin lizinq obyekti Cavabdeh istifadəsində olan müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X3 tərəfindən 1078 manat məbləğində inzibati qaydada cərimələnmişdir. Həmin cərimələr İddiaçı MMC tərəfindən ödənilmişdir. Lizinq obyekti mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarıldığı üçün iddianın həmin hissəsindən imtina edərək, lizinq obyektinə dəymiş zərərin, ödənilmiş cərimələrin və avtomobilin şirkətə qaytarıldığı tarixə gecikdirilmiş məbləğin tələb olunması zərurəti yaranmışdır. İddiaçı MMC-nin nümayəndəsi X1 elektron qaydada ərizəə ilə məhkəməyə müraciət edərək işə iştirakları olmadan baxıb iddia tələblərinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26 iyun 2021 -ci il tarixli MAS-3992 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME322545 ban, 147H0577846 mühərrik nömrəli, qara rəngli avtomobil 16800 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 23 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 429.49 manat, ümumilikdə isə 24016 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 24016 manatın 16800 manatı əsas məbləğ təşkil edir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 08 mart 2021-ci il tarixdə 5 manat məbləğində olmuşdur. Ggöstərilənləri nəzərə alaraq hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməli və Azərmaş» MMC ilə bağlanmış 26 iyun 2021-ci il tarixli MAS-3992 saylı “Daxili lizinq" müqaviləsinin ləğv edilməsi, Cavabdeh 26 iyun 2021-ci il tarixli MAS-3992 saylı “Daxili lizinq" müqaviləsi üzrə, lizinq obyektinin geri qaytarıldığı 21 aprel 2022-ci il tarixə 1150.53 gecikdirilmiş əsas, 1425.86 manat gecikdirilmiş mükafat, 692.28 manat dəbbə pulu və lizinq obyekti olan avtomobilə dəymiş zərər 1247 manat, 1078 manat ödənilmiş cərimələr, ümumilikdə 5593.66 manat borc və dövlət rüsumu üçün ödənilmiş 75.94 manat məbləğində pul vəsaiti tutulub İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmiş və işə onun iştirakı olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26 iyun 2021 -ci il tarixli MAS-3992 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh sifarişi ilə 2021ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME322545 ban, 147H0577846 mühərrik nömrəli, qara rəngli avtomobil 16800 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarında olan 26.06.21-ci il tarixli Təhvil-təslim aktından görünür ki, göstərilən tarixdə lizing obyekti 16 800 manata satıcı tərəfindən alıcı və lizing alan Cavabdeh təhvil verilmişdir. İş materiallarından görünür ki, MAS-2200 saylı “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə 3 saylı əlavəyə əsasən Cavabdeh illik 23% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 429.49 manat, ümumilikdə isə 24 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 24016 manatın 16800 manatı əsas məbləğ təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 26 iyun 2021 -ci il tarixli MAS-3992 saylı “Daxili lizinq müqaviləsi” üzrə İddiaçı MMC-nə olan borcu 28 mart 2022-ci il tarixə 1150.52 manat əsas, 1425.86 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 692.28 manat cərimə, ümumilikdə 3268.66 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Qüsur Aktından görünür ki, 26 iyun 2021 -ci il tarixli MAS- 3992 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən lizing obyekti olan 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1247.00 manar zərər dəymişdir. İş materiallarına əlavə olunmuş mədaxil qəbzlərdən görünür ki, lizinq obyekti Cavabdeh istifadəsində olan müddət ərzində inzibati xəta ilə əlaqədar AR X3 tərəfindən 1078 manat məbləğində inzibati qaydada cərimələnmiş, həmin cərimələr İddiaçı MMC tərəfindən ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı MMC tərəfindən cavabdehə lizinq müqaviləsi üzrə borcun könüllü olaraq ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il və xx.xx.2022-ci tarixli mədaxil qəbzlərdən görünür ki, idddiaçı iddia ərizəsinə görə 75.94 manat dövlət rüsumu ödəmişdir. Məhkəmədə iş üzrə mövcud sübutlara əsasən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh oğlu arasında 26 iyun 2021 ci il tarixli MAS-3992saylı “Daxili lizinq” müqaviləsi bağlanmış, həmin müqavilə üzrə Cavabdeh sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME322545 ban, 147H0577846 mühərrik nömrəli, qara rəngli avtomobil 16800 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmiş, “Daxili lizinq” müqaviləsinin Lizinq ödəniş cədvəlinə əsasən Cavabdeh illik 23% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 429.49 manat, ümumilikdə isə 24 016 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə düşən öhdəliyi vaxtında və lazımınca yerinə yetirməmişdir və lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili 21 aprel 2022-ci il tarixdə təhvil-təslim aktı əsasında şirkətə qaytarmış, İddiaçı MMC servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1247 manat maddi ziyan, həmçinin lizinq obyekti Cavabdeh istifadəsində olan müddət ərzində inzibati xəta ilə əlaqədar AR X3 tərəfindən 1078 manat məbləğində inzibati qaydada cərimələnmiş və həmin cərimələr İddiaçı MMC tərəfindən ödənilmişdir. Lizinq obyekti mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarıldığı üçün iddianın həmin hissəsindən imtina edərək, yaranmış borc-cərimələri və avtomobilə dəymiş maddi zərəri tələb edir və qətnamə çıxarılmasını xahiş edir. Həmçinin hazırki iddianın qaldırılması üçün İddiaçı MMC tərəfindən 75.94 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, o məhkəməyə gəlməmiş, göstərilən tələbə irad və etirazını bildirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748.1-ci maddəsinin tələbinə görə lizinq müqaviləsi yazılı formada bağlanılır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə görə lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-11.1.4-cü maddəsinə əsasən lizinq verənin mükafatının məbləği lizinq ödənişlərinin ümumi məbləğinə daxildir. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi tərəflər arasında lizinq münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26 iyun 2021-ci il tarixli MAS-3992 saylı “Daxili lizinq" müqaviləsinin ləğv edilməli, Cavabdeh 26 iyun 2021-ci il tarixli MAS-3992 saylı “Daxili lizinq" müqaviləsi üzrə, lizinq obyektinin geri qaytarıldığı 21 aprel 2022-ci il tarixə 1150.53 gecikdirilmiş əsas, 1425.86 manat gecikdirilmiş mükafat, 42.28 manat dəbbə pulu və lizinq obyekti olan avtomobilə dəymiş zərər 1247 manat, 1078 manat ödənilmiş cərimələr və dövlət rüsumu üçün ödənilmiş 75.94 manat məbləğində pul vəsaiti tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün, 75.94 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26 iyun 2021-ci il tarixli MAS-3992 saylı “Daxili lizinq" müqaviləsi ləğv edilsin. Cavabdeh 26 iyun 2021-ci il tarixli MAS-3992 saylı “Daxili lizinq" müqaviləsi üzrə, lizinq obyektinin geri qaytarıldığı 21 aprel 2022-ci il tarixə 1150 (min yüz əlli) manat 53 qəpik gecikdirilmiş əsas, 1425 (min dörd yüz iyirmi beş).manat 86 qəpik gecikdirilmiş mükafat, 42 (qırx iki) manat 28 qəpik dəbbə pulu və lizinq obyekti olan avtomobilə dəymiş zərər 1247 ( min iki yüz qırx yeddi) manat, 1078 (min yetmiş səkkiz) manat ödənilmiş cərimələr və dövlət rüsumu üçün ödənilmiş 75 (yetmiş beş) manat 94 qəpik məbləğində pul vəsaiti tutulub İddiaçı MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1268/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1268/2022
05.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver