Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-127/2022 12.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı-cavabdeh İddiaçı, nümayəndəsi və vəkili Vəkil, cavabdeh-iddiaçı Cavabdeh və vəkili X23 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaranmış maneələrin aradan qaldırılması, əldən çıxmış fayda və ziyan” tələbinə dair ilkin iddia ərizəsi və cavabdeh-iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ilkin iddia ərizəsiylə məhkəməyə müraciət edərək, Cavabdeh Xutbəddin oğlunun Torpağa mülkiyyət hüququna dair JN 171 KOD:30313088 nömrəli Dövlət Aktına əsasən 1.40 ha torpaq sahəsindən çıxarılması, 2006-cı ildən 2020-ci ilə kimi bağ sahəsindən aldığı ortalama illik 2000 (iki min) manat olmaqla, 14 il ərzində əldə etdiyi 28000 (iyirmi səkkiz min) manat məbləğində əldən çıxmış fayda kimi ziyanın, dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsiylə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 26800 (iyirmi altı min səkkiz yüz) manat alınıb ona qaytarıldıqdan sonra onun istifadəsində olan və cavabdeh İddiaçı, onun atası X8 və anası X14 adlarında olan 0,50 ha torpaq sahəsinin cavabdeh İddiaçı qaytarılmasına dair qətnamə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə iddiaçı-cavabdeh İddiaçı iddia ərizəsini müdafə edərək təmin olunmasını, qarşılıqlı iddianın pul tələbi hissəsində müddət tətbiq edilməsini və rədd edilməsini xahiş etdi. İddiaçı X24 iddia tələbini belə əsaslandırmışdı ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 22 dekabr 1998-ci il tarixli 17 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-171 KOD:30313088 nömrəli Dövlət Aktına əsasən atası X10, anası X18 və ona kənd təsərrüfatı məqsədi ilə 1,40 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində meyvə ağacları vardır. Anası və atası yaşlı olduğundan bağ sahəsinə o baxaraq oradan gəlir əldə edir. 2004-2005-cı illərdə ailə vəziyyətiylə bağlı bağa baxa bilməyib. Artıq neçə il idi ki, bağ baxımsız vəziyyətdə olub. Bağa baxa bilmədiyi üçün onu satmaq qərarına gəlib. Lakin bağ baxımsız vəziyyətdə olduğundan onu satmaq üçün dirçəltmək lazım olub. Həmkəndlisi olan Cavabdeh Xutbəddin oğlu həmin bağı 2006-cı ildə ona satmağı istəyib. Lakin bağ çox baxımsız olduğundan Cavabdeh Xutbəddin oğlu həmin bağa 2-3 il baxacaq, qulluq edəcək, gəlir əldə edərsə həmin bağı 6000 (altı min) dollara alaraq alqı-satqı edəcəkdi. Beh olaraq ona 800 manat pul da verib. Elə razılaşdığı kimi Cavabdeh Xutbəddin oğlu bir neçə il bağa qulluq etdi, ağaclar meyvə verdi. Daha sonra Cavabdeh Xutbəddin oğluna alqı-satqı etməyi bildirsə də Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək nə bağın pulun vermirdi, nə də, bağı öz adına rəsmiləşdirmirdi. Bundan sonra 09 mart 2008-ci ildə anası X25, 05 iyun 2010-cu ildə atası X19 vəfat etdiyindən valideyn itkisinin verdiyi dərd səbəbindən bir neçə il o Cavabdeh Xutbəddin oğlundan nə pulunu tələb edə bilməyir, nə də o bağı sənədləşdirmək istəmir. Lakin 2006-cı ildən bəri Cavabdeh Xutbəddin oğlu həmin bağın meyvəsini sataraq gəlir əldə edir. İllərdir ki, cavabdeh 6000(altı min) dollar pulu verəcəyini deyərək alqı-satqını etmir. İddiaçıcavabdeh X24 cavabdeh-iddiaçı Cavabdeh Xutbəddin oğlunun Cavabdeh Xutbəddin oğlunun Torpağa mülkiyyət hüququna dair JN 171 KOD:30313088 nömrəli Dövlət Aktına əsasən 1.40 ha torpaq sahəsindən çıxarılması, 2006-cı ildən 2020-ci ilə kimi bağ sahəsindən aldığı ortalama illik 2000 (iki min) manat olmaqla, 14 il ərzində əldə etdiyi 28000 (iyirmi səkkiz min) manat məbləğində əldən çıxmış fayda kimi ziyanın, dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə iddiaçı-cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil ilkin iddia ərizəsini müdafə edərək, bildirdi ki, mülki işlə bağlı verilən mütəxıssis rəyləri ilə razılıaşmır, mütəxəssis qiymətlərlə əlaqədar mötəbər sübut təqdim etməyib, həmin rəydə gavalı ilə bağlı heç bir qeyd aparılmayıb, gavalı yığılıb satılıb, lakin əldə olunan gəlir barədə heç bir məlumat yazılmayıb. Cavabdeh alqısatqı etmədən neçə illərdir başqassının mülkiyyətinə məxsus bağdan istifadə edir, meyvəsini yığıb satır ordan mənfəət əldə edir, Bu illər ərzində bağı öz adına sənədləşdirməyib, dedikləri kimi bağı alıbsa niyə bu günə kimi sənədləşdirilməyib? Göstərilənləri nəzərə alaraq, qarşılıqlı iddianın rədd edilməsini və ilkin iddianın təmin edilməsini xahiş etdi. Məhkəmədə Cavabdeh onlara qarşı verilmiş iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək, ona qarşı verilmiş iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş Cavabdeh-iddiaçı Cavabdeh Xutbəddin oğlu qarşılığlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2007-ci ilin sentyabr ayında ona məlum olub ki, Quba rayonu Hacıqayıb kənd sakinləri cavabdeh İddiaçı, onun atası X19 və anası X3 Aktına əsasən özlərinin birgə mülkiyyətlərində olan 1,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,50 ha hissəsini satmaq istəyirlər. Bununla bağlı həmin torpaq sahəsinə baxıb, torpaq sahəsini bəyəndiyi üçün cavabdeh İddiaçı, onun atası X19 və anası X25 ilə qiymətdə razılaşıb 0,50 ha torpaq sahəsini 1100 (bir min bir yüz) AZN-ə alıb. O, razılaşdığı həmin puldan 200 (iki yüz) AZN-i dərhal cavabdeh İddiaçı nəğd ödəyib. Qalan 900 (doqquz yüz) AZN pulu isə öz bağındakı alma məhsulunu satıb onlara çatdıracağı barədə razılaşıb. 2008-ci ilin mart ayında cavabdeh İddiaçı onun yanıma gələrək anası X14 vəfat etdiyini və buna görə də qalan 900 manatın onlara təcili lazım olduğunu bildirib. Həmin vaxt bağının alma məhsulunu hələ tam satıb qurtarmamışdı. Lakin buna baxmayaraq onlara borclu qaldığı 900 (doqquz yüz) AZN pulu düzəldib cavabdeh İddiaçı yanında onun atası X10 nəğd olaraq ödəyib. Həmin pullan cavabdeh İddiaçı, habelə onun atası X10 ödədiyi vaxt onun yanımda şahidlər də olub və həmin şəxslər bu faktı təsdiq edə bilərlər. Cavabdeh İddiaçı yoldaşı tərəfdən qohumumdur. Buna görə də onlara inandığı üçün torpaq sahəsinə görə onlara pulu alqı-satqı müqaviləsi notariatda təsdiqlənməmiş verib. Cavabdeh İddiaçı, atası X19 və anası X25 ona bildirmişdilər ki, yaxın bir-iki ay vaxt ərzində alqı-satqını notariatda rəsmiləşdirəcəklər. Lakin razılaşdığı bir-iki ay müddət qurtarandan sonra məlum olub ki, cavabdeh İddiaçı hansısa bankdan kredit götürmüş və həmin torpaq sahəsini ipoteka qoymuşdur. Beləliklə həmin vaxt alqı-satqı müqaviləsinin notariatda təsdiqlənməsi mümkün olmamışdır. 2007-cı ildə həmin 0,50 ha torpaq sahəsini aldığı zaman həmin sahədə bir neçə köhnə meyvə (alma) ağacları və bir qədər də təzə əkilmiş meyvə tingləri olub. O həmin köhnə ağacaları çıxarıb, oradakı meyvə tinglərindən əlavə təzə alma tinglərini əkib, həmin 0,50 ha torpaq sahəsinə bütünlüklə yeni alma bağı salıb. Ötən 14 il müddətində həmin ağaclara aqrotexniki qulluq, dərman və sair xərclər çəkməklə hər il azı 1000 (min) manat, 14 il müddətində azı 14000 (on dörd min) manat həmin bağa xərc qoyub. Ötən 14 il ərzində həmin 0,50 ha torpaq sahəsində 360 (üç yüz altmış) ədəd alma ağacını əkib, yetişdirib, hal-hazırda həmin ağaclar böyüyüb yetkin, bar verən ağaclar olublar. Ötən 14 il ərzində həmin 0,50 ha torpaq sahəsi onun qanuni sahibliyində və istifadəsində olmuşdur. Bu müddət ərzində cavabdeh İddiaçı, onun atası X8 və anası X14 həmin torpaqla əlaqədar ona qarşı heç bir tələbləri olmamışdır. Cavabdeh İddiaçı anası X25 2008-ci ildə, atası X19 isə 2010-cu ildə vəfat etmişlər. Onların vəfatından sonra da həmin torpaq sahəsi onun istifadəsində qalmış və cavabdeh İddiaçı həmin torpaqla əlaqədar ona heç bir tələbi, etirazı olmamışdır. Meyvə bağı təxminən axırıncı 1-2 ildir ki, məhsula çatmışdır və faktiki olaraq ötən 14 il ərzində həmin bağa hər il azı 1000 (min) manat xərc qoymuş, lakin hər hansı gəlir əldə etməmişdir. 2019-cu ildə cavabdeh İddiaçı xəstələnib və Bakı şəhərinə xəstəxanaya gedib ayağından əməliyyat olunması zəruriyyəti yaranıb. Bununla əlaqədar cavabdeh İddiaçı pulu olmadığı üçün onun bir qohumu kimi ona müraciət edib. O cavabdehi öz maşınıyla Bakı şəhərinə aparıb orada xəstəxanada ayağından əməliyyat etdirib. O cavabdeh İddiaçı müalicəsi ilə əlaqədar cəmi 800 (səkkiz yüz) manat xərc çəkib. Cavabdeh İddiaçı sağalıb kəndə qayıtdıqdan sonra yenidən onunla söhbət edib onlardan aldığı torpaq sahəsinin alqı-satqı müqaviləsini notariatda təsdiqlənməsini xahiş edib. Cavabdeh İddiaçı alqı-satqı müqaviləsini notariatda təsdiqləməyə razı olduğunu, lakin torpaq sahəsinə aid X37 kənd sakini X11 olduğunu bildirib. O cavabdeh İddiaçı ilə birlikdə X12 yanına gedib. Məlum olub ki, cavabdeh İddiaçı Dövlət Aktı üzrə ona 0,50 ha torpaq satdıqdan sonra mülkiyyətlərində qalmış 0,90 ha torpaq sahəsini də qeyri-rəsmi olaraq Hacıqayıb kənd sakini X1. Onlar üçü birlikdə məsləhət edib cavabdeh İddiaçı və ailə üzvləri tərəfindən ona və X2 torpaq sahələri barədə alqı-satqı müqavilələrini birlikdə gedib notariatda təsdiqləmək barədə razılığa gəliblər. Lakin bir müddətdən sonra cavabdeh İddiaçı Dövlət Aktını vərəsəliyi qəbul etmək üçün lazım olduğunu bildirərək X9 geri götürmüş, nə onunla nə də ki, X20 ilə torpağın alqı-satqı müqavilələrini notariatda təsdiqləməmişdir. Daha sonra isə cavabdeh İddiaçı onunla torpaq sahəsinin alqı-satqısmı notariatda təsdiqləməkdən imtina etmişdir. Cavabdeh İddiaçı ona qarşı ilkin iddiası ilə əlaqədar qeyd etmək istəyir ki, cavabdehin və ailə üzvlərinin adlarında olan 1,40 ha torpaq sahəsindən yalnız 0,50 ha onun qanuni istifadəsindədir. Lakin cavabdeh İddiaçı ona qarşı əsassız olaraq 1,40 ha torpaq sahəsinin boşaldılması barədə iddia qaldırmışdır. O cavabdehdən və ailə üzvlərindən aldığı həmin 0,50 ha torpaq sahəsini boşaltmağa o şərtlə razıdır ki, cavabdeh ona dəymiş zərəri tam olaraq ödəsin. Cavabdeh İddiaçı ona qarşı ilkin iddiasının ikinci hissəsinə gəldikdə isə həmin hissədə onun iddiasını ümumiyyətlə qəbul etmir. Ona görə ki, əvvəla həmin torpaq sahəsindən hər hansı xeyir əldə etməyib. Xərc qoyub həmin torpaq sahəsində alma bağı salıb. Alma ağacları indi-indi məhsula gəlir və o bundan sonra həmin bağdan xeyir götürmək niyyətində olub. Digər tərəfdən də o, həmin torpaq sahəsini cavabdehdən və ailə üzvlərindən satın alıb və həmin torpaq sahəsindən hər hansı xeyir əldə etsə də qanunla cavabdehə qaytarmalı deyil. Ona görə də cavabdehin ondan hər hansı məbləğdə əldən çıxmış gəlir və ya ziyan tələb etməsi əsassızdır. O, cavabdeh İddiaçı,onun atası X5 və anası X13 0,50 ha torpaq sahəsini 1100 (bir min bir yüz) AZN-ə alsa da, hal- hazırda torpaq sahələrinin qiymətləri dəfələrlə bahalaşmışdır. Halhazırda Quba rayonunun Hacıqayıb kəndində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı boş torpaq sahəsinin dəyəri 10.000-12.000 AZN təşkil edir. Ona görə də o həmin 0,50 ha torpaq sahəsinin dəyəri olaraq cavabdeh İddiaçı 12.000 (on iki min) manat tələb edir. Mən, həmin 0,50 ha torpaq sahəsində 360 (üç yüz altmış) ədəd alma ağacının aqrotexniki qulluq, dərman və sair xərclər çəkməklə yetişdirilməsinə qoyduğum 14000 (on dörd min) manat xərclərimi cavabdeh İddiaçı geri tələb edirəm. Bundan əlavə cavabdeh İddiaçı Bakı şəhərində ayağından əməliyyat olunarkən cavabdehdən ötrü onun çəkdiyi 800 (səkkiz yüz) manat müalicə xərcini də cavabdeh İddiaçı geri tələb edir və Cavabdeh İddiaçı 26800 (iyirmi altı min səkkiz yüz) manat alınıb ona qaytarıldıqdan sonra onun istifadəsində olan və cavabdeh İddiaçı, onun atası X8 və anası X14 adlarında olan 0,50 ha torpaq sahəsinin cavabdeh İddiaçı qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkmədə şahid qismində iştirak edən, meyvə bitkilərinin becərmə texnologiyası şöbəsinin müdiri dosent Şahid bildirdi ki, hazırki iş üzrə iki rəyin verilməsində iştirak edib. İlkin rəyin verilməsində İddiaçı müraciəti ilə əlaqədar, özünün iştirakı ilə birgə bağa baxış keçirilib və bağ sahəsində gördüklərini qeyd edərək, rəy verilib. İkinci dəfə hazırki iş üzrə tərəflərin və meyvə bitkilərinin çoxaldılması texnologiyası şöbəsinin baş elmi işçisi Babakişi Quliyevin iştirakı ilə bağ sahəsində olub və orda ona məlum olub ki, birinci dəfə ona İddiaçı tərəfindən göstərilən bağ sahəsilə ikinci dəfə baxdıqları ərazi tamamilə fərqli sahələrdir. Aydın olub ki, İddiaçı ona başqa ərazini göstərib. Onlar ikinci dəfə ərazidə baxış keçirərkən 1.40 ha torpaq sahəsinin mübahisə edilən 0.50 ha hissəsində əkilmiş meyvə ağaclarının əkmə vaxtı, sayı, növü, əkmə xərcləri, ümumi xərcləri və əldə olunmuş gəlirləri, bir sözlə meyvə bağının salınması üçün bütün prosseslərin aparılmasında çəkilən xərclər bazar qiymətinə uyğun hesablanaraq rəy verilib. Məhkəmə tərəfləri dinləyib, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ilkin və qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-171 KOD:30313088 nömrəli Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Quba rayon AİK-nın xx.xx.1998-ci il tarixli 17 saylı qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.40 ha torpaq sahəsi Quba rayonu Hacıqaib kənd sakinləri X19, X25 və İddiaçı mülkiyyətinə verilib. İş materiallarında olan AZ-İ 418136 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X19 xx.xx.2010-cu il tarixində vəfat etmiş, xx.xx.2010-cu il tarixində 17 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 293540 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X25 xx.xx.2008-ci il tarixində vəfat etmiş, xx.xx.2008-ci il tarixində 16 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, İddiaçı xx.xx.1970-ci il tarixində anadan olmuş, şəhadətnamənin atası qrafasında X19, anası qrafasında X25 qeyd edilib. İş materiallarında olan Quba RİHB-nın Hacıhüseynli İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 720 nömrəli arayışından görünür ki, X6 rayonu Hacıqaib kəndində yaşamış, xx.xx.2008-ci il tarixində vəfat etmiş və aşağıdakı vərəsələri, X25 (vəfat edib), X21 (vəfat edib), X16 (vəfat edib), İddiaçı (1970-ci il təvəllüdlü) qalmışdır. İş materiallarında olan Quba RİHB-nın Hacıhüseynli İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 719 nömrəli arayışından görünür ki, X4 rayonu Hacıqaib kəndində yaşamış, xx.xx.2010-cu il tarixində vəfat etmiş və aşağıdakı vərəsələri, X25 (vəfat edib), X21 (vəfat edib), X16 (vəfat edib), İddiaçı (1970-ci il təvəllüdlü) qalmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyun 2022-ci il tarixli, 7/510; 9/3584 nömrəli ekspert rəyinin nəticəsinə görə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq X7 bitkilərinin becərmə texnologiyası şöbəsinin müdiri a.e.ü.f.d., X31 işçisi Şahid və Meyvə bitkilərinin çoxaldılması texnologiyası şöbəsinin baş elmi işçisi, a.e.ü.f.d., X31 işçisi Babakişi Quliyev tərəfindən 28 fevral 2022-ci il tarixli 24 №-li məktubu ilə verilən mütəxəssis rəyinə (səhifə 80-82) əsasən Quba rayon Hacıqayıb kəndində yerləşən 1,40 ha torpaq sahəsinin mübahisə edilən 0,50 ha hissəsində 2008-ci ildə 5x4 m əkin sxemi ilə alma bağı əkilmişdir. Həmin alma bağında 2016-cı ildə cərgə aralarında sıxlaşdırma işi aparılmaqla, gavalı və alça bitkiləri əkilmişdir.Həmin sahədə cəmi 172 ədəd alma ağacının 147 ədəd “Simirenko reneti”, 11 ədəd “Qolden Delişes”, 2 ədəd “Qızıl Əhmədi”, 3 ədəd “Qrani Smit”, 6 ədəd “Cırhacı” və 3 ədəd “Şampan reneti” ağacları vardır. Bağ sahəsində 2016-cı ildə sıxlaşdırılma yolu ilə əkilmiş gavalı və alça bitkilərindən cəmi 190 ədəd olduğu müəyyən edilib. Bağda sortlar üzrə 108 ədəd “Xurmayı Vengerka” və 44 ədəd “Adi Vengerka” gavalı, həmçinin 38 ədəd “Rəcəbli” alça sortlarının ağacları vardır. Həmin sahədə şumlama, diskləmə, malalama, hamarlanma, cərgə və ağac yerlərinin nişanlanması, çalaların qazılması (400 ədəd) tinglərin əkilməsi (400 ədəd), mıxçaların vurulması, tinglərin bağlanması, əkilimiş bağın suvarılması, tinglərin düzəldilməsi kimi aqrotexniki qulluq işləri görülmüşdür. Tədqiqata təqdim edilmiş Quba rayon məhkəməsinin 2(027)-127/2022 saylı mülki iş materiallarındakı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik X7 bitkilərinin becərmə texnologiyası şöbəsinin müdiri a.e.ü.f.d., X31 işçisi Şahid və Meyvə bitkilərinin çoxaldılması texnoiogiyası şöbəsinin baş elmi işçisi, a.e.ü.f.d., X31 işçisi Babakişi Quliyev tərəfindən 28 fevral 2022-ci il tarixli 24 №-li məktubu ilə verilən mütəxəssis rəyinə (səfə 80-82) əsasən Quba rayon Hacıqayıb kəndində yerləşən 1,40 ha torpaq sahəsinin mübahisə edilən 0.50 ha hissəsində yeni meyvə bağının əkilməsi xərcləri aşağıdakı kimi müəyyən edillib: sahənin şumlanması, disklənməsi, malalanması, hamarlanması, cərgə və ağac yetərinin nişanlanması-265 manat; çalaların qazılması (400 ədəd), tinglərin əkilməsi (400 ədəd), mıxçaların vurulması və tınglərin bağlanması-560 manat, əkilmiş bağın suvarılması və tinglərin düzəldilməsi-10 manat, meyvə tinglərinin qiyməti (400 x 2,5 manat)-1000 manat olmaqla cəmi 1835,0 manat müəyyən edildi. Məhsula düşənə kimi cavan alma bağına aqrotexniki becərmə tədbirləri və xərcləri, 5 ildə cəmi -4900 manat. Məhsuldar alma bağına aqrotexniki becərmə tədbirləri xərcləri 8 ildə cəmi-12632 manat. 0,50 ha sahədə alma və gavalı bağlarının salınması, həmin bağlara 13 il ərzində aqrotexniki qulluq işlərinin yerinə yetirilməsi üçün təxmini olaraq cəmi 19367 manat maliyyə vəsaiti xərclənə bilər.0,50 ha bağda olan 170 ədəd məhsuldar alma ağaclarından, onların ilkin məhsuldarlıq dövrü olan 8 il ərzində orta hesabla bir ağacdan təxmini olaraq 18,0 kq meyvə məhsulu yığmaq mümkündür. Bunu əsas götürərək 172 ədəd ağacdan bir ildə 3096 kq, 8 ildə isə 3096x 8 il = 24768 kq meyvə məhsulu istehsal etmək olar, alma məhsulunun bir kiloqramının orta satış qiyməti 0,30 manat olmaqla, 8 il ərzində istehsal edilmiş 24768 kq məhsuldan cəmi 24768 kq x 0.30= 7430,0 manat məbləğində maliyyə vəsaiti əldə etmək mümkündür. Sıxlaşdırılmada əkilmiş gavalı və alça ağacları cavan yaşda olduğuna görə məhsula düşməmiş və onlardan təsərrüfat əhəmiyyətli məhsul istehsal edilməmişdir. 8 il ərzində istehsal edilmiş 24768 kq meyvə məhsulunun yığılmasına 594,5 manat, yüklənməsi, boşaldılması və nəqliyyata daşınmasına 402,0 manat, cəmi 996,5 manat maliyyə vəsaiti xərclənə bilər. Ümumiyyətlə 0,50 ha meyvə bağının salınmasına-1835,0 manat, cavan və məhsuldar alma, gavalı və alça bitkilərinə aqrotexniki qulluq işlərinə (13 il ərzində) -17532,0 manat, məhsulun yığılması və daşınmasına isə -996,5 manat, cəmi 20363,5 manat maliyyə vəsaiti xərclənə bilər. İlkin iddia üzrə məhkəmədə müəyyən edildi ki, Torpağa mülkiyyət hüququna dair JN 171 KOD:30313088 nömrəli Dövlət Aktına əsasən Quba rayon AİK-nın xx.xx.1998-ci il tarixli 17 saylı qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.40 ha torpaq sahəsi Quba rayonu Hacıqaib kənd sakinləri X19, X25 və İddiaçı mülkiyyətinə verilib. X19, X25 vəfat etmişdir. İddiaçı bağ baxımsız olduğundan, bağa baxa bilmədiyindən 2006-cı ildə bağı satmaq adıyla həmin sahəni Cavabdeh istifadəsinə vermiş, lakin aralarında heç bir rəsmi sənədləşmə, alqı-satqı işləri aparılmamışdır və bu günə kimi də həmin sahədən Cavabdeh istifadə edir. Hal-hazırda İddiaçı Cavabdeh Xutbəddin oğlunun Torpağa mülkiyyət hüququna dair JN 171 KOD:30313088 nömrəli Dövlət Aktına əsasən 1.40 ha torpaq sahəsindən çıxarılmasını, 2006-cı ildən 2020-ci ilə kimi bağ sahəsindən aldığı ortalama illik 2000 (iki min) manat olmaqla, 14 il ərzində əldə etdiyi 28000 (iyirmi səkkiz min) manat məbləğində əldən çıxmış fayda kimi ziyanın, dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pulun alınıb ona verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qarşılığlı iddia üzrə məhkəmədə müəyyən edildi ki, Cavabdeh 2006-cı ildən Torpağa mülkiyyət hüququna dair JN 171 KOD:30313088 nömrəli Dövlət Aktına əsasən Quba rayonu Hacıqaib kənd sakinləri X19, X25 və İddiaçı məxsus 1.40 ha torpaq sahəsindən 0.50 ha hissəsini mülkiyyətçilərlə razılaşaraq alıb istifadə edir. 1.40 ha alma bağının mübahisə edilən 0,50 ha hissəsində 2016-cı ildə cərgə aralarında sıxlaşdırma işi aparılmaqla, gavalı və alça qələmləri əkib, bağ görkəminə salıb. Buna baxmayaraq aralarında şifahi razılaşmaya baxmayaraq, həmin sahəni öz adına rəsmləşdirməyib. Cavabdeh İddiaçı tələbinə qarşılıqlı iddia tələbi ilə müraciət edərək, cavabdeh İddiaçı 26800 (iyirmi altı min səkkiz yüz) manat alınıb ona qaytarıldıqdan sonra onun istifadəsində olan və cavabdeh İddiaçı, onun atası X8 və anası X14 adlarında olan 0,50 ha torpaq sahəsinin cavabdeh İddiaçı qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılır. Şərh edilənləri və Azərbaycan Respublikası ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyun 2022-ci il tarixli, 7/510; 9/3584 nömrəli ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilərək, Tahirov X17 mülkiyyətə verilməsinə dair JN-171 KOD 30313088 nömrəli Dövlət Aktına əsasən 1.40 ha torpaq sahəsinin 0.50 ha hissəsindən çıxarılmalı, 7430 (yeddi min dörd yüz otuz) manat məbləğdə əldən çıxmış ziyan və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti Cavabdeh tutulub İddiaçı verilməli və qarşılıqlı iddia qismən təmin edilərək, İddiaçı 20363 (iyirmi min üç yüz altmış üç) manat 50 qəpik məbləğdə pul vəsaiti tutulub Cavabdeh verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia qismən təmin edilsin. Tahirov X17 mülkiyyətə verilməsinə dair JN-171 KOD 30313088 nömrəli Dövlət Aktına əsasən 1.40 ha torpaq sahəsinin 0.50 ha hissəsindən çıxarılsın. 7430 (yeddi min dörd yüz otuz) manat məbləğdə əldən çıxmış ziyan və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti Cavabdeh tutulub İddiaçı verilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı 20363 (iyirmi min üz yüz altmış üç) manat 50 qəpik məbləğdə pul vəsaiti tutulub Cavabdeh verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-127/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-127/2022
12.08.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver