Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1270/2020 06.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 (X3) nümayəndəsi və vəkili X4 və Cavabdeh1 nümayəndəsi və vəkili X7 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 (X3) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X17 və Quba rayon notariat kontorunun (hal-hazırda 23 saylı notariat ofisinin) xüsusi notariusu X8 qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 (X3) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, İ Nügədi kəndindəki sahəsi 0,6297 ha torpaq sahəsi üzrə üçüncü şəxs Quba rayonu notariat kontorunun xüsusi notariusu X12 tərəfindən 4Ə-2443 reyestr nömrəsi təsdiq edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlamış AN-İ Ns ******* saylı xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsi üzrə üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X17 tərəfindən verilmiş Cavabdeh2 adına tam xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair Seriya RX ******* saylı xx.xx.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və qeyd edilən torpaq sahəsinin iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 (X3) sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmədə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 (X3) nümayəndəsi X9 iddia tələbini müdafiə edərək göstərdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(105)-588/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər İddiaçı5 və X1 apellyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 2-323 saylı iş üzrə xx.xx.2006cı il tarixli qətnaməsi qismən ləğv edilmiş, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı5, X2 və ailə üzvlərinin JN 1148 saylı dövlət aktı ilə onlara məxsus torpaq sahəsindən 1,06 ha əkin sahəsini iddiaçı Cavabdeh1 alqı-satqı qaydasında satmalarına dair əqdin etibarlı hesab edilməsi, həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi və onun adına həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarış verilməsi DƏDRX-nin X15 həvalə edilməsi hissəsində ləğv edilmiş, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı5, X2 və ailə üzvlərinin JN 1148 saylı dövlət aktı ilə onlara məxsus torpaq sahəsindən 1,06 ha əkin sahəsini iddiaçı Cavabdeh1 alqı-satqı qaydasında satmalarına dair əqdin etibarlı hesab edilməsi, həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi və onun adma həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarış verilməsi DƏDRX-nin X15 həvalə edilməsi tələbinə dair iddiası təmin edilməmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X17 tərəfindən verilmiş Seriya RX № ******* saylı xx.xx.2013-cü il tarixli HDQH DƏDR-dən çıxarışa və AA 028654 saylı xx.xx.2013-cü il tarixli torpaq sahəsinin planı və ölçüsünə əsasən Quba rayonu, İ Nügədi kəndindəki sahəsi 0,6297 ha torpaq sahəsi X2, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı1 (X3) ümumi birgə xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinin mülkiyyətçilərindən biri ailə üzvləri olan X2 xx.xx.2019cu il tarixdə vəfat etmişdir. Ə.S.Musayevanın vərəsələri: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və əri İddiaçı5dur. Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qəran, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanlan, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onlann vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Lakin buna baxmayaraq, Quba rayon Məhkəməsinin 2-323 saylı iş üzrə xx.xx.2006-cı il tarixli qətnaməsinin qismən ləğv edilmiş hissəsinə istinad edərək AR ƏMDK yanında DƏDRX-nin 5 saylı X17 tərəfindən Quba rayonu, İ Nügədi kəndindəki sahəsi 0,6297 ha torpaq sahəsi üzrə Cavabdeh1 Seriya MH № ******* olan xx.xx.2006-cı il tarixli HDQH DƏDR-dən çıxarış verilmişdir. Cavabdeh1 həmin çıxarış əsasında Quba rayonu notariat kontorunun xüsusi notariusu Z.N.Dəmirov tərəfindən 4Ə-2443 reyestr nömrəsi ilə notarial qaydada təsdiq edilmiş AN-İ № ******* saylı xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən onlara məxsus olan Quba rayonu, İ Nügədi kəndindəki sahəsi 0,6297 ha torpaq sahəsini qeyri-qanuni olaraq Cavabdeh2 satmışdır. Cavabdeh2 isə Quba rayonu, İ Nügədi kəndindəki sahəsi 0,6297 ha torpaq sahəsini qanunsuz olaraq öz adına rəsmiləşdirərək həmin torpaq sahəsi üzrə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X17 tərəfindən verilmiş Seriya RX № ******* saylı xx.xx.2018-ci il tarixli HDQH DƏDR-dən çıxarışı və A № 252480 saylı xx.xx.2018-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünü əldə etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(105)-588/2012 saylı xx xxxx 2012-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 Quba rayonu, İ Nügədi kəndindəki 1,06 ha, o cümlədən 0,6297 ha torpaq sahəsi üzərində qanunsuz tanınmış mülkiyyət hüququna xitam verilmişdir. Buna baxmayaraq, Cavabdeh1 saxtakarlıq edərək sözügedən torpaq sahəsini Cavabdeh2 satmışdır. Cavabdeh1 tərəfindən sözügedən torpaq sahəsini Cavabdeh2 satılmaqla, DƏDRX-nin 5 saylı X18 tərəfindən isə həmin torpaq sahəsi üzərində Cavabdeh2 adına mülkiyyət hüququnu rəsmiləşdirərək ona Seriya RX ******* saylı xx.xx.2018-ci il tarixli HDQH DƏDR-dən çıxarış verilməklə, Mülki Prosessual Məcəllənin 15.2-ci və 82.3-cü maddələrinin, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.4-cü maddəsinin tələblərini pozulmuşdur. Göstərilənlərə əsasən, Quba rayonu, İ Nügədi kəndindəki sahəsi 0,6297 ha torpaq sahəsi üzrə üçüncü şəxs Quba rayonu notariat kontorunun xüsusi notariusu X12 tərəfindən 4Ə-2443 reyestr nömrəsi təsdiq edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlamış AN-İ Ns ******* saylı xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsi üzrə üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X17 tərəfindən verilmiş Cavabdeh2 adına tam xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair Seriya RX ******* saylı xx.xx.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və qeyd edilən torpaq sahəsinin iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 (X3) sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh1 nümayəndəsi X14 iddianı tələbini qəbul edərək bildirdi ki, Cavabdeh1 Quba Rayon Məhkəməsinin 2-323 saylı iş üzrə xx.xx.2006-cı il tarixli qətnaməsinə əsasən Quba rayonu, İ Nügədi kəndindəki sahəsi 0,6297 ha torpaq sahəsi üzrə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X11 Seriya MH № ******* olan xx.xx.2006-cı il tarixli HDQH DƏDR-dən çıxarış almışdır. Həmin çıxarış əsasında Quba rayonu, İ Nügədi kəndindəki sahəsi 0,6297 ha torpaq sahəsini Cavabdeh2 satmışdır. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(105)-588/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən Quba rayon Məhkəməsinin 2-323 saylı iş üzrə xx.xx.2006-cı il tarixli qətnaməsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X17 tərəfindən Quba rayonu, İ Nügədi kəndindəki sahəsi 0,6297 ha torpaq sahəsi üzrə Cavabdeh1 çıxarışın verilməsi hissəsində ləğv edilmişdir.Göstərilənləri nəzərə alaraq onlara qarşı verilmiş iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iş üzrə Cavabdeh2, üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X13 nümayəndəsi və Quba rayon notariat kontorunun (hal-hazırda 23 saylı notariat ofisinin) xüsusi notariusu X12 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclas iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-323 saylı qətnaməsindən görünür ki, JN 1148 saylı dövlət aktı ilə İddiaçı5, X2 və ailə üzvlərinə məxsus torpaq sahəsindən 1,06 ha əkin sahəsini Cavabdeh1 alqı-satqı qaydasında satmalarına dair əqdin etibarlı hesab edilməsi, həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi və onun adına həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarış verilməsi DƏDRXnin X15 həvalə edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(105)- 588/2012 saylı qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2- 323 saylı qətnaməsi qismən ləğv edilmiş, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı5, X2 və ailə üzvlərinin JN 1148 saylı dövlət aktı ilə onlara məxsus torpaq sahəsindən 1,06 ha əkin sahəsini iddiaçı Cavabdeh1 alqı-satqı qaydasında satmalarına dair əqdin etibarlı hesab edilməsi, həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi və onun adına həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarış verilməsi DƏDRX-nin X15 həvalə edilməsi hissəsində ləğv edilmiş, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı5, X2 və ailə üzvlərinin JN 1148 saylı dövlət aktı ilə onlara məxsus torpaq sahəsindən 1,06 ha əkin sahəsini iddiaçı Cavabdeh1 alqı-satqı qaydasında satmalarına dair əqdin etibarlı hesab edilməsi, həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi və onun adma həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarış verilməsi DƏDRX-nin X15 həvalə edilməsi tələbinə dair iddiası təmin edilməmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Seriya RX № ******* saylı xx.xx.2013-cü il tarixli HDQH DƏDR-dən çıxarışından və AA 028654 saylı xx.xx.2013cü il tarixli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Quba rayonu, İ Nügədi kəndindəki sahəsi 0,6297 ha torpaq sahəsi X2, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı1 (X3) ümumi birgə xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Seriya MH № ******* olan xx.xx.2006-cı il tarixli HDQH DƏDR-dən çıxarışından görünür ki, Quba rayonu, İ Nügədi kəndindəki sahəsi 0,6297 ha torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Quba rayonu notariat kontorunun xüsusi notariusu Z.N.Dəmirov tərəfindən 4Ə-2443 reyestr nömrəsi ilə notarial qaydada təsdiq edilmiş AN-İ № ******* saylı xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 Quba rayonu, İ Nügədi kəndindəki 0,6297 ha torpaq sahəsini Cavabdeh2 satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X17 tərəfindən verilmiş Seriya RX № ******* saylı xx.xx.2018-ci il tarixli HDQH DƏDR-dən çıxarışı və A № 252480 saylı xx.xx.2018-ci il tarixli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Quba rayonu, İ Nügədi kəndindəki sahəsi 0,6297 ha torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X2 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Eyni Məcəllənin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarında göstərilmişdir ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşdırılır və Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin məzmununa əsasən, qətnamə ilə müəyyən edilən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsi ilə JN 1148 saylı dövlət aktı ilə iddiaçılara məxsus torpaq sahəsindən 1,06 ha əkin sahəsini Cavabdeh1 alqı-satqı qaydasında satılmasına dair əqdin etibarlı hesab edilməsi, həmin torpaq sahəsinin Cavabdeh1 mülkiyyətinə verilməsi və sonuncunun adına həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarış verilməsi DƏDRX-nin X15 həvalə edilməsi hissəsində ləğv edildiyinə görə hazırki iddia ərizəsi əsaslıdır. Belə olan halda, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Quba rayonu notariat kontorunun xüsusi notariusu X12 tərəfindən 4Ə-2443 reyestr nömrəsi təsdiq edilərək Cavabdeh1 və Cavabdeh2 arasında bağlamış AN-İ № ******* saylı xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin torpaq sahəsi üzrə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X17 tərəfindən verilmiş Cavabdeh2 adına tam xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair Seriya RX ******* saylı xx.xx.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməli və qeyd edilən torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 (X3) sahibliyinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlara istinad etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Quba rayonu notariat kontorunun xüsusi notariusu X12 tərəfindən 4Ə-2443 reyestr nömrəsi təsdiq edilərək Cavabdeh1 və Cavabdeh2 arasında bağlamış AN-İ № ******* saylı xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X17 tərəfindən verilmiş Cavabdeh2 adına tam xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair Seriya RX ******* saylı xx.xx.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 (X3) sahibliyinə qaytarılsın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1270/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1270/2020
06.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver