Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1272/2022 02.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X21 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Quba rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli 15 saylı qərarı ilə Quba rayonu, Qələdüz kəndi ərazisindən ayrılmış 1.44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair adlarına tərtib olunmuş mülkiyyətlərini təsdiq edən JN-127 Kod 30318038 saylı Torpağa Mülkiyyət Hüququna X26 və Quba rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli 15 saylı qərarı ilə Quba rayonu, Qələdüz kəndi ərazisindən ayrılmış 0,20 ha həyətyanı torpaq sahəsinə dair adlarına tərtib olunmuş mülkiyyətlərini təsdiq edən JN- 102A Kod 30318038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair X1 məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə Quba rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli 15 saylı qərarı ilə Quba rayonu, Qələdüz kəndi ərazisindən 1.44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış və adlarına mülkiyyətlərini təsdiq edən JN-127 Kod 30318038 saylı Torpağa Mülkiyyət Hüququna X27 verilmişdir. Eləcə də, ona və ailə üzvlərinə Quba rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli 15 saylı qərarı ilə Quba rayonu, Qələdüz kəndi ərazisindən 0,20 ha həyətyanı torpaq sahəsi ayrılmış və adlarına mülkiyyətlərini təsdiq edən JN-102A Kod 30318038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə verilmişdir. Qeyd olunan Dövlət Aktında və Şəhadətnamədə 01 yanvar 2008-ci il tarixdə vəfat etmiş atası X7 atasının adı səhvən olaraq “Camal” əvəzinə “Kamal” kimi qeyd edilmişdir. O, hal-hazırda mülkiyyətlərində olan torpaq sahəsini özgəninkiləşdirmək istəyirlər. Lakin atasının ata adında səhv olduğundan öz mülkiyyətlərində olan torpağı özgəninkiləşdirə bilmirlər. O, qeyd olunan Dövlət Aktında və Şəhadətnamədə atasının adında olan yalnışlığı aradan qaldırmaq üçün DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişlər. Lakin ona 10 dekabr 2021-ci il tarixli və 14 yanvar 2022-ci il tarixli məktubu ilə JN-127 Kod 30318038 saylı Torpağa Mülkiyyət Hüququna X27 və JN-102A Kod 30318038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə qeyd olunmuş hüququ sahibinin ata adının yazılışında yaranmış uyğunsuzluğu aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətinə aid olmadığını, bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Ona görə də, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizələrinə əlavə edilmiş doğum və ölüm haqqında şəhadətnamələrdən aşkar olur ki, atası X7 atasının adı Camal qeyd edilmişdir Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “doğum haqqında şəhadətnamə”nin və “şəxsiyyət vəsiqəsi”nin surətlərindən görünür ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə anadan olmuşdur. Onun atası X10r. İş materiallarına əlavə edilmiş Quba RİHB-nın Küpçal İƏD nümayəndəliyinin 01.06.2022-ci il tarixli arayışından görünür ki, JN-102F KOD 30318038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və JN-127 KOD 30318038 saylı torpağa mülkiyyət hüququna X27nda texniki səhv olduğundan X8 adı səhvən X5 göstərilmişdir. Nümayəndəliyin ərazisində X12 ad soyadda şəxs yoxdur və olmamışdır. İş materiallarına əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, X11 və onun ailə üzvlərinə Quba rayon AİK-nın 18.11.1998-ci il tarixli 15 saylı qərarına əsasən JN-102A KOD 30318038 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə tərtib edilərək 0.20 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna X26 surətindən görünür ki, X11 və onun ailə üzvlərinə Quba rayon AİK-nın 18.11.1998-ci il tarixli 15 saylı qərarına əsasən JN-127 KOD 30318038 saylı Torpağa Mülkiyyət Hüququna X27 tərtib edilərək 1.44 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi və onun ailə üzvlərinə Quba rayon AİK-nın 18.11.1998-ci il tarixli 15 saylı qərarına əsasən 0.20 ha torpaq sahəsi verilərək JN-102A KOD 30318038 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə və 1.44 ha torpaq sahəsi verilərək JN-127 KOD 30318038 saylı Torpağa Mülkiyyət Hüququna X27 tərtib edilmişdir. JN-127 KOD 30318038 saylı Torpağa Mülkiyyət Hüququna X27nda və JN-102A KOD 30318038 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə “X13” əvəzinə səhvən “X12” kimi qeyd olunmuşdur. Ərizəçi məhkəmədən JN-102A KOD 30318038 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin və JN-127 KOD 30318038 saylı Torpağa Mülkiyyət Hüququna X26 mərhum atası X11 məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilərin göstərdiyi hal, yəni JN-102A KOD 30318038 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin və JN-127 KOD 30318038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət X4, Ərizəçi, X16 və X17 ilə yanaşı, X11 məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. JN-102A KOD 30318038 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair X2 münasibətdə ona məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. JN-127 KOD 30318038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət X3 münasibətdə ona məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1272/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1272/2022
02.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver