Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1282/2021 24.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi3 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məhkəməyə ərizə ilə müraciət edərək, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-227F, KOD 30307018 saylı X1 ilə yanaşı onlara Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 məxsus olmasına dair hüquqi faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərzəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizələrini onunla əsaslandırmışlar ki, onlar bir ailə olmaqla o, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X5 Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il traixli 04 saylı qərarı ilə Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-227F KOD 30307018 saylı Şəhadətnaməyə əsasən fərdi yaşayış evi və həyətyanı sahə təyinatlı 0.20 ha torpaq sahəsi verilmişdir. Lakin Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-227F KƏD30307018 saylı Şəhadətnamədə onların ad və ata adları səhv yazılmışdır. Belə ki, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-227F KOD 30307018 saylı Şəhadətnamədə “Ərizəçi1” əvəzinə səhvən “X8”, “Ərizəçi3” əvəzinə səhvən “Ərizəçi3 Cəlil oğlu”, “Ərizəçi2” əvəzinə səhvən “Ərizəçi2 Cəlil qızı” kimi yazılmışdır. Hazırda vərəsəlik məsələlərinin həlli üçün çıxarış almaq istəyirlər. Lakin Şəhadətnamədə mülkiyyətçilərin adı və ata adlarının düzgün yazılmadığından bu mümkün deyildir. Şəhadətnaməni verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyindən Şəhadətnamədəki yanlışlıqları aradan qaldıra bilmirlər və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmədə ərizəçilər Ərizəçi1 və Ərizəçi3 ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Ərizəçi2 qızı və maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Quba rayon Qeydiyyat Şöbəsinin arayışından və şəxsiyyət vəsiqəsinin surətindən görünü rki, Ərizəçi1 xx.xx.1971-ci ildə anadan olmuşdur. Onun atası – X4, anası – X2r. Həmin arayışda və şəxsiyyət vəsiqəsində onun adı, soyadı və atasının adı “Ərizəçi1” olaraq qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Ərizəçi2 xx.xx.1996-cı il tarixdə anadan olmuşdur. Onun doğum haqqında şəhadətnaməsində və şəxsiyyət vəsiqəsində atasının adı “Cəmil” olaraq qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Ərizəçi3 xx.xx.1998-ci il tarixdə anadan olmuşdur. Onun doğum haqqında şəhadətnaməsində və şəxsiyyət vəsiqəsində atasının adı “Cəmil” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Torpağın Mülkiyyətə Verilmsəinə dair Şəhadətnamələrin surətindən görünür ki, Ərizəçi1, Ərizəçi2, X5 və Ərizəçi3 Quba rayon AİK-nın 03.05.1997-ci il tarixli 04 saylı qərarı ilə Torpağın Mülkiyyətə Verilməsinə dair JN- 227F saylı, Kod 30307018 saylı Şəhadətnamə tərtib edilərək 0,20 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi1, Ərizəçi2, X5 və Ərizəçi3 Quba rayon AİK-nın 03.05.1997-ci il tarixli 04 saylı qərarına əsasən 0,20 ha torpaq sahəsi verilmiş və Torpağın Mülkiyyətə Verilməsinə dair JN-227F saylı, Kod 30307018 saylı Şəhadətnamə tərtib edilmişdir. Həmin Şəhadətnamədə “Ərizəçi1” əvəzinə səhvən “X8”, “Ərizəçi3” əvəzinə səhvən “Ərizəçi3 Cəlil oğlu”, “Ərizəçi2” əvəzinə səhvən “Ərizəçi2 Cəlil qızı” kimi qeyd olunmuşdur. Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məhkəmədən Torpağın Mülkiyyətə Verilməsinə dair JN-227F saylı, Kod 30307018 saylı Şəhadətnamənin onlara məxusus olması faktının müəyyən edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilərin göstərdiyi hal, yəni Torpağın Mülkiyyətə Verilməsinə dair JN-227F saylı, Kod 30307018 saylı X1 ilə yanaşı, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizələri təmin edilsin. Torpağın Mülkiyyətə Verilməsinə dair JN-227F saylı, Kod 30307018 saylı Şəhadətnamənin Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 münasibətdə onlara məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1282/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1282/2021
24.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver