Məhkəmə qərarları › İş №2(027)-1286/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1286/2025

13.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1286/2025 13.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid sədrliyi, X1 katibliyilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs1 və Maraqlı şəxs2 cəlb olunmaqla şəxslərin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs1 və Maraqlı şəxs2 cəlb olunmaqla “şəxslərin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qardaşları xx.xx.1983-cü il təvəllüdlü X5 “Şizofreniya paranoid forması, fasiləsiz gedişatlı”, xx.xx.1977-ci il təvəllüdlü X3 “Oliqofreniyanın orta debillik dərəcəsi, davranış pozğunluğu ilə” və bacısı xx.xx.1986-cı il təvəllüdlü X2 “F20.0 Paranoid şizofreniya, şizofreniya paranoid forması fasiləsiz gedişli halsinotor paranoid sindrom. Ağırlaşma F22.0 Sayıqlama pozğunluğu” diaqnozları əsasında müddətsiz ikinci dərəcə əlil hesab olunduqları və faktiki olaraq sərbəst fəaliyyət qabiliyyətlərinin olmadığı nəzərə alınaraq onların fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddia ərizəsini və əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə Ərizəçi izahatını dinləyib hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının (ərizəçinin) vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iddia ərizəsi geri qayatrılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi cavabdeh Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı şəxslərin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Ərizəçi geri qaytarılsın. Qəraradad iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun (təyinatı: Quba Rayon Məhkəməsi, mədaxil qəbzinin nömrəsi: **********, ödəniş tarixi: xx.xx.2025, iddiaçı Ərizəçi geri qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar