Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1289/2025 04.06.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi, tələbnamənin ləğv olunması və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsilə müraciət edərək, Cavabdeh İB-nin Quba XS-nin əməkdaşlarının barəsində tərtib etdikləri “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 14 dekabr 2023-cü il tarixli Akt N 0391396, 06 iyun 2024-cü il akt N 0415181, 01 avqust 2024-cü il akt N 0415225, 23 fevral 2024-cü il tarixli akt N ******* hesabladıqları 7420,22 (yeddi min dörd yüz iyirmi manat 22 qəpik) manat borcun abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayonu Vladimirovka kəndində ailəsi ilə birlikdə yaşayır. Cavabdeh təşkilatla bağladığı müqaviləyə əsasən təbii qazdan istifadə edərək, istifadə etdiyi qazın dəyərini ödəyir. 30 dekabr 2023-cü il tarixdə 21 fevral 2024-cu il tarixdə, 03 iyun 2024-cü il tarxidə , 01 avqust 2024-cu il tarixdə cavabdeh təşkilatın nümayəndələri yaşadığı ünvana gələrək guya sayğacdan kənar qeyri-qanuni xətdən təbii qazdan istifadə etdiyi akt tərtib edərək ümumilikdə 7420,22 manat borc hesablayıb. Qeyd edilən məbləğdə pulu məbləğdən tələb edirlər. O, hər dəfə cavabdeh təşkilatın əməkdaşları gələndə onlara bildirmiş ki, o, sayğacdan kənar xətdən istifadə etmir və onlar çəkiliş aparanda o, təbii qazdan sayğacdan gedən xətdən istifadə etdiyi müəyyən edilib və eyni xətaya görə 4 dəfə qanunsuz və ədalətsiz aktlar tərtib edilərək əsassız cərimə borcları hesablanıb tələb olunur. Ona görə də pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müaciət etməli olmuşdur. O, qeyd etmək istəyir ki, cavabdeh təşkilatın tərtib etdiyi aktla və hesabadıqları ziyanla razılaşmadığı üçün akta qol çəkməkdən imtina edərək və hər dəfə də bu xətdən istifadə etmədiyi və ana xətdən evinə çəkilən xətdən istifadə etdiyini bildirmişdir. Ona görə də o, Azəriqaz İB-nin tərtib etdiyi 30 dekabr 2023-cü il, 21 fevral 2024-cü il , 03 iyun 2024-cü il və 01 avqust 2024-cü il tarixli aktları ilə razılaşmır və bir daha qeyd edir ki, aktda qeyd olunan hallar mövcud olsaydı onlar hall şahidlərinin iştirakı ilə akt tərtib etməli idilər. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh İB məhkəməyə iddia tələbinə etiraz ərizəsi ilə müraciət edərək, ərizədə göstərmişdir ki, “Azəriqaz" X3 RQİİ-nin Quba xidmət Sahəsində əhali abonenti kimi qeydiyyatda olan X1 rayonunun Vladimirovka kəndində yerləşən fərdi yaşayış evində yaşayır və Müqavilə əsasında evində təbii qazdan istifadə edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. Lakin buna baxmayaraq cavabdeh müqavilə öhdəliklərinə əməl etməmişdir. Beləki, xx.xx.2023-cü il tarixdə “Azəriqaz" İstehsalat Birliyinin işçiləri tərəfindən həmin evdə təbii qazın uçotu və TQİQ-na riayət olunmasına baxış keçirilən zaman cavabdehin istifadəsində olan ELESTR tipli (i-4 markalı, 0189210'183969 №-li qaz sayğacdan kənar qanunsuz xətlə təbii qazdan istifadə etdiyi müəyyən edilmişdir. Bu barədə xx.xx.2023-cü il tarixli ******* nömrəli “təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazm miqdarı qüvvədə olan qanunvericiliyə uyğun normativlər əsasında 41040 m3 və ya 4924,80 manat hesablanmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə “Azəriqaz" İstehsalat Birliyinin işçiləri tərəfindən həmin evdə təbii qazın uçotu və TQİQ-na riayət olunmasına baxış keçirilən zaman cavabdehin yenə də sayğacdan kənar qanunsuz xətlə təbii qazdan istifadə etdiyi müəyyən edilmişdir. Bu barədə xx.xx.2024-cü il tarixli ******* nömrəli "təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın miqdarı qüvvədə olan qanunvericiliyə uyğun normativlər əsasında 3312 m3 və ya 397,44 manat hesablanmışdır. xx.xx.2024-cü il tarixdə “Azəriqaz" istehsalat Birliyinin işçiləri tərəfindən həmin evdə təbii qazın uçotu və TQİQ-na riayət olunmasına baxış keçirilən zaman cavabdehin yenə də sayğacdan kənar qanunsuz xətlə təbii qazdan istifadə etdiyi müəyyən edilmişdir. Bu barədə xx.xx.2024-cü il tarixli ******* nömrəli "təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın miqdarı qüvvədə olan qanunvericiliyə uyğun normativlər əsasında 4944 m’’ və ya 593,28 manat hesablanmışdır. xx.xx.2024-cü il tarixdə “Azəriqaz" İstehsalat Birliyinin işçiləri tərəfindən həmin evdə təbii qazın uçotu və TQİQ-na riayət olunmasına baxış keçirilən zaman cavabdehin yenə də sayğacdan kənar qanunsuz xətlə təbii qazdan istifadə etdiyi müəyyən edilmişdir. Bu barədə xx.xx.2024-cü il tarixli ******* nömrəli “təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazm miqdarı qüvvədə olan qanunvericiliyə uyğun normativlər əsasında 2928 m3 və ya 351,36 manat hesablanmışdır. Ümiumilikdə cavabdeh tərəfindən mübahisələndirilən aktlar üzrə çəmisi 6266,88 manat itirilmiş qazın bərpası üçün zoyan hesablanmışdır. Lakin iddiaçı 1153,34 manat artıq-7420,22 manat iddia məbləği qoymuşdur. İddiaçı qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması video çəkilişlə həyata keçirilmiş, abonentin fərdi yaşayış evinə çəkilmiş qanunsuz qaz xəttinin görüntüləri tam aydın şəkildə video çəkilişdə öz əksini tapmışdır. Video çəkilişlə abonentin evində təbii qazdan qanunsuz ana qaz xəttinə qoşularaq sayğacdan kənar xətt ilə təbii qazdan istifadə edilməsi halı tam aydın şəkildə əks olunmuşdur. Buna görə də o evdə qanunsuz istifadə olunan təbii qazın bərpası üçün ziyan onun koduna hesablanmış və onun tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə QaydalaıT’nın 6.5 bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazm verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Belə ki, təbii qazdan qanunsuz qoşulma ilə istifadə halları nəticəsində dəymiş zərərin hesablanması həmin Qaydaların 6.5-3-cü bəndində göstərilir ki, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsi dayandırılmalı, etibarlılğımn və təhlükəsizliyinin müəyyən edilməsi məqsədi ilə qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş qazm dəyərinin qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və qaz sayğacının markası nəzərə alınmaqla yenidən hesablanmalıdır. İddiaçı evində qaz xəttində quraşdırılmış qaz işlədici cihazların saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazm bərpası üçün hesabat aparılmışdır. Göründüyü kimi İddiaçı üçün sayğacdan kənar xətlə təbii qazdan istifadəyə görə ziyan Qaydalara tam uyğun hesablanmışdır. Bütün bu hərəkətlərinə görə İddiaçı Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimlənməsi Agentliyinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarı ilə inzibatı məsuliyyətə alınmışdır. İş üzrə Cavabdeh İB qanunla müəyyən olunmuş qaydada növbəti məhkəmə baxış iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akta əsasən abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi müəyyən edilmişdir İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli təlabnamənin surətindən görünür ki, İddiaçı adına olan **********04990 saylı abonent kodu üzrə 41040 m3 həcmində qaz itkisi hesablanmışdır. İş materiallarında olan Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akta əsasən abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi müəyyən edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2024-cü il tarixli təlabnamənin surətindən görünür ki, İddiaçı adına olan **********04990 saylı abonent kodu üzrə 3312 m3 həcmində qaz itkisi hesablanmışdır. İş materiallarında olan Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akta əsasən abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi müəyyən edilmişdir İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2024-cü il tarixli təlabnamənin surətindən görünür ki, İddiaçı adına olan **********04990 saylı abonent kodu üzrə 2928 m3 həcmində qaz itkisi hesablanmışdır. İş materiallarında olan Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akta əsasən abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi müəyyən edilmişdir İş materiallarında olan Abonent saldosundan göründüyü kimi, Xaçmaz rayonu Qımıl-Qışlaq kəndində yerləşən mənzilə aid **********04990 saylı abonent kodu üzrə itirilmiş qazın bərpası üçün 7420,22 (yeddi min dörd yüz iyirmi manat 22 qəpik) manat qəpik borc hesablanmışdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, qeyriqanuni qazdan istifadəyə görə cavabdeh tərəfindən iddiaçıya 7420,22 (yeddi min dörd yüz iyirmi manat 22 qəpik) manat məbləğində vurlmuş ziyan hesablanmış və istehlakçı isə cavabdehin hesablanmış olduğu həmin ziyan məbləği ilə razılaşmamışdır. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1bəndinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçı fərdi yaşayış evində quraşdırılmış qaz xəttinə sayğacdan kənar qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə etmiş, bu hal Cavabdeh İB əməkdaşları tərəfindən aşkarlanaraq aktlaşdırılmışdır və məlum olmuşdur ki, İddiaçı tərəfindən təbii qazdan qanunsuz istifadə nəticəsində ziyan dəymişdir. İddiaçının hərəkətləri nəticəsində maddi ziyanın vurulduğu, habelə təqsirli hərəkətləri ilə ona dəymiş maddi ziyan arasında səbəbli əlaqənin olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, təqdim olunmuş sübut qismində müvafiq akt və video görüntü vurulmuş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqənin olması baxımından mötəbər sübut qismində qəbul edilə bilər. Zərərin məbləğinin təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 7420,22 (yeddi min dörd yüz iyirmi manat 22 qəpik) manat hesablanması ilə bağlı məhkəmə qeyd edir ki, zərər məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə “Qazdan istifadə Qaydaları”nın əlavə edilmiş yeni məzmunda 6.5-1-6.5-4-cü bəndlərinin tələbləri nəzərə alınmaqla hesablanmalıdır. Belə ki, “Qazdan istifadə Qaydaları”nın 6.5-3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-1-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınır. Beləliklə zərər sutkanın ilin mövsümü, habelə əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla hesabat aparılması barədə sübut təqdim edilməməsi, habelə hər bir pozuntu aşkar olunması halında əvvəlki bir il müddətə dair zərər məbləği hesablanması nəzərə alınmaqla 351,22 (üç yüz əlli bir manat, iyirmi iki qəpik) manat saxlanılmaqla, 7069 (yeddi min altmış doqquz) manat məbləğində cərimə **********04990 saylı abonent hesabından silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən **********04990 saylı abonent koduna itirilmiş qazın bərpası üçün hesablanmış 7069 (yeddi min altmış doqquz) manat məbləğ **********04990 kodlu abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-1289/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1289/2025
04.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver