Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1290/2021 24.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 qızının iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 Əli qızının maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 Əli qızı məhkəməyə ərizə ilə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-342 KOD 30304018 nömrəli Dövlət aktının atası Amirov Ali ilə yanaşı onlara Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 Əli qızı ərizəsini onunla əsaslandırmışlar ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 24 fevral 2000-ci il tarixli 02 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-342 KOD 30304018 nömrəli Dövlət Aktına əsasən onlara kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0.89 ha torpaq sahəsi verilmişdir. Lakin Torpağın mülkiyyətə verilməsinə dair JN-342 KOD 30304018 nömrəli Dövlət aktınada onların ata adları Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 əvəzinə səhvən Ərizəçi1yevna, Ərizəçi2 Aliyevna, X2 kimi yazılmışdır. X4 qeyd olunmuş ad və ata adında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Naziliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etsələr də, onların səlahiyyətlərinə aid olmaması və məhkəməyə müraciətlə bağlı **********79 nömrəli 03 may 2021-ci il tarixli imtina məktubu alıblar. Ona görə də, Dövlət Aktında yanlışlıqları aradan qaldıra bilmirlər və onlar bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək və ərizədə yazılanlara uyğun izahat verərək bildirmişdir ki, torpaq sahəsi istifadələrindədir. Atalarının vəfatından sonra torpağı adlarına keçirmək üçün çıxarış ala bilmirlər. Ona görədə ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi2 və Ərizəçi3 da Ərizəçi1 izahatına uyğun izahat vrərək ərizənin təmin ounmasını xahiş etmişlər. Məhkəmə ərizəçilərin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN:342 Kod 30304018 saylı Torpağa Mülkiyyət Hüququna X5 görünür ki, Amirov Ali, Ərizəçi1evna, Ərizəçi2 Alievna və X1 mülkiyyətinə Quba rayonu Aqrar İslahat Komissiyasının 24 fevral 2000-ci il tarixli, 02 saylı qərarı ilə 0.89 hektar torpaq sahəsi verilmiş, həmin dövlət aktında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ata adları “Alievna” digər Ərizəçi3 adı “Qyavar”, ata adı isə “Alievna” kimi qeyd olunmuşdur. İş materiallarında olan Quba RİHB-nin Alekseyevka kənd İƏD üzrə nümayəndiliyi tərəfindən verilmiş 28 aprel 2021-ci il tarixdə verilmiş 493 №li arayışdan görünür ki, Ərizəçi1 həqiqətən hazıda Alekseyevka kəndində yaşayır. İş materiallarında olan Quba RİHB-nin Alekseyevka kənd İƏD üzrə nümayəndiliyi tərəfindən verilmiş 28 aprel 2021-ci il tarixdə verilmiş 494 №li arayışdan görünür ki, Ərizəçi2 həqiqətən hazıda Alekseyevka kəndində yaşayır. İş materiallarında olan Quba RİHB-nin Alekseyevka kənd İƏD üzrə nümayəndiliyi tərəfindən verilmiş 28 aprel 2021-ci il tarixdə verilmiş 495 №li arayışdan görünür ki, Ərizəçi3 həqiqətən hazıda Alekseyevka kəndində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 03.05.2021-ci il tarixli, **********79 №li məktubundan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-342 KOD 30304018 saylı Torpağa Mülkiyyət Hüququna X6 qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İş materiallarında olan AZE ******** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin adı, soyadı, atasının adı müvafiq olaraq Ərizəçi1dır. İş materiallarında olan AZE seriyalı ******** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin adı, soyadı, atasının adı müvafiq olaraq Ərizəçi2dır. İş materiallarında olan AA seriyalı ******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin adı, soyadı, atasının adı müvafiq olaraq Ərizəçi3dır. İş materiallarına əlavə olunmuş 22.12.2020-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı 122847 №li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Amirov Ali 16.09.2020ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020 ilin 12 ayının 22 günündə 0499 № ilə qeyd edilmişdir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, Quba rayon Aqrar İslahatı Komissiyasının JN-342 seriyalı, KOD 30304018 saylı Torpağa Mülkiyyət Hüququna X8 əsasında Amirov Ali, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 mülkiyyətinə 0,89 hektar torpaq sahəsinin verilməsi, həmin dövlət aktında ərizəçilər Ərizəçi1 ata adının “Ali” əvəzinə səhvən “Alievna”, Ərizəçi2 ata adının “Əli” əvəzinə səhvən “Alievna” və Ərizəçi3 adının “Gavar” əvəzinə səhvən “Qyavar”, ata adının isə “Əli” əvəzinə səhvən “Alievna” kimi qeyd olunması, hüquqmüəyyənedici sənəd olan JN-342 seriyalı, KOD 30304018 saylı Torpağa Mülkiyyət hüququna X6 ərizəçilərin adının (soyadının, adının və atasının adının) onların şəxsiyyət vəsiqəsində göstərilən adı (soyadı, adı və atasının adı) ilə düz gəlməməsi, Quba rayon Aqrar İslahat Komissiyası və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduğu üçün ərizəçilərin bu faktı təsdiq edən sənədi başqa qaydada ala bilməməsi, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etməsi, ad və soyadlarda yaranmış uyğunsuzluqların aradan qaldırılması və düzəlişlərin həyata keçirilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmaması və bununla bağlı məhkəməyə müraciət olunmasının tövsiyə edilməsi və bu faktın müəyyən edilməsinin ərizəçiyə həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüquqlarının qeydiyyatına dair Çıxarış almaq üçün lazım olması sübuta yetirilir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, hüquqmüəyyənedici sənəd olan JN-342 seriyalı, KOD 30304018 saylı Torpağa Mülkiyyət Hüququna Dair X3 Ali ilə yanaşı Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. Hüquqmüəyyənedici sənəd olan Torpağa Mülkiyyət Hüququna Dair JN 342 Kod 30304018 saylı X3 Ali ilə yanaşı AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi1, AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi2 və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1290/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1290/2021
24.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver