Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1292/2021 14.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək, JN-068F KOD 30304018 saylı Torpağın mülkiyyətə verilməsinə dair X5 ilə yanaşı, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi1 göstərdi ki, onlara bir ailə olmaqla, Quba rayon Aqrar İslahat Komissiyasının 24 fevral 2000-ci il tarixli 02 saylı qərarı ilə JN-068F KOD 30304018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən fərdi yaşayış evinin tikintisi məqsədilə 0.09 ha torpaq sahəsi verilmişdir. Lakin həmin şəhadətnamədə onların adı Ərizəçi1 əvəzinə X11, Ərizəçi2 əvəzinə X12, Ərizəçi3 əvəzinə X1 səhv yazılmışdır. Onlar Şəhadətnamədə qeyd olunmuş ad, soyad, ata adında yaranmış uyğunsuzluğları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz İdarəsinə müraciət etsələr də,bu onların səlahiyyətinə aid olmadığı və məhkəməyə müraciətlə bağlı imtina məktubu alıblar və məhkəməyə müraciət etmək məcburiyyətində qalıblar. Göstərilənləri nəzərə alaraq, JN- 068F KOD 30304018 saylı Torpağın mülkiyyətə verilməsinə dair X5 ilə yanaşı, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə Ərizəçi2 ərizəni müdafiə edərək, bildirdi ki, JN-068F KOD 30304018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə də onun adı Ərizəçi2 əvəzinə X12 kimi yazılıb. Ərizəçi2 şəhadətnamənin ona aid hissədə ona məxsus olması faktının müəyyən edilməsi ilə bağlı ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Ərizəçi3 ərizəni müdafiə edərək, bildirdi ki, JN-068F KOD 30304018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə də onun adı Ərizəçi3 əvəzinə X10 kimi yazılıb. Ərizəçi3 şəhadətnamənin ona aid hissədə ona məxsus olması faktının müəyyən edilməsi ilə bağlı ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz İdarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 5 saylı Xaçmaz İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X3 bildirdi ki, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 qonşularıdı, 1985-ci ildən Özbəkistan Respublikasından onları tanıyır. 1991-ci ildən bura köçüb burda yaşayırlar. Onları tanıdığı vaxtdan Tuntul, Cənnət, Gavar kimi tanıyır, Tutu, Tana, Yavər adlarını ümumiyyətlə eşitməyib, atalarının adı Alidir. Məhkəmə ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və şahid X2 dinləyib və işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin və keçmiş Özbəgistan SSRİ-də verilmiş İİ-УЗ 477047 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, vəsiqədə və doğum haqqında şəhadətnamədə ad, soyad ata adı qrafalarında, vəsiqədə “Ərizəçi2” qızı, doğum haqqında şəhadətnamədə “X8” yazılmışdır və o, Quba rayonu Alekseyevka kəndində qeydiyytdadır. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin və keçmiş Özbəgistan SSRİ-də verilmiş İİ-УЗ 477048 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, vəsiqədə və doğum haqqında şəhadətnamədə ad, soyad ata adı qrafalarında, vəsiqədə “Ərizəçi1” qızı, doğum haqqında şəhadətnamədə “X6” yazılmışdır və o, Quba rayonu Alekseyevka kəndində qeydiyytdadır. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin və keçmiş Özbəgistan SSRİ-də verilmiş İİİ-ЮС 437913 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, vəsiqədə və doğum haqqında şəhadətnamədə ad, soyad ata adı qrafalarında, vəsiqədə “Ərizəçi3” qızı, doğum haqqında şəhadətnamədə “X9” yazılmışdır və o, Quba rayonu Alekseyevka kəndində qeydiyytdadır. İş materiallarında olan AZ-İİ 122847 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Amirov Ali 16.09.2020-ci il tarixində Quba rayonu Alekseyevka kəndində vəfat etmiş, 22.12.2020-ci il tarixli 0499 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Quba RİHB Alekseyevka İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 28.04.2021-ci il tarixli 493 nömrəli arayışdan görünür ki, Ərizəçi1 hazırda Quba rayonu Alekseyevka kəndində yaşayır. İş materiallarında olan Quba RİHB Alekseyevka İƏD üzrə n nümayəndəliyi tərəfindən verilmiş 28.04.2021-ci il tarixli 494 nömrəli arayışdan görünür ki, Ərizəçi2 hazırda Quba rayonu Alekseyevka kəndində yaşayır. İş materiallarında olan Quba RİHB Alekseyevka İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 28.04.2021-ci il tarixli 495 nömrəli arayışdan görünür ki, Ərizəçi3 hazırda Quba rayonu Alekseyevka kəndində yaşayır İş materiallarında olan, JN-068F KOD 30304018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Quba rayon Aqrar İslahat Komissiyasının 24 fevral 2000-ci il tarixli 02 saylı qərarı ilə, fərdi yaşayış evi tikmək məqsədilə 0.09 ha topaq sahəsi mülkiyyətə verilmiş, mülkiyyətçilər X10, Amirov Ali, X11 və X12 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz İdarəsinin Ərizəçi1 ünvanladığı 03.05.2021-ci il tarixli məktubda JN-068F KOD 30304018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə ad və soyadlarında yaranmış uyğunsuzluğları aradan qaldırmaq və düzəlişlərin həyata kemirilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, JN-068F KOD 30304018 saylı Torpağın mülkiyyətə verilməsinə dair X5 ilə yanaşı, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. JN-068F KOD 30304018 saylı Torpağın mülkiyyətə verilməsinə dair X5 ilə yanaşı, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1292/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1292/2021
14.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver