Məhkəmə qərarları › İş №2(027)-1296/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1296/2020

22.07.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1296/2020 22.07.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçıCavabdeh İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Cavabdeh” İstehsalat Birliyinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin əməkdaşları tərəfindən xx xxxxxxx 2018- ci ildə ******* nömrəli akta əsasən qanunsuz hesablanmış 540 (beş yüz qırx) manat borcun abonent hesabımdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Quba rayonu Üçgün kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır. Hal-hazırda işilə və uşaqlarınn təhsii ilə əlaqədar müvəqqəti olaraq, Bakı şəhərində yaşayır. Üçgün kəndində yaşadığı ev qaynatası X1 adınadı. O hazırda Rusiyadadadır. O, iki uşağı ilə həmin evdə yaşayır. İstifadə etdiyi qazın istehlakçısı odur. Həmin evə müqavilə ilə 2013- cü ildə qaz xətti çəkilmiş sayğac quraşdırılmış, həmin vaxtdan sayğac üzrə istifadə etdiyi qazın pulunu ödəmişdir. 2018- ci ildə evinə gələrkən, küçədə quraşdırılmış qaz sayğacının sındırıldığını görmüşdür. Bu barədə X5 idarəsinə məlumat vermişdir. X6 idarəsinin əməkdaşları məlumatın əsasında sayğaca baxış keçirmiş, sayğacı ekspertizaya göndərilməsi üçün çıxarıb aparmışlar. Bundan iki ay sonra 2018- ci ilin oktyabr ayında QQİ-dən ona zəng edərək sayğacda deşik olduğunun müəyyən edildiyini bildirmişlər. xx xxxxxxx 2018- ci il tarixdə Cavabdehnin işçiləri yaşadığı evə gələrək sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün alt hissədən deşilməsi adı ilə müvafiq akt tərtib etmişlər. Akta əsasən ona 5400 kub metr qaz sərfiyyatının itkisi kimi 540 manat ziyan hesablanmışdır. Həmin akta etirazını bildirmiş və aktı imzalamaqdan imtina etmişdir. Qaz sayğacı küçədə yerləşdirilmiş, tərəfindən sayğaca heç bir müdaxilə olunmamış, sayğacın plombu yerində olmuşdur və özü də müvəqqəti Bakıda yaşayır. O, hesab edir ki, 540 manat məbləğində borc onun hesabından silinməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, təmin olunmasını xahiş etdi. İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2018- ci il tarixli, ******* saylı aktdan görünür ki, Quba rayonu Üçgün kəndində yaşayan İddiaçı Əliyar qızı yaşadığı evdə çöldə quraşdırılan G4T markalı, ******* nömrəli sayğac növbədənkənar Dövlət yoxlamasına göndərilmək üçün çıxarılmışdır. İş materiallarında olan Cavabdeh İstehsalat Birliyinin əməkdaşları tərəfindən xx xxxxxxx 2018- ci il tarixli ******* nömrəli aktdan görünürki, istehlakçı Quba rayonu Üçgün kəndində yerləşən fərdi evinə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış, ARDNŞ-nin İT və Rİ- nin 29/1710-01950-31 saylı rəyinə görə ******* nörəli sayğacın hesablama mexanizminin qoruyucu örtüyü alt hissədən deşilib və ziyanın hesablanıb ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh X2 X4 İdarəsinin rəisi tərəfindən xx xxxxxxx 2018- ci il tarixdə təsdiq edilmiş aktdan görünürki, İddiaçı məxsus Quba rayonu Üçgün kəndində fərdi yaşayış evində qaz işlədicilərindən 3 gözlü qaz piltəsinin maksimal saatlığ qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi- 6 saat, hesabat müddəti 480 gün qəbul edilməklə, dəmir sobasının qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi – 18 saat, hesabat müddəti 180 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğ cəmi 5400 m3 təşkil etmişdir. İş materiallarında olan abonentin saldosundan görünürki, Quba rayonu Üçgün kəndində yerləşən İddiaçı 2018- ci il oktyabr ayına qazın sərfinə görə 9.50 manat, qalığ və aktlar üzrə isə 540.00 manat borc hesablanmışdı. Azərbaycan Respublikasl Nazirlər Kabinetinin xx xxx 2011- ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları” nın 4.1 –ci bəndinə əsasən Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasaən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında “Azərbaycan Respublikası Qanunun 3cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquları vardır. Həmin Qanunu 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsinin məhkəmə həyata keçirir. Göründüyü kimi, fiziki şəxslərin evlərinə quraşdırılmış qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Məhkəmə araşdırması zamanı İddiaçı yaşadığı fərdi yaşayış evinə qaz sayğacının çöldə quraşdırıldığı müəyyən edilmişdir, həmin yer ictimai yer olduğundan qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin cavabdeh tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarında heç bir sübut yoxdur. Bu isə mübahisələndirilən aktda təsbit olunan məlumatların doğruluğuna əsaslı şübhələr yaradır və onun inandırıcı sübut kimi qəbul edilməsinə istisna edir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq,hesab edirki,qaz sayğacına müdaxilə olunmasında iddiaçının təqsiri sübuta yetirilmədiyindən Cavabdeh İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018- ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 540.00 manat məbləğində borc pul silinməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216- 220,360-cı maddələrini əsas tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı yaşadığı Quba rayonu Üçgün kəndində yerləşən fərdi yaşayış evinə dair xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən hesablanmış 540 (beş yüz qırx) manat borc pul silinsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar