Məhkəmə qərarları › İş №2(027)-1300/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1300/2020

22.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1300/2020 22.07.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, Ərizəçi Zeynalova (Rəcəbova) Aygül Firdovsi qızının iştirakı ilə, Ərizəçi Zeynalova (Rəcəbova) Aygül Firdovsi qızının maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Zeynalova (Rəcəbova) Aygül Firdovsi qızı məhkəməyə ərizə ilə müraciət edərək, JN-0026, KOD 30304038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının X2, X5, X6 ilə yanaşı mərhum anası X7 və ona, yəni Zeynalova (Rəcəbova) Aygül Firdovsi qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərziəçi Zeynalova (Rəcəbova) Aygül Firdovsi qızı ərizəsini onunla əsaslandırmışdır ki, onlar bir ailə olmaqla X2, X7, X5, X6 və o, yəni Zeynalova (Rəcəbova) Aygül Firdovsi qızına Quba rayon AİK-nın xx xxxxxx 2000-ci il tarixli 02 saylı qərarı ilə X14 dair JN-0026, KOD 30304038 saylı Dövlət Aktına kənd təsərrüfatı istehsalı təyinatlı 1,10 ha torpaq sahəsi verilmişdir. Lakin JN-0026, KOD 30304038 saylı Dövlət Aktında onların bəzilərinin adları səhv yazılmışdır. Belə ki, Dövlət Aktında “X8” əvəzinə səhvən “X9”, “X7” əvəzinə səhvən “X10” kimi qeyd edilmişdir. Anası X7 xx.xx.2016-cı ildə vəfat etmişdir. Ölüm haqqında şəfadətnamədə və sənədlərdə mərhum anasının adı “X7” kimi yazılmışdır. Hazırda onlara məxsus torpaq sahəsinə DƏDRX-dən çıxarış almaq istəyirlər. Lakin şəhadətnamələrdə mülkiyyətçilərin adı və ata adı düzgün yazılmadığından bu mümkün deyildir. Dövlət Aktını verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi əğv edildiyindən Aktdakı yanlışlıqları aradan qaldıra bilmirlər və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmədə ərizəçi Zeynalova (Rəcəbova) Aygül Firdovsi qızı ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, Zeynalova (Rəcəbova) Aygül Firdovsi qızı xx.xx.1986-cı ildə anadan olmuşdur. Həmin şəxsiyyət vəsiqəsində onun adı “Aygül” kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “nikah haqqında şəhadətnamənin”nin surətindən görünür ki, X12 ilə X8 arasında arasında xx xxxxxx 2004-cü il tarixdə nikahları bağlanmış və nikah Quba RİHB-nın Alekseyevka kənd İƏD-üzrə nümayəndəliyi tərəfindən həmin tarixli 04 nömrəli akt qeyd ilə qeyd edilmişdir. Nikahdan sonra X3 “Zeynalova” soyadı verilmişdir. Həmin Şəhadətnamədə onun adı “Aygül” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “ölüm haqqında şəhadətnamənin”nin surətindən görünür ki, X7 xx xxxxxx 2016-cı il tarixdə ölmüşdür. Həmin şəhadətnamədə onun atasının adı “Əliqulu” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Quba RİHB-nın Alekseyevka kənd İƏD ürzə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X7 2016-cı ilədək ərazi dairəsinin İqriq kəndində yaşamış və xx.xx.2020-ci il tarixli, AZ-İİ №062053 saylı ölüm haqqında şəhadətnaməyə əsasən xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Mərhum X1 ailə üzvlərinə əri-X2, qızı-X5, qızı-X8, oğlu-X6, qızı-X11 daxildir. Başqa ailə üzvləri barədə Quba RİHB-nın Alekseyevka kənd İƏD-üzrə nümayəndəliyində məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Zeynalova (Rəcəbova) Aygül Firdovsi qızına və onun ailə üzvlərinə Quba rayon AİK-nın xx.xx.2000-ci il tarixli 02 saylı qərarına əsasən xx.xx.2002-ci il tarixdə JN-0026, KOD 30304038 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı tərtib edilərək 1.10 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Quba rayon AİK-nın xx.xx.2000-ci il tarixli 02 saylı qərarına əsasən xx.xx.2000-ci il tarixdəZeynalova (Rəcəbova) Aygül Firdovsi qızına və onun ailə üzvlərinə JN-0026, KOD 30304038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı tərtib edilərək 1.10 ha torpaq sahəsi verilmişdir. Həmin Dövlət Aktında ərizəçinin adı X8” əvəzinə səhvən “X9” kimi, onun mərhum anasının adı isə “X7” əvəzinə səhvən “X10” kimi qeyd olunmuşdur. Zeynalova (Rəcəbova) Aygül Firdovsi qızı məhkəmədən JN-0026, KOD 30304038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının ona və mərhum anası X4 məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçinin göstərdiyi hal, yəni JN-00xx xxx 30304038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının X2, X5, Zeynalova (Rəcəbova) Aygül Firdovsi qızı, X6 ilə yanaşı ona, yəni Zeynalova (Rəcəbova) Aygül Firdovsi qızına və mərhum X4 məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi Zeynalova (Rəcəbova) Aygül Firdovsi qızının hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. JN-00xx xxx 30304038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı Zeynalova (Rəcəbova) Aygül Firdovsi qızına və mərhum X4 münasibətdə onlara məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar