Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1301/2024 08.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, cavabdehlər X5 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər X5 və Cavabdeh2 qarşı“ kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X5 və Cavabdeh2 Elburus qızına Quba Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli qətnaməsi ilə Quba rayonu Vladimirovka kəndində yerləşən evinə köçürmələrinə onlara 5000 (beş min) manat kompensasiya formasında pul verilməklə istifadə hüquqlarına və evə köçürülmələrinə xitam verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cəmil Şıxəliyev oğlu, Cavabdeh2 isə gəlinidir. Oğlu C.Şıxəliyev doğulan gündən onun evində, Umnisə isə 30 mart 2022-ci il tarixdən oğlu Cəmil ilə evlənib ona məxsus Quba rayonun Vladimirovka kəndində yerləşən evimdə yaşayırdılar. Cavabdeh2 evinə gəlin gəldikdən sonra oğlu Cəmilin xasiyyəti dəyişdi, onlar mütəmadi olaraq evdə söz söhbət yaradıb, onu söyübtəhqir edir, şərəf və ləyaqətimi alçaldırdılar. Cavabdehlər 2022-ci ilin mart ayında evdə onunla dalaşıb, onu söyüb təhqir edib evdən çıxıb gedib Quba şəhərində kirayəyə ev tutub yaşamağa başladılar və sonradan ona şər-böhtan ataraq, onları evdən qovub çıxartdıqlarını bildirib, Quba rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edib ona məxsus evə köçürmələri barədə iddia ərizəsi ilə müraciət etdilər və Quba Rayon Məhkəməsində evə köçürməsi barədə 11 dekabr 2023-cü il 2(027)-1808/2023 N-li qətnamə çıxarılmışdır. Cavabdehlər onu söyüb təhqir edib döydükləri üçün o 16 mart 2023-cü il tarixdə AR DİN-nin 102-xidmətinə müraciət edib cavabdehlər tərəfindən təhqir edilib, döyülməyi barədə şikayət etmişdir. Lakin sonradan vicdanı yol vermədiyi üçün polisə ərizə verib oğlu Cəmili bağışladığını bildirdi. O, 3-cü qrup əlil olmaqla onkoloji xəstədir, cavabdehlərlə aralarında kəskin ziddiyyət olduğu üçün bir evdə yaşamağları qeyri-mümkündür. Ona görə də o ölən günü üçün topladığı 5000 manat pulu kompensasiya şəklində cavabdehlərə verib onların evinə olan iddialarına xitam verilməsini istəyir. O, qanunun bu tələbinə riayət edərək, iddiaçılar X5 və Cavabdeh2 Elburus qızına istifadə hüquqlarına xitam verilməsi üçün onlara 5 min manat kompensasiya formasında pul verməklə istifadə hüquqlarına xitam verilməsini tələb edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər X5 və Cavabdeh2 iddianı qəbul etməyərək, kirayədə qaldıqlarını, Quba rayon Məhkəməsinin qətnaməsi əsasında həmin evə köçürülmələri qət edilsədə, iddiaçı tərəfindən həmin qətnamə də icra edilməmişdir. İddiaçının təklif etdiyi 5000 manat pulun az olduğunu, həmin məbləğlə razı olmadıqlarını, 10000 manat istədiklərini bildirərək, iddianın rədd olunmasını xahiş etmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanaraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: Quba rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-1808/2023 saylı qətnaməsinin surətindən görünür ki, X5, X3 azyaşlı övldları X7 ilə birlikdə Quba rayonu, Vladimirovka kəndində yerləşən təsərrüfatbaşına kitabda X1 aid edilmiş 0,06 ha torpaq sahəsində yerləşən yaşayış evinə köçürülmələri qət edilmişdir; Quba rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(027)-275/2024 saylı qərarından görünür ki, İddiaçı Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(027)-1808/2023 saylı icra sənədini icra etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 manat məbləğində cərimə edilmişdir; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən verilmiş, reyestr nömrəsi **********71-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli Çıxarışdan görünür ki, Quba rayonu, Vladmirovka kəndində 0,06 ha torpaq sahəsində yerləşən yaşayış evi ümumi birgə İddiaçı, X8, X4, X6, Cavabdeh1 və X2 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 87 nömrəli reyestr kitabınn 51 nömrəli vərəqində qeydiyyata alınmışdır. Beləliklə, faktiki hallarından və işdə olan sənədlərdən məlum olur ki, Quba rayon Məhkəməsinin 2(027)-1808/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X5, X3 azyaşlı övldları X7 ilə birlikdə Quba rayonu, Vladimirovka kəndində yerləşən təsərrüfatbaşına kitabda X1 aid edilmiş 0,06 ha torpaq sahəsində yerləşən yaşayış evinə köçürülmələri qət edilmişdir. İddiaçı tərəfindən də cavabdehlərə evdən istifadə hüququna xitam verilməsi ilə bağlı 5000 manat kompensasiya ödənilməsi təklif edilmiş, lakin cavabdehlər həmin məbləğlə razılaşmamışlar. Belə olan halda, Azərbaycan Respublikası Mülki-prosessual Məcəllənin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.3-cü maddəsinə əsasən Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respulikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmli fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu hüquq normasının tətbiqi üçün 3 dispozitiv şərtin mövcudluğu mütləqdir: 1) əmlak mülkiyyət hüququ əsasında şəxsə məxsus olmalıdır;2) bu əmlak özgəsinin sahibliyində olmalıdır; 3) özgəsinin bu əmlaka sahibliyi qeyri-qanuni olmalıdır. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Yenə də həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində mülkiyyətin dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə olması, Azərbaycan Respublikasında mülkiyyətin toxunulmaz olması və dövlət tərəfindən müdafiə olunması təsbit edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, «hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı cavabdehlər X5 və Cavabdeh2 qarşı“ kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, Q ə t e t d i: İddiaçı cavabdehlər X5 və Cavabdeh2 qarşı“ kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1301/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1301/2024
08.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver