Məhkəmə qərarları › İş №2(027)-1302/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1302/2020

13.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1302/2020 13.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, Quba rayon X1 xx xxx 2000-ci il tarixli, 05 nömrəli qərarı ilə verilmiş JN-00xx xxx 30301004 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktının bizlərə yəni, Məmmədovä Fakizə Bayraməli qızına, Ərizəçi2 və Məmmədova Mövminət Əhmədbəy qızına məxsus olması faktını nüəyyən edərək, qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi1 qız ərizəni müdafiə edərək göstərdi ki, Quba rayon X1 xx xxx 2000-ci il tarixli, 05 nömrəli qərarı ilə bizə və ailə üzvlərimizə JN-00xx xxx 30301004 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Həmin Dövlət aktında adlarımız “Ərizəçi1” əvəzinə səhvən “X2”, “Ərizəçi2” əvəzinə səhvən “X6” və mərhum nənəm “Məmmədova Mövminət Əhmədbəy qızı” əvəzinə səhvən “Məmmədova Mömünət Əhmədbəy qızı” kimi qeyd olunmuşdur. Qeyd edək ki, mərhum nənəm Məmmədova Mövminət Əhmədbəy qızı xx xxxx 2002-ci il tarixdə vəfat etmişdir. Adlarımıza verilmiş doğum haqqında şəhadətnamələrdə, nikah haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqələrində və ölüm haqqında şəhadətnamədə ad, soyad və ata adımız Ərizəçi1, Ərizəçi2 və Məmmədova Mövminət Əhmədbəy qızı kimi qeyd olunmuşdur. Dövlət aktında qeyd olunan X2, X6 və Məmmədova Mömünət Əhmədbəy qızı səhv olaraq qeyd olunmuşdur. Hazırda sənədləşmə işi ilə əlaqədar Torpağa Mülkiyyət hüququna dair Dövlət aktında qeyd olunan yanlışlıq olduğuna görə sənədləşmə işi apara bilmirik. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənləri nəzərə alaraq, Quba rayon X1 xx xxx 2000-ci il tarixli, 05 nömrəli qərarı ilə verilmiş JN-00xx xxx 30301004 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktının bizlərə yəni, Məmmədovä Fakizə Bayraməli qızına, Ərizəçi2 və Məmmədova Mövminət Əhmədbəy qızına məxsus olması faktını nüəyyən edərək, qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Ərizəçi2 ərizəni müdafiə edərək ərizələrinin təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK yanında Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Ərizəçi1 və Ərizəçi2 dinləyib, işdə olan sənədləri araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Torpağa Mülkiyyət hüququna dair JN-00xx xxx 30301004 saylı Şəhadətnamənin surətindən görünür ki, Məmmədovä Fakizə Bayraməli qızı, Məmmədova Mövminət Əhmədbəy qızı, X3, X5, X6 və X4 Quba Rayon X1 xx.xx.2000-ci il tarixli 05 nömrəli qərarı ilə 1.20 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X9 xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Torpağa Mülkiyyət hüququna dair JN-00xx xxx 30301004 saylı Şəhadətnamədə ərizəçinin soyadında yaranmış uyğunsuzluğun aradan qaldırılması məqsədilə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. İş materialında Seriya AZE N 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1953-cü ildə Quba rayonu, Pirvahid kəndində anadan olub. İş materialında Seriya AZE N ******** nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1989-cu ildə Quba şəhərində anadan olub. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, Quba rayon X1 xx xxx 2000-ci il tarixli, 05 nömrəli qərarı ilə verilmiş JN-00xx xxx 30301004 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktının bizlərə yəni, Məmmədovä Fakizə Bayraməli qızına, Ərizəçi2 və Məmmədova Mövminət Əhmədbəy qızına məxsus olması faktı iş sənədləri ilə təsdiq olunduğu üçün, ərizə əsaslıdır və təmin olunmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Quba rayon X1 xx xxx 2000-ci il tarixli, 05 nömrəli qərarı ilə verilmiş JN-00xx xxx 30301004 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktının bizlərə yəni, Məmmədovä Fakizə Bayraməli qızına, Ərizəçi2 və Məmmədova Mövminət Əhmədbəy qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar