Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1302/2021 22.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın, tələbnamənin ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən əssasız tərtib olunmuş 30.03.2021-ci il tarixli ******* saylı akt, həmin akta əsasən dəymiş ziyanın bərpasına dair 30.03.2021-ci il tarixli tələbnamənin ləğv edilməsi və hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borcun onun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, yaşadığı Quba şəhəri 5-ci məhəllədə yerləşən yaşayış evi 24 dekabr 2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövdət reyestrindən Çıxarışa əsasən mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Yaşayış evi qazla təchiz olunmuş və qaz sayğacı quraşdırılmışdır. Digər abonentlər kimi hər ay istifadə etdiyi qaz sərfiyyatına görə mütəmadi olaraq qaz borcunu ödəyir. Bildirdi ki, o ailəsilə birlikdə 2 ildir ki, hazırda yaşadığı yeni mənzilə köçüb. Mənzillə həmin ərazidə yerləşən 5 mərtəbəli çox mənzilli bina arasında təxminən 100-120 metr məsafə vardır. Məhz qaz sayğacı qaz paylayıcısı tərəfindən yuxarıda adı çəkilən binanın giriş qapısında quraşdırılmışdır. Qaz sayğacı ətrafında qazın sızılması müşahidə edildiyindən Quba Qaz İdarəsinə müraciət edib. Həmin İdarənin işçiləri tərəfindən qaz sayğacına müdaxilə edilərək qazın sızılmasının qarşısını almaq üçün müəyyən təbdirlərin görülməsinə baxmayaraq qazın sızılmasının qarşısını almaq mümkün olmamış, ona görə də sayğacın dəyişdirlməsi ilə bağlı Cavabdeh Quba rayon şöbəsinə müraciət edib. Nəticədə qaz sayğacı yenisi ilə əvəz olunub. Onu da qeyd etdi ki, əvvəlki qaz sayğacı kənar müdaxilələrdən qorunması üçün qaz paylayıcıları tərəfindən müvafiq örtüklə örtülməmişdir. Cavabdeh işçiləri tərəfindən sonradan onun iştirakı və xəbəri olmadan qaz sayğacına müdaxilə olunması ilə əlaqədar 30 mart 2021 -ci il tarixdə ******* saylı akt tərtib edilmiş, həmin akta əsasən 30 mart 2021 -ci il tarixli tələbnamə ilə 216 (iki yüz on altı) manat məbləğində dəymiş ziyan (borc) hesablanmışdır. Tərtib olunmuş aktda onun imzası yoxdur. Hesablanmış 216 manat borcdan xəbər tutduqda Cavabdeh Quba rayon Şöbəsinə müraciət edib. O, həmin borcla razılaşmır, həmin akt və tələbnamə əsassız olaraq tərtib olunmuşdur. O, heç vaxt belə qanunsuz hərəkətlərə yol verməyib, sayğaca müdaxilə etməyə heç bir ehtiyacı olmamışdır. Ona görə də, hesab edir ki, Cavabdeh X2 X3 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı Akt və həmin akta əsasən dəymiş ziyanın bərpasına dair tələbnamə ləğv edilməli və həmin tələbnaməyə əsasən hesablanmış 216 manat məbləğində borc onun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Cavabdehnə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, birliyin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı dinləyib, məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan Azəriqaz İB-nin Xaçmaz RQİ-nin Quba QİS-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.03.2021-ci il tarixli ******* saylı aktda abonentin mənzilinə baxış keçirirkən məişət qaz sayğacının hesablama mexanizminin qapağı gövdədən təmamilə aralanması nəticəsində 2160 m3 həcmində qaz itkisi olduğu göstərilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair təlabnamənin surətindən görünür ki, İddiaçı məxsus Quba şəhəri, 5-ci məhəllədə yerləşən İddiaçı məxsus mənzildə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 2160 m3 həcmində qaz itkisi hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dan ********** qeydiyyat nömrəli, 24.12.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən məlum olur ki, Quba şəhəri 5-ci məhəllədə yerləşən daşınmaz əmlakın ümumi sahəsi 175.10 kv olan, torpaq sahəsi 0.0361 ha olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən və Quba şəhər İƏD-si üzrə nümayəndəliyindən verilmiş 18.05.2021-ci il tarixli, 1462 nömrəli arayışdan məlum olur ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, hesablaşma cihazı olan qaz sayğacı iddiaçının cavabdehliyi sərhədindən kənar quraşdırıldığından bu sayğacda olan hər hansı qüsura görə o, cavabdehlik daşımır. Göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları maddi ziyan vuran, təqsirli və hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) hərəkət və ya hərəkətsizliyə yol verən şəxsi düzgün müəyyən etməmişlər. Bundan başqa Cavabdeh İB qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi təmin olunmalı, Cavabdeh əməkdaşları tərəfindən Quba şəhəri, 5-ci məhəllədə yerləşən yaşayış evinə dair İddiaçı adına hesablanmış 216 (iki yüz on altı) manat məbləğində pul vəsaiti abonent bazasından silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən dəymiş ziyanın bərpasına dair 30.03.2021-ci il tarixli təlabnamə ləğv edilsin və Quba şəhəri 5-ci məhəllədə yerləşən yaşayış evinə dair İddiaçı adına hesablanmış 216 (iki yüz on altı) manat məbləğində pul vəsaiti abonent bazasından silinsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1302/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1302/2021
22.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver