Məhkəmə qərarları › İş №2(027)-1306/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1306/2025

08.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1306/2025 08.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xaçmaz X2 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi, akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2024-cü il tarixli tələbnamə qərarının ləğv edilməsi, həmin tələbnamə (qərar) əsasında mülkiyyətində olan mənzilə dair abonent hesabıma yazılmış 777 manat 60 qəpik məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba rayonu, 1-ci Nügədi kəndi ərazisində 0.20 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində 4 otaqdan ibarət ümumi sahəsi 155 kvm olan yaşayış evim vardır. Uzun illərdir ki, mən ailəmlə birlikdə həmin yaşayış evində yaşayıram. Onunla Cavabdeh ASC arasında bağlanmış qazın alqısatqısına dair müqaviləyə əsasən təbii qazdan istifadə edir və istifadə etdiyi qazın dəyərini vaxtlı-vaxtında ödəyir. 03 aprel 2024-cü il tarixdə "xxxx" İB-nın əməkdaşları yaşadığı evə gələrək, yaşayış evinə quraşdırılmış Elster tipli, G4 markalı, ******* nömrəli sayğacını çıxararaq, yeni qaz sayğacı ilə əvəz etmişlər. 2024-cü ilin may ayında yaşayış evinə borc barədə qəbz gələrkən məlum olmuşdur ki, 777 manat 60 qəpik məbləğində cərimə olunmuşdur. Quba Qaz İİ-nə müraciət edərək, həmin borcun hansı səbəbə əsasən qeyd olunduğunu soruşduqda ona qeyd olunan borcun xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən hesablandığını bildirərək təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında akt və dəymiş ziyanın bərpasına dair tələbnaməni ona təqdim etmişər. Həmin aktla tanış olduqda ona məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixli ******* saylı aktda Cavabdeh İB-nın əməkdaşlarının çıxardığı Elstertipli, G4 markalı ******* nömrəli qaz sayğacına baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqlarında fiziki təsir nəticəsində əzik-cizik izlərinin aşkar olunduğu qeyd olunmuş və həmin akta əsasən də xx.xx.2024-cü il tarixli tələbnamə tərtib olunaraq 777 manat 60 qəpik cərimə borcu hesablanmışdır. Aktda onun adının qarşısında imtina edildiyi qeyd edilmişdir. Hansı ki, onun həmin aktın mövcudluğundan xəbəri belə olmamışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirdi ki, evinə quraşdırılmış sayğac yeni olmasına baxmayaraq yenisi ilə əvəz edilmiş, çıxarılan sayğac isə laboratoriyaya göndərilmişdir. Sonradan sayğaca müdaxilə olunması qeyd edilərək, ziya aktı tərtib edilmişdir. Cavabdeh əməkdaşlarına Rusiyada yaşağını, evdə kimsənin yaşamadığını əsas gətirərək, hesablanmış borcun əsassız olğunu bildirmişdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Xaçmaz RQİİ-nin xx.xx.2024-cü il tarixli ******* saylı aktından görünür ki, baxış keçirilərkən abonentin qazdan istifadə qaydalarını pozaraq sayğacın hesablanma mexaniziminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb müəyyən edilmişdir. Nəticədə 6480 m3 həcmində dəymiş ziyan hesablanmışdır; xx.xx.2024-cü tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 6480 m3 sərfiyyat hesablanmışdır; **********00900 saylı abonent saldosundan görünür ki, abonent İddiaçı 2024-cü ilin may ayına 777 manat 60 qəpik məbləğində təbii qaz sərfiyyatı borcu qeydə alınmışdır. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, Xaçmaz RQİİ-nin xx.xx.2024-cü il tarixli ******* saylı aktına əsasən iddiaçının yaşadığı evə baxış keçirilərkən abonentin qazdan istifadə qaydalarını pozaraq sayğacın hesablanma mexaniziminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilməsi nəticəsində 6480 m3 həcmində dəymiş ziyan hesablanmışdır. Həmin akt əsasında İddiaçı 777 manat 60 qəpik manat məbləğində təbii qaz sərfiyyatı borcu hesablanmışdır. Lakin aktın tərtib edilməsinə səbəb olan sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Sayğaca müdaxilənin iddiaçı tərəfindən edildiyi sübut olunmadığına görə həmin akta əsasən tərtib edilmiş tələbnamə əsassız olmuşdur. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, qaz sаyğаcı iddiаçının cаvаbdehliyi sərhəddində qurаşdırılmаmışdır. Bilavasitə iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda, iddiаçıyа əsаssız olаrаq 6480 m3 əlаvə sərfiyyаt hesаblаnmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə hesab edir ki, bilavasitə iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi müəyyən edilmədiyi halda, iddiаçıyа əsаssız olаrаq əlаvə sərfiyyаt hesаblаnmışdır. İddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, "xxxx" İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən 777 manat 60 qəpik borc İddiaçı **********00900 saylı abonent hesabından silinməlidir. Bundan başqa, iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Qanununа edilmiş xx.xx.2021-ci il tarixli qüvvəyə minmiş dəyişikliklərə görə həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda müəyyən olunmuş rüsumun məbləği 30 manat təşkil edir. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən 777 manat 60 qəpik borc İddiaçı **********00900 saylı abonent hesabından silinsin. İddiaçının azad edildiyi 30 manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar