Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1307/2020 13.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı və Cavabdeh-nin nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlunun iştirakı ilə İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, Vladimirovka kəndində yerləşən fərdi yaşayış evinə dair hesablanmış 302,40 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, bildirmişdir ki, Cavabdeh-nin əməkdaşları gələrək yaşadığı evə xx.xx.2016-cı il tarixdə ******* nömrəli akta əsasən elester markalı, ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. Bir müddət sızma olduğu üçün sayğacı dəyişdirərək, zenner markalı GT4 mexaniki sayğacı quraşdırmışlar. Daha sonra yaşadığı evə 302,40 manat borcun olması haqqında qəbz göndərilmişdir. Bunu araşdırdırda məlum olmuşdur ki,həmin borc xx.xx.2016-cı il tarixdə sayğac dəyişdirilən zaman yaranmışdır. Təbii qazdan istifadəyə görə qeydə alınmış həmin borcun yaranması əsassızdır. Göstərilənləri nəzərə alaraq, Quba rayonu, Vladimirovka kəndində yerləşən fərdi yaşayış evinə dair hesablanmış 302,40 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh-nin nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlu iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı qazdan istifadə etdiyi sərfiyyatın məbləğini tam ödəməmiş, yəni hər dəfə ödəməli olan vəsaitdən hissəvi ödənişlər etdiyi üçün qalıq borclardan debitor borcu, yəni sayğac üzrə borcu yaranmışdır. Məhkəmə İddiaçı və Cavabdeh-nin nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlunu dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktdan görünür ki, İddiaçı məxsus Quba rayonu, Vladimirovka kəndində yerləşən fərdi yaşayış evində elester tipli, GT4 markalı sayğac quraşdırılmışdır. İş materiallarında olan abunə haqqında məlumatdan görünür ki, abunə kodu **********02610 olan İddiaçı sayğac üzrə 302,40 manat borcu yaranmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı yaşadığı evdə müəyyən olunmuş qaydada təbii qazdan istifadə etmiş, lakin istifadə etdiyi sərfiyyatın məbləğini, yəni sayğac üzrə hesablanmış məbləği tam həcmdə ödəmədiyindən, daha dəqiq olaraq ödəməli olan vəsaitdən hissəvi ödənişlər etdiyi üçün debitor borcu yaranmışdır. İddiaçı təbii qazdan istifadəyə görə qeydə alınmış həmin borcun əsassız hesab edir. Borcun az olması və yaxud ümumiyyətlə borcun olmaması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bununla da iddiaçının göstərdiyi xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən, İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinətələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1307/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1307/2020
13.08.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver