Məhkəmə qərarları › İş №2(027)-1307/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1307/2022

09.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1307/2022 09.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X11 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçilər Ərizəçi, X15 və X4 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi, X15 və X7 məhkəməyə ərizə ilə müraciət edərək, Quba rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 03 nömrəli qərarı ilə verilmiş JN- 497 kod 3031 1018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi, X15 və X5 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərzəçilər Ərizəçi, X15 və X7 ərizələrini onunla əsaslandırmışlar ki, Quba rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 03 nömrəli qərarı ilə onlara JN-497 kod 30311018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. X19 adları “Ərizəçi” əvəzinə səhvən “X10”, “X15” əvəzinə səhvən “X16”, “X7” əvəzinə səhvən “X8” kimi yazılaraq düzgün qeyd olunmamışdır. Qeyd edək ki, adlarına verilmiş doğum haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqələrində və ad, soyad və ata adı Ərizəçi, X15 və X2 qeyd olunmuşdur. Dövlət Aktında qeyd olunan X10, X16 və X3 olaraq qeyd olunmuşdur. X7 hazırda nikaha daxil olaraq, “Şükürova” soyadını qəbul etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, digər ərizəçilər və maraqlı şəxs qismində AR ƏMDK yanında Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. Onun şəxsiyyət vəsiqəsində adı “Rahim” olaraq qeyd edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 11.03.1990cı il tarixdə anadan olmuşdur. Onun şəxsiyyət vəsiqəsində atasının adı “Rahim” olaraq qeyd edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əlişanova (Şükürova) Gültəkin Rahim qızı 10.03.1994-cü il tarixdə anadan olmuşdur. Onun şəxsiyyət vəsiqəsində atasının adı “Rahim” olaraq qeyd edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X7 arasında 25.09.2012-ci il tarixdə nikah bağlanmış, nikahdan sonra Gültəkin Əlişanovaya “Şükürova” soyadı verilmişdir. Həmin şəhadətnamədə onun atasının adı “Rahim” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Ərizəçi, X15 və X5 Quba rayon AİK-nın 09.02.1998-ci il tarixli 03 saylı qərarı ilə Torpağa Mülkiyyət Hüququna dair JN-497 kod 30311018 saylı Dövlət Aktı tərtib edilərək 1.22 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi, X15 və X5 Quba rayon AİK-nın 09.02.1998-ci il tarixli 03 saylı qərarına əsasən 1.22 ha torpaq sahəsi verilmiş və Torpağa Mülkiyyət Hüququna dair JN-497 kod 30311018 saylı Dövlət Aktı tərtib edilmişdir. X19 Ərizəçi” əvəzinə səhvən “X10”, “X15” əvəzinə səhvən “X16”, “X7” əvəzinə səhvən “X8” kimi qeyd olunmuşdur. Ərizəçi, X15 və X7 məhkəmədən Torpağa Mülkiyyət Hüququna dair JN-497 kod 30311018 saylı Dövlət Aktının onlara məxsus olması faktının müəyyən edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilərin göstərdiyi hal, yəni Torpağa Mülkiyyət Hüququna dair JN-497 kod 30311018 saylı Dövlət X1 ilə yanaşı, Ərizəçi, X15 və X5 məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçilər Ərizəçi, X15 və X4 hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizələri təmin edilsin. Torpağa Mülkiyyət Hüququna dair JN-497 kod 30311018 saylı Dövlət Aktının Ərizəçi, X15 və X5 münasibətdə onlara məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar