Məhkəmə qərarları › İş №2(027)-1312/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1312/2025

17.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1312/2025 17.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid sədrliyi, X1 katibliyilə, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin Quba QİS-in 11 aprel 2023-ci il tarixli, № ******* saylı və 04 sentyabr 2023-ci il tarixli, № ******* saylı aktlar əsasında hesablanmış qazın dəyəri olan № ******* saylı aktla 4860 (dörd min səkkiz yüz altımış) manat və № ******* saylı aktla 2610 (iki min altı yüz on) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz bildirərək, iddiaçının sahibkarlıq fəaliyyətini təsdiq edən abonent saldosunu və digər sənədləri məhkəməyə təqdim etmiş və qeyd etmişdir ki, iddiaçı sahibkarlıq fəaliyyətilə məşqul olur, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində adına VÖEN var. Qeyri-əhali qrupuna aid olduğu üçün, iddiaçı iddia tələbiylə Kommersiya Məhkəməsinə müraciət etməlidir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, ərizədə iddia tələbinin Kommersiya Məhkəməsinə göndərilməsi üçün, iddia ərizəsini və əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının (ərizəçinin) vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iddia ərizəsi geri qayatrılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar