Məhkəmə qərarları › İş №2(027)-1315/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1315/2021

21.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1315/2021 21.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Quba Regional Cavabdehat kontoruna qarşı mirasın qəbul edilməsi üçün ötürülmüş müddətinin bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X19 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 miras qalmış Quba rayonu Rustov kəndində yerləşən Quba RİHB-nın Rustov İƏV üzrə nümayəndəliyinin 1996-2000-ci illərə aid Rustov kəndi üzrə 11 nömrəli təsərrüfatbaşına kitabda qeyd edilmiş miras əmlak olan 0,04 ha həyətyanı torpaq sahəsinin vərəsələri tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin keçməsi üzürlü sayılaraq uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı X19 iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı X19 iddia ərizəsində göstərir ki, xx xxxxxx 1949-cu ildə Quba şəhərində anadan olub, X2dır. Atasıyla anasının nikahları olmadığı üçün doğum haqqında şəhadətnamədə ata qrafası boş saxlanılmışdır. Atası o, 9 aylıq ikən rəhmətə gedib, buna görə də atası haqqında başqa məlumatı yoxdur. X2 22 iyun 1998-ci il tarixində vəfat edib. Anasının vəfatından sonra qanun üzrə birinci növbəli vərəsəsi kimi İddiaçı qalıb. X1 40 kv. metr, o cümlədən yaşayış sahəsi 15 kv.metr olan yaşayış evi və xüsusi istifadəsində 0,04 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. X2 həyatda olarkən və o öldükdən sonra da ondan qalmış miras əmlakı qəbul edərək idarə edib, əmlaka dair vergiləri ödəyib. Lakin qanunu bilməməzlikdən X2 vəfat edəndən sonra qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etmək üçün Notariat Kontoruna ərizə ilə müraciət etməyib. Belə ki, hazırda anasından miras qalan payı vərəsəlik yolu ilə qəbul etmək üçün Quba Regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə müraciət etsə də, oradan ona qanunla müəyyən edilmiş müddəti buraxdığı üçün notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında məktub verilmiş və məhkəməyə müraciət etməyi məqsədə müvafiq olduğu qeyd edilmişdir. Göstərilənlərə əsasən, X5 miras qalmış Quba rayonu Rustov kəndində yerləşən Quba RİHB-nın Rustov İƏV üzrə nümayəndəliyinin 1996-2000-ci illərə aid Rustov kəndi üzrə 11 nömrəli təsərrüfatbaşına kitabda qeyd edilmiş miras əmlak olan 0,04 ha həyətyanı torpaq sahəsinin vərəsələri tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin keçməsi üzürlü sayılaraq, uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh nümayəndəsinin və cavbdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə iş üzrə şahid X20 bildirdi ki, Knyaz Əliyevi orta məktəbdə oxuyandan tanıyır. X9 onun anası idı. Rustov kəndində yerləşən məsçidin sağ tərəfində evləri vardı və həmin ev yanmışdı. Knyaz anasına baxıb, köməklik göstərib, həyətyanı torpağı əkib becərib. Anası rəhmətə gedəndən sonra, da evin həyətinə baxır və istifadə edir. Məhkəmə iddiaçı X16, iş üzrə şahid X17 dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon İHB-nın Rustov İƏD-si üzrə nümayəndəliyinin 17.05.2021-ci il tarixli 446 nömrəli arayışına əsasən məlum olur ki, mərhumə X9 Quba rayonu Rustov kəndində yaşamış, 22.06.1998-ci ildə Quba rayonu Rustov kəndində vəfat etmiş, aşağıdakı ailə tərkibi, xx.xx.1949-cu il təvəllüdlü oğlu- X19 qalmışdır. İş materiallarında olan Quba rayon İHB-nın Rustov İƏD-si üzrə nümayəndəliyinin 25.05.2021-ci il tarixli 136 nömrəli arayışına əsasən məlum olur ki, X19 istifadəçi kimi mərhumə X7 məxsus olan 0.04 ha torpaq sahəsini 01.01.2021-ci il tarixə vergi borcunu ödəmiş, hal-hazırda heç bir vergi borcu yoxdur. İş materiallarında olan Quba «ASAN Xidmət» Mərkəzinin Notariat ofisinin X18 ünvanladığı 27.05.2021-ci il tarixli 1554 nömrəli məktubundan məlum olur ki, mirasın qəbul edilməsi üçün müddət buraxıldığına görə, müddətin bərpası üçün məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv idarəsinin Quba filialından verilmiş 07 fevral 2020-ci il tarixli 82 saylı arxiv arayışına əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı bildirir ki, Quba RİHB-nın Rustov İnzibatı Ərazi Vahidi üzrə nümayəndəliyinin 1996-2000-ci illərə aid Rustov kəndi üzrə 11 №-li təsərrüfatbaşına kitabda vətəndaş X10 725 saylı təsərrüfatın başçısı olub, onun xüsusi mülkiyyətində 1996-1999-cu illərdə ümümi sahəsi 40 kv. metr, o cümlədən yaşayış sahəsi 15 kv.olan, 1916-cı ildə tikilmiş yaşayış evi və xüsusi istifadəsində 1996-1999-cu illərdə 0,04 ha həyətyanı iorpaq sahəsi olduğu qeyd edilmişdir. X10 tək təsərrüfat olub, onun 22.01.1998 ( Akt 35 ) ildə vəfat etdiyi göstərilib. İş materiallarında olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Quba rayonu Rustov kəndində qeydiyyatdadır. İş materiallarında olan ИЕ ******* seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X19 xx.xx.1949-cu ildə Quba şəhərində anadan olmuş, “atası” qrafası boşdur, “anası” qrafasında X9 qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 043620 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 22.06.1998-ci ildə xərçəng xəstəliyindən vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında 14.07.1998-ci il tarixində 35 nömrə ilə qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, X9 22.06.1998-ci ildə vəfat etmişdir və onun oğlu-X19 anasından miras qalmış, mirasın qəbul edilməsi üçün qanunda nəzərədə tutulmuş vaxtda notariat orqanına müraciət etməmişdir. Hazırda iddiaçı X15 Cavabdehnə qarşı mirasın qəbul edilməsi vaxtının uzadılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək anası- X5 miras qalmış Quba rayonu Rustov kəndində yerləşən Quba RİHB-nın Rustov İƏV üzrə nümayəndəliyinin 1996-2000-ci illərə aid Rustov kəndi üzrə 11 nömrəli təsərrüfatbaşına kitabda qeyd edilmiş miras əmlak olan 0,04 ha həyətyanı torpaq sahəsinin vərəsələri tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin keçməsini üzürlü hesab edilməsi və həmin müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbni üzrlü sayarsa, uzada bilər.Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) üsullarını müəyyən edir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi gördüyünü müəyyən etmək olur. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, X5 miras qalmış Quba rayonu Rustov kəndində yerləşən Quba RİHB-nın Rustov İƏV üzrə nümayəndəliyinin 1996-2000-ci illərə aid Rustov kəndi üzrə 11 nömrəli təsərrüfatbaşına kitabda qeyd edilmiş miras əmlak olan 0,04 ha həyətyanı torpaq sahəsinin vərəsələri tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin keçməsi üzürlü hesab edilməli və həmin müddət uzadılmalıdır Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X5 miras qalmış Quba rayonu Rustov kəndində yerləşən Quba RİHB-nın Rustov İƏV üzrə nümayəndəliyinin 1996-2000-ci illərə aid Rustov kəndi üzrə 11 nömrəli təsərrüfatbaşına kitabda qeyd edilmiş miras əmlak olan 0,04 ha həyətyanı torpaq sahəsinin vərəsələri tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin qanunla müəyyən edilmiş müddətin keçməsi üzürlü hesab edilsin və həmin müddət uzadılsın. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar