Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1318/2020 27.07.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN-942A, KOD 30301004 saylı Torpağa Mülkiyyətə verilməsinə dair Dövlət X4 Qardaş oğluna məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx xxx 1960-cı il tarixdə X8 ilə rəsmi nigah bağlamışdır. Torpağa Mülkiyyət Hüququna dair JN-942A seriyalı, KOD 30301004 nömrəli Şəhadətnaməyə əsasən Quba rayon AİK-nın xx xxx 2000-ci il tarixli, 05 nömrəli qərarı ilə 0.04 ha torpaq sahəsi X6 mülkiyyətinə verilmişdir. Əri X8 xx xxxx 2001-ci il tarixdə Quba şəhərində vəfat etmiş və ərizəçi ərindən qalan mirası el-adəti ilə qəbul etmiş və xx.xx.2020-ci il tarixli X14 xidmət mərkəzində Notariat ofisində ərizə ilə müraciət edərək vərəsələr siyahısına daxil edilmişdir. O, hüququ müəyyənedici sənədləri DƏDRX-nin 5 saylı ərazi İdarəsinə təqdim etmişdir. O zaman müəyyən olunmuşdur ki, “X8” əvəzinə səhvən “X9” kimi qeyd edilmişdir. Ölüm haqqında şəhadətnamədə və nikahın bağlanması haqqında şəhadətnamədə mərhum həyat yoldaşının adı X2 qeyd edilmişdir. Həmin yanlışlığın aradan qaldırılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə Ərizəçi iddianı müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş “Nikah haqqında Şəhadətnamə”nin surətindən görünür ki, X8 ilə Musatafayeva Zahidə Mövsum qızı arasında xx.xx.1960-cı il tarixdə nikah bağlanmış və həmin nikah Quba rayon VVADQ Şöbəsi tərəfindən 73 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Həmin Şəhadətnamədə ərizəçinin məhrum həyat yoldaşı X1 “İsrafilov” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 xx.xx.2001-ci il tarixdə Quba şəhərində vəfat etmişdir. Həmin Şəhadətnamədə onun adı, soyadı və atasının adı “X8” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş JN-942A seriyalı, KOD 30301004 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməndan görünür ki, Ərizəçi mərhum həyat yoldaşı X7 Quba rayon AİK-nın xx xxx 2000-ci il tarixli 05 saylı qərarına əsasən 0.04 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi mərhum həyat yoldaşı X3 rayon AİK-nın xx xxx 2000-ci il tarixli 05 saylı qərarına əsasən 0.04 ha torpaq sahəsi verilmiş və bununla əlaqədar JN-942A seriyalı, KOD 30301004 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Həmin şəhadətnamədə “X8” əvəzinə səhvən “X9” kimi qeyd olunmuşdur. Ərizəçi məhkəmədən JN-942A seriyalı, KOD 30301004 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnamənin ərizəçinin mərhum həyat yoldaşı X7 məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçinin göstərdiyi hal, yəni JN-942A seriyalı, KOD 30301004 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə Ərizəçi mərhum həyat yoldaşına, yəni X7 məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. JN-942A seriyalı, KOD 30301004 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair X5 Qardaş oğluna məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1318/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1318/2020
27.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver