Məhkəmə qərarları › İş №2(027)-1322/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1322/2020

28.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1322/2020 28.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili X13 və cavabdeh X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, X16, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxs Quba Regional “ASAN Xidmət” Mərkəzi notariat ofisinə qarşı mirasın qəbul edilməsi və miras əmlakdan vərəsəlik üzrə payların müəəyyən edilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019cu qeydiyyat tarixli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi 0,0849 ha torpaq sahəsindən nənəsi X6 düşən hissəsinə atası X3 mirası qəbul edilməsi faktının və həmin miras əmlakdan atası X7 düşən hissəsindən onun mirası qəbul edilməsi faktının müəyyən edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi 0,0849 ha torpaq sahəsindən nənəsi X6 düşən hissəsinə və atası X7 düşən hissəsindən ibarət miras əmlakdan vərəsəlik üzrəpayların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, xx.xx.1987-ci ildə Quba şəhərində hazırda mübahisə olunan fərdi yaşayış evində anadan olmuş, atası X17, anası X1r. Atası anasından sonra xx.xx.1992-ci ildə Cavabdeh1 ilə ailə qurmuş, onunla nikahından xx.xx.2005-ci il təvəllüdlü X14 doğulmuşdur. Atası Xalidin atası X18, anası X8r. Babası Məmməd xx.xx.1977-ci ildə, nənəsi Fatma xx.xx.2002-ci ildə vəfat etmişdir. Nənəsilə babasının nikahından 4 uşağı olmuşdur. Atası Xalid, əmiləri Okrat, Oqtay və bibisi Cənnətdir. Quba şəhəri, Səməd Vurğun küçəsində yerləşən ev babası Məmməddən miras qalmış, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən babasından miras qalmış ev vərəsəlik üzrə bölünmüş, əmisi atasından düşən payının digər əmisi Oqtaya bağışlamışdır. Bundan sonra ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 10/16 hissəsi əmisi Oqtayın, 2/16 hissəsi nənəsi Fatmanın, 4/16 hissəsi atası Xalidin adına qeydə alınmışdır. Nənəsi Fatma vəfat etdikdən sonra atası Xalid həmin evdə yaşamış, nənəsindən qalmış mirası qəbul etmişdir. Atası həmin evdə yaşayan zaman daima atasının yanına gedib-gəlmişdir. Hətta xəstə olduğu vaxtlarda da atasına baxmışdır. Atası onun qollarının üstündə vəfat etmişdir. O, miras əmlak olan ünvan 3 ünvanında yerləşən 0,0849 ha torpaq sahəsi və üzərində yerləşən evə dair vergiləri ödəmişdir. Miras əmlaka faktiki sahibliyini nümayiş etdirmişdir. Miras əmlak olan evin açarları əmisi Oqtayda olduğu üçün o, evə daxil ola bilmir. Miras əmlakla bağlı notariat orqanına müraciət etsə də, ona miras əmlakla bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Göstərilənlərə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu qeydiyyat tarixli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi 0,0849 ha torpaq sahəsindən nənəsi X6 düşən hissəsinə atası X3 mirası qəbul edilməsi faktının və həmin miras əmlakdan atası X7 düşən hissəsindən onun mirası qəbul edilməsi faktının müəyyən edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi 0,0849 ha torpaq sahəsindən nənəsi X6 düşən hissəsinə və atası X7 düşən hissəsindən ibarət miras əmlakdan vərəsəlik üzrə payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı nümayəndəsi X24 iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh X16 iddia tələbini qəbul edərək, bildirdi ki, onlar dörd qardaş və bir bacı olmuşlar. Hazırda iddiaçının atasının miras payından və nənəsinin miras payından iddiaçının atasına düşən hissəsinin İddiaçı verilməsinə etiraz etmir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə digər cavabdehlər və üçüncü şəxs Quba Regional “ASAN Xidmət” Mərkəzi notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı, onun vəkili və nümayəndəsi X19 və cavabdeh X9 dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı Quba şəhərində anadan olmuş və ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Xİİ-ЖГ 475804 doğum haqqında şəhadətnamədən görünür ki, Həsənova (Vahabova) Xalidə Xalid qızı xx.xx.1987-ci il tarixində Quba şəhərində anadan olmuş, həmin şəhadətnamənin ata qrafasındakı qeyddən görünür ki, iddiaçının atası X10r. İş materiallarında olan **********05726 saylı abunə saldosundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin enerji abunəçisi iddiaçının atası X17 olmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X17 xx.xx.2016-cı il tarixdə ölmüşdür. İş materiallarında olan Quba rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli arayışlarından görünür ki, X18 xx.xx.1977-ci il tarixdə, X20 xx.xx.2002-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş AZE 03148095 nömrəli şəxsiyyət vəsiqəsindən görünürki, X16 xx.xx.1954-cü ildə Quba şəhərində anadan olmuş,` ünvan 5 ünvanda yaşayır və həmin evdə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi **********, **********04 reyestr nömrəli Çıxarışdan görünür ki, ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 168.1 kv.m olan fərdi yaşayış evinin 10/16 hissəsi X2, 2/16 hissəsi X4, 4/16 hissəsi X3 adına qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin inventar nömrəsi 4569 olan xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın texniki pasportunun təsdiqlənmiş surətindən görünür ki, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin hüquqi subyekti X11r. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüqularının qeydiyyatı İdarəsinin Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 6 ünvanda yerləşən 2 mərtəbəli, 5 otaqlı yaşayış evi ümumi sahəsi 153.6 kv.m, o cümlədən yaşayış 88,6 kv.m şəxsi mülkiyyət hüququ əsasında Quba Notariat kontororunun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin 2-U-196 nömrəli bağışlanma müqaviləsinin 4-Ə-540 nömrəli xx.xx.2004-cü il qərarı əsasında X12 aid 11/16 hissədə, X7 aid 4/16 hissədə, X6 aid 2/16 hissədə açıq qalması xx.xx.2004-cü il tarixdə reyestr kitabında 613 b reyestr nömrəsi ilə qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş notariat kontoru tərəfindən təsdiq olunmuş xx.xx.2004- cü il tarixli bağışlanma müqaviləsindən görünür ki, İrkutsk vilayəti, Şelexov şəhəri, Zelyonıy küçəsi, 4 ünvanında yaşayan Cavabdeh3 qeydiyyat vəsiqəsilə ona məxsus olan ünvan 6 ünvanda yerləşən 2 mərtəbəli, 5 otaqlı yaşayış evinin ümumi sahəsi 153.6 kv.m, 88,6 kv.m. olan yaşayış evinin 1/2 hisssəsini qardaşı X12 bağışlamışdır. İş materiallarında olan AZ-İ 355592 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan İV-JQ 278931 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.1990-cı il tarixdə Quba şəhərində ölmüşdür. İş materiallarında olan Xİİ-ЖГ 335461 doğum haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.1981-ci ildə Quba şəhərində anadan olmuşdur. İş materiallarına əlavə olunmuş ünvan 7 Bm 6 ünvanında qeydiyyatda olan X5 tərəfindən verilmiş Quba Regional “ ASAN” Xidmət mərkəzinin Notariusu tərəfindən təsdiq edilmiş ərizədən görünür ki, xx.xx.2002-ci ildə vəfat etmiş anası X4 ölümündən sonra mirasın açıldığı yer üzrə mirası qəbul etdiyi barədə notariat ofisinə nə ərizə verməklə nə əmlaka sahiblik etməyə, nə də əmlakı idarə etməyə görə mirası faktiki qəbul etməmiş, etmək fikrində deyil. İş materiallarına əlavə olunmuş K0209001 nömrəli qəbzdən görünür ki, xx.xx.2020-ci il tarixdə ərizənin verilməsi ilə əlaqədar 10 manat Dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Quba şəhəri, Səməd Vurğun küçəsində yerləşən ev İddiaçı babası xx.xx.1977-ci il tarixdə ölmüş Məmməd Vahabovdan miras qalmış, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən miras qalmış ev paylara bölünərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 10/16 hissəsi miras qoyanın oğlu X12, 2/16 hissəsi miras qoyanın həyat yoldaşı X6, 4/16 hissəsi isə digər oğlu, həm də iddiaçının atası X3 adına qeydə alınaraq Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Hazırda İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi 0,0849 ha torpaq sahəsindən nənəsi-xx.xx.2002-ci il tarixdə ölmüş X6 düşən hissəsinə atası-X3 mirası qəbul edilməsi faktının və həmin miras əmlakdan atası X7 düşən hissəsindən onun mirası qəbul edilməsi faktının müəyyən edilməsi, o cümlədən sözügedən əmlakın nənəsinə düşən hissəsi və atasına düşən hissəsindən ibarət miras əmlakdan vərəsəlik üzrə payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş materiallarından da göründüyü kimi X20 xx.xx.2002-ci il tarixdə, X17 isə xx.xx.2016-cı il tarixdə ölmüşdür. Miras əmlak X7 aid 4/16 hissədə, X6 aid 2/16 hissədə açıq qalmışdır. Həmçinin iş materiallarından göründüyü kimi, İddiaçı həqiqətən də X3 qızıdır. Həmçinin iş materiallarından göründüyü kimi, X3 ölümündən sonra vərəsələri qalmış, onlardan bir də iddiaçı özüdür. İddiaçı cavabdeh, eyni zamanda əmisi X16 və digərləri ilə yanaşı qanun üzrə vərəsə hesab olunur. Bu vəziyyətdə iddiaçı ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi 0,0849 ha torpaq sahəsinin nənəsi X6 düşən hissəsinə atası X3 mirası qəbul edilməsi faktı müəyyən edilməsini, eyni zamanda sözügedən əmlakın nənəsi Fatma Vahabovaya düşən hissəsi və atası Xalid Vahabova düşən hissəsinə özünün payının müəyyən edilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) üsullarını müəyyən edir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi gördüyünü müəyyən etmək olur. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Azərbaycan Respublikasının ƏMDKYDƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu qeydiyyat tarixli Çıxarışa əsasən ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi 0,0849 ha torpaq sahəsinin X4 payı olan 2/16 hissədən X3 payına düşən hissəninX17 tərəfindən mirası qəbul edilməsi faktı müəyyən edilməli və həmin miras əmlakdan İddiaçı payına düşən hissənin İddiaçı tərəfindən mirası qəbul edilməsi faktı müəyyən edilməli, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi 0,0849 ha torpaq sahəsinin X4 payı olan 2/16 hissənin 1/5 hissəsinin 1/3 hissəsinə və Azərbaycan Respublikasının ƏMDKYDƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu qeydiyyat tarixli Çıxarışa əsasən ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi 0,0849 ha torpaq sahəsinin X3 payı olan 4/16 hissədən 1/3 hissəsinə İddiaçı payı müəyyən edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikasının ƏMDKYDƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakınDövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu qeydiyyat tarixli Çıxarışa əsasən ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi 0,0849 ha torpaq sahəsinin X4 payı olan 2/16 hissədən X3 payına düşən hissəninX17 tərəfindən mirası qəbul edilməsi faktı müəyyən edilsin və həmin miras əmlakdan İddiaçı payına düşən hissənin İddiaçı tərəfindən mirası qəbul edilməsi faktı müəyyən edilsin, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi 0,0849 ha torpaq sahəsinin X4 payı olan 2/16 hissənin 1/5 hissəsinin 1/3 hissəsinə və Azərbaycan Respublikasının ƏMDKYDƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu qeydiyyat tarixli Çıxarışa əsasən ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi 0,0849 ha torpaq sahəsinin X3 payı olan 4/16 hissədən 1/3 hissəsinə İddiaçı payı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar