Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1327/2024 09.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı akt əsasında hesablanmış borcun qanunsuz açılmış kodla birlikdə adından silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz" İB-nin Xaçmaz RQİİnin Quba XS-nin əməkdaşlarının tərtib etdiyi 26 fevral 2024-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında“ AKT əsasında hesablanmış 4717 (dörd min yeddi yüz on yeddi) manat 44 qəpik cərimənin və adına qanunsuz açılmış **********01400 saylı abonent kodunun abonent bazasından silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "Azəriqaz” İB. X18 İstismar İdarəsinin (Xaçmaz RQİİ) Quba Xidmət Sahəsinin (Quba XS) əməkdaşları tərəfindən 26 fevral 2024cü il tarixdə, oğlu X3 Quba rayonu. Zərdabi qəsəbəsində yerləşən, özünə məxsus, hazırda da təmir işləri gedən fərdi yaşayış evinin qarşısına gələrək, orada qanunsuz təbii qaz xətti axtarışı ilə məşğul olublar. Bu barədə ona oğlu Tərlanın qonşuları telefonla zəng edərək məlumat verdilər. O, da tez bir zamanda özünü ora çatdırıb. "Azəriqaz” İB X18 İstismar İdarəsinin (Xaçmaz RQİİ) Quba Xidmət Sahəsinin (Quba XS) əməkdaşları mənə bu evdə qanunsuz təbii qazdan edildiyini bildiriblər. O cavabında bildirdib ki, "Bu ev təmirdədir, burada evi təmir edən ustalar vaxtaşırı işləyir və yaşayış yoxdur." Söhbət vaxtı onların küçə divarının dibini qazdıqlarını gördüb. Onlar ondan şəxsiyyət vəsiqəni istəyiblər, o da verib. Bir müddət sonra bilib ki, şəxsiyyət vəsiqəsi ilə onun üçün qanunsuz olaraq **********01400 saylı abonent kodu açılıb. 4717 (dörd min yeddi yüz on yeddi) manat 44 qəpik cərimə yazılıb. Nəzərə çatdırır ki, o "xxxx" İB X18 İstismar İdarəsinə heç bir halda abonent bazasında qeydiyyata düşüb, kod açılması barədə müraciət etməmişdir. "xxxx" İB X18 İstismar İdarəsinin (Xaçmaz RQİİ) Quba Xidmət Sahəsindən Təbii qazın alqı-satqısı barədəə müqavilə tələb etsə də, onu ona təqdim etmirlər. Hesab edir ki, qanunsuz olaraq ona məxsus olmayan mülkiyyət üzərində tərəfindən onun xəbəri olmadan başqasının mülkiyyətinə məcburi sahiblənmə hüququ təmin olunub. Belə ki, həmin torpaq sahəsi, həmin torpaq sahəsində tikilmiş iki mərtəbəli fərdi yaşayış evi X4 məxsusdur (torpaq sahəsinin, həmin torpaq sahəsində tikilmiş iki mərtəbəli fərdi yaşayış evinin layihə sənədlərinin surətləri iddia ərizəsinə əlavə edilir) Məlumat üçün bildir ki, o, Quba rayonunun Barlı kəndində qeydiyyatdadır və ailəsi ilə orada yaşayır. Oğlu Tərlan da öz ailəsilə Quba rayonu Zərdabi qəsəbəsində 0.06 ha torpaqda tikdirdiyi evdə təmir işləri getməsi səbəbiylə onlarla birlikdə yaşayır (evdə yaşayış olmaması və təmir işləri getməsi barədə qonşuların imza etdiyi Quba RİH-nin Zərdabi qəsəbəsi üzrə nümayəndəsinin təsdiq etdiyi AKTın surəti iddia ərizəsinə əlavə edilir). Evdə apardığları video və foto çəkilişlərdən görünür ki, evin içi təmirsizdir, yaşayışa uyğun deyil, təmir işləri aparılır. Evdə qızınmaq və suvaq örtüyünün qurudulması üçün elektrik peçlərindən və odun sobasından istifadə edilib (fotolar və videolar iddia ərizəsinə əlavə edilir), suyun qızdırılıması üçün isə 100 litrlik Ariston su qızdırıcısından istifadə olunub və həmin Ariston suyun isti qalması məqsədilə daimi elektrik şəbəkəsinə qoşulu vəziyyətdə olub. Evdə video görüntülərdən də göründüyü kimi içməli su xətti belə yoxdur. Ustalar işləyərkən onlar üçün çay-çörək hazırlanmasına görə onun evindən su qablarında içməli suyu bu evə oğlu Tərlan gətirib. Bu qanunsuz yazılmış 26 fevral 2024-cü il tarixli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında " AKTda qeyd edilir ki, "Abonentin mənzilinə baxış keçirərkən sayğacsız rezin boru vasitəsi ilə təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olundu". Bu AKTda yazılan bəzi səhvlər barədə məlumat vermək istərdi: "xxxx" İB. X18 İstismar İdarəsinin (Xaçmaz RQİİ) Quba Xidmət Sahəsinin (Quba XS) əməkdaşlarının etdiyi video çəkilişdə görünür ki. heç bir rezin boru yoxdur (video görüntü iddia ərizəsinə əklavə edilir); tikili fərdi yaşayış evi olduğu halda “MƏNZİL" kimi yazılıb (savadsızlıq); fərdi yaşayış evinin heç bir otağında çəkiliş aparılmadığı halda (bu barədə heç bir çəkiliş və sübut yoxdur) AKTda şablon qaydada müxtəlif qaz işlədici avadanlıqları qeyd ediblər, hansı ki, bunların heş biri evin içərisində mövcud deyil; deyək ki, evdə 48 KW gücündə KOMBİ var. Hansı texniki normalarda göstərilib ki. 48 KW gücündə KOMBİnin qidalanma mənbəyi 15 millimetrlik boru ilə olsun?; evdə olmayan bu qədər müxtəlif qaz işlədici avadanlıqlar nə səbəbə görə qeyd edilər?; “Dəymiş ziyanın bərpasına dair tələbnamədə" də dəymiş ziyanın hesablanması göstərilib. Təəssüf ki. hesablanma yuxarıda qeyd etdiyim kimi əsassız yazılan qaz işlədici avadanlıqlara görə hesablanır. “Azəriqaz" İB-nin X18 İstismar İdarəsinin Quba XS-nin əməkdaşlarının tərtib etdiyi 26 fevral 2024-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında “ AKT əsasında hesabladığı borcla və qanunsuz açılmış **********01400 saylı abonent kodunun açılması ilə aşağıdakı əsaslarla razılaşmır. Onun üçün qanunsuz olaraq **********01400 saylı abonent kodu açılıb, 4717 (dörd min yeddi yüz on yeddi) manat 44 qəpik cərimə yazılıb. O, “Azəriqaz" İB. X18 İstismar İdarəsinə heç bir halda abonent bazasında qeydiyyata düşüb, kod açılması barədə müraciət etməmişdir. “Azəriqaz" İB X18 İstismar İdarəsinin (Xaçmaz RQİİ) Quba Xidmət Sahəsindən Təbii qazın alqı-satqısı barədəə müqavilə tələb etsə də onu ona təqdim edilmir. O, Quba rayonunun Barlı kəndində qeydiyyatdadır və ailəsi ilə orada yaşayır. Zərdabi qəsəbəsində torpağı və evim yoxdur. Beləliklə, hesab edir ki, Xaçmaz RQİİ-nin Quba XS-nin əməkdaşlarının tərtib etdiyi 26 fevral 2024-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında “AKT əsasında hesablanmış borc və qanunsuz açılmış **********01400 saylı abonent kodu əsassızdır, silinməlidir. İş üzrə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti iddiaya etiraz verərək etiraz onunla əsaslandırmışdır ki, Quba rayonunun Zərdabi qəsəbəsində yaşayan İddiaçı Cavabdeh İstehsal Birliyinə qarşı Quba rayon məhkəməsində iddia qaldıraraq barəsində tərtib edilmiş “Təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” 26 fevral 2024-cü il tarixli akta əsasən itirilmiş qazın bərpası üçün hesablanmış 4717,44 manat ziyan məbləğinin və adına qanunsuz açılmış **********01400 saylı abonent kodunun abonent bazasından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilən sübut və dəlillərdən aydın olur ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, Xaçmaz RQİİ-nin Quba xidmət sahəsinin işçiləri 26 fevral 2024-cü il tarixdə Quba rayonunun Zərdabi qəsəbəsində qaz xətlərinə baxış keçirən zaman ana xətdən İddiaçı Quba rayonunun Zərdabi qəsəbəsində yerləşən evinə qeyri qanuni boru ilə yeraltı, gizli qaz xəttinin çəkildiyi və həmin evdə təbii qazdan sayğacsız istifadə edildiyini müəyyən etmişlər. Bu hal Quba xidmət sahəsinin və Xaçmaz RQİİ-nin ƏSQN şöbəsinin işçiləri tərəfindən video çəkiliş aparılaraq diskə köçürülmüş, İddiaçı barəsində “Qazdan istifadə Qaydalarf’nın pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Həmin ev abonent kimi Xaçmaz RQİİ-nin Quba xidmət sahəsində qeydə alınmadığından İddiaçı adına **********01400 saylı kod açılmış və itirilmiş qazm bərpası üçün hesablanmış 39312 m3 və ya 4717,44 manat ziyan məbləği bu koda işlənilmişdir. İddiaçının evində qanunsuz xətlə təbii qazdan istifadə halı aşkar edilən zaman həyətin dəmir darvazası və qapısı bağlı olduğu üçün içəri daxil olub qaz işlədici cihazların video çəkiulişini aparmaq mümkün olmamışdır, lakin torpağın altı ilə gizli çəkilmiş qanunsuz qaz xəttinin görüntüləri tanı aydın şəkildə video çəkilişdə öz əksini tapmışdır (disk etiraza əlavə edilir). Digər tərəfdən həmin evdə gündəlik yaşayış olmaya bilər. Lakin fevral ayında ustalar tərəfindən evin divarlarına suvaq vurulursa, deməli həmin sııivaqın qurudulması üçün təbii qazdan istifadə olunub. Təbii qazdan qanunsuz istifadə halı aşkar olunubsa, bu istifadəni ev sahibi və ya evdə işləyən ustalar tərəfindən həyata keçirilməsindən asılı olmayaraq itirilmiş qazın bərpa edilməsi üçün ziyan ev sahibi üçün yazılır. Buna görə də İddiaçı adma **********01400 saylı kod açılmışdır. “Qazdan istifadə Qaydalarf’nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli. 80 saylı Qərarının 6.5 bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Belə ki, ”Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin hesablanması üzrə təlimat”-ın 3.6-cı bəndində göstərilir ki, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsi dayandırılmalı,etibarlılğınm və təhlükəsizliyinin müəyyən edilməsi məqsədi ilə qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyərinin qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və qaz sayğacının markası nəzərə alınmaqla məişət abonentlərinə münasibətdə sutkanın 12 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanmalıdır. Bununla da aydın olur ki, iddiaçının tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır, İddiaçı öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürdüyü fikirləridir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X8 iddianı müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və bildirmişdir ki, “Azəriqaz" İB tərəfindən evə baxış keçirilməyib, evdə kombi və xərək yoxdur, evdə daimi yaşayış yoxdur, hərdən ustalar təmir işləri aparmışlar. Tərtib edilmiş aktla etiraz ziddiyət təşkil edir. Həmçinin abonent hesabının açılması barədə cavabdehə nə rəsmi nədə ki müraciətim olmamışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X5 iddianı qəbul etməyib, verdiyi izahatında göstərmişdir ki, iddiaçının kənar xəttlə qazdan istifadə etməsi müəyyən olunmuşdur. Abonent hesabının açılması barədə iddiaçının rəsmi müraciəti olmamışdır. Ona görə də iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Xaçmaz RQİİ-nin xx.xx.2024-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonentin mənzilinə baxış keçririlərkən sayğacsız rezin boru vasitəsi ilə təbii qazdan qeyriqanuni istifadə etdiyi aşkar olundu. -X6 26 fevral 2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən müəyyən olunur ki, İddiaçı məxsus Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğacda PQ-4 ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, PQ-3-ün maksimal saatlıq qaz sərfi 0,8 m3/saat orta günlkü iş rejimi 12 saat və hesabat müddəti 360 gün, 48 kv lik kombinin sisteminin maksimal saatlıq qaz sərfi 5.1 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, Sacın maksimal saatlıq qaz sərfi 2 m3 /saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğ ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas xx.xx.2024-cü il tarixli, ******* saylı akt olmuşdur; **********01400 kodlu abonentin saldosundan görünür ki, abonent İddiaçı oğuna 2024-cü il üçün 4717,44 manat borc qalıq kimi hesablanmış cərimə borcudur; İş materiallarında olan 15 mart 2024-cü il tarixdə Quba rayonu, Zərdabi qəsəbə sakinləri X9, X11, X2, X13 və Quba rayonu, Zərdabi qəsəbəsində 0,06 ha torpaq sahəsində fərdi yaşayış evi olan X3 iştirakı ilə tərtib edilmiş, Quba Rayon İHB-nın Zərdabi qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən möhürlənmiş aktdan görünür ki, X1 rayonu Barlı qəsəbəsində daimi qeydiyyatda olmaqla, yaşayır və Quba rayonu Zərdabi qəsəbəsində 2013-cü ildən tikilməyə başlayan fərdi yaşayış evində hal-hazıradək təmir işləri gedir və orada yaşayış yoxdur. İş materiallarında olan DVD diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Quba rayonu, Zərdabi qəsəbəsində ana xətdən qanunsuz qoşulma mövcuddur, lakin həmin xətdən iş üzrə İddiaçı tərəfindən istifadə etməsi müəyyən olunmur. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvana ümumiyyətlə qaz sayğacı quraşdırılmamış, iş üzrə iddaçı İddiaçı abonent kimi qeydiyyata alınsa da, həmin qeydiyyat sırf cərimə borcunun yazılması məqsədilə aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz xətdinə (sayğac ümumiyyətlə olmamışdır) müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Qaz xətdinə müdaxilənin iddiaçı tərəfindən edildiyi sübut olunmadığına görə həmin aktlara əsasən hesablanmış 4717,44 (dörd min yeddi yüz on yeddi manat qırx dörd qəpik) manat məbləğində pulun iddiaçıdan alınması da əsassız olmuşdur. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, "xxxx" İB-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamə ləğv edilməli və həmin tələbnaməyə əsasən hesablanmış 4717,44 (dörd min yeddi yüz on yeddi manat qırx dörd qəpik) manat məbləğində borc İddiaçı abonent hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 67 (altmış yeddi) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. "xxxx" İB-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamə ləğv edilsin və həmin tələbnaməyə əsasən hesablanmış 4717,44 (dörd min yeddi yüz on yeddi manat qırx dörd qəpik) manat məbləğində borc İddiaçı **********01400 saylı abonent hesabından silinsin. 67 (altmış yeddi) manat məbləğində dövlət rüsumu «Azəriqaz” İB-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1327/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1327/2024
09.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver