Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1329/2023 16.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh «Azəriqaz” İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydaları haqqında Qərarına əsaslanaraq cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azəriqaz” X2 X4 İdarəsinin Quba XS-nın nin əməkdaşları tərəfindən tərtib etdiyi ******* 30.ll.2022-ci il tarixli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında AKT-ın etibarsız hesab edilməsi və əsassız hesablanmış 8640 kub.metr 1035.50 manat ziyan məbləğində borcun **********05170 nömrəli abonent hesabından silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Quba rayonu, Qəcrəş kəndində özümə məxsus evdə qeydiyyatda olmaqla, yaşayır. Evlərinə dövlət hesabına ******* nömrəli sayğac quraşdırılmışdır. xx.xx.2022-ci il tarixində "Azəriqaz" İB-nin Xaçmaz RQİİ-nin və Quba Xidmət sahəsinin əməkdaşları onların xəbəri olmadan evə gələrək təqribən 150 metr aralıda quraşdırılmış sayğacı çıxarmaqla, yeni sayğac quraşdırmış "qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" ******* nömrəli akt tərtib edilməklə, həmin aktı sonradan qardaşı Üzeyir Həmidova imzalatmışlar. Lakin aktın nüsxəsi ona verilməmiş, qardaşı Üzeyirə isə sayğacın istismar müddətinin bitməsi ilə əlaqədar əvəzlənməsi bildirilmişdr. Üstündən bir müddət keçdikdən sonra mobil telefonuna 1381.50 qəpik məbləğində qaz sərfinin ödənişi barədə bildiriş gəldi. Məsələni araşdırmaq məqsədilə Quba Xidmət sahəsinə müraciət edərək Abonent saldosunu əldə etdi, həmin saldodan məlum olur ki, istifadə etdiyi sayğac üzrə 8640 m-3, yəni 1036,80 manat məbləğində cərimə aktı yazılıb. Bundan sonra 30.11.22-ci il tarixli ******* nömrəli aktı və dəymiş ziyanın bərpasına dair tələbnaməni almışdır. Həmin akt və əlavə edilən tələbnamələrdən məlum olur ki, Metrologiya Departement! Sayğacların müayinə labaratoriyasının Qaz sayğacının yoxlanılması barədə 291110-04056-lnömrəli aktına əssən G-4 markalı ******* nömrəli sayğac , Sayğaca baxış keçirilərkən çıxış plastmas borusu deşilib, üzərində mənşəyi məlum olmayan plomb aşkar olunub və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə qaydaların"ın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış alqı-satqı barədə müqavilənin 2.2.4-cü bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) habelə bu müqavilə üzrə müəyyən olunmuş vəzlfələrinnin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək) tələblərinə əsasən məndən 8640 m-3 miqdarında, yəni 1036.80 manat dəyəmdə dəymiş ziyan tələb edilir. O, sayğaclara əl vurmamışdır. Sayğaca hər ay qaz nəzarətçisi tərəfindən baxılır. Sayğacın bütövlüyünü, plomblarını yoxlayır, qaz sərfiyyatmı hesablayıb ona sayğacın göstərdiyi qaz sərfiyyatı barədə bildiriş verir. X6 Sahəsinin əməkdaşları tərəfindən ötən aylar ərzində ona sayğaçın üzərindəki plombun əzilməsi, borusunun deşilməsi barədə heç bir irad bildirilməmişdir, o, da qaz nəzarətçisinin qaz sərfiyyatı barədə verdiyi bildirişləri əsasında sərf edilən qazın pulunu ödəmişdir. Lakin X6 Sahəsinin əməkdaşları bunlara məhəl qoymayaraq təbii qazdan istifadə qaydaları pozulması haqqında akt tərtib etmişlər. Bundan başqa sayğac evindən 150 metr aralıda örtüksüz vəziyyətində quraşdırılmışdır. Həmin sayğac X6 Sahəsi əməkdaşları tərəfindən qaydalara zidd quraşdırılmışdır, həm də sayğacın üzəri X6 Sahəsinin əməkdaşları tərəfindən müvafiq örtük ilə örtülmədiyi üçün Qaydaların 4.7-ci bəndinə əsasən qanunsuz hərəkətlərinə görə mən - istehlakçı deyil , X6 Sahəsi cavabdehlik daşıyır. "Qaz təchizatı haqqında " AR Qanunun 13-cü maddəsinin 8ci bəndinə əsasən qaz paylayıçı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). AR Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydaları haqqında qərarın 4.2-ci bəndində qeyd olunmuşdur ki, qaz sayğacı ilə təchiz edilmə , onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Sayğaca onun tərəfindən müdaxilə edilməsi faktını təsdiq edən heç bir sənəd yoxdur. Xaçmaz RQlİ-nin Quba XS-nın əməkdaşları tərəfindən həmin sayğaca mütəmadi olaraq baxış keçirilib və nəzarət olunub. Beləliklə hesab edir ki, "Azəriqaz" İB-nin X5 istismarı İdarəsinin Quba XS-nin əməkdaşlarının tərtib etdiyi ******* xx.xx.2022-ci il tarixli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında AKT əsasızdır, ləğv edilməlidir. İddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh «Azəriqaz” İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Quba rayonu, Qəçrəş kəndində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evində ******* nömrəli sayğac çıxarılmış və əvəzində **********124 nömrəli sayğac quraşdırılmışdır; Xaçmaz RQİİ-nin xx.xx.2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Quba rayonu, Qəçrəş kəndində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına AR DNŞ-nin «Azəriqaz” İB-nin qaz sayğacının yoxlanılması: AKT № MSK -29/1710-04056-saylı rəyinə əsasən ******* saylı sayğaca baxış keçirildi. Sayğacın çıxış plastmas borcusu deşilib. Sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olamayan plomb aşkar olundu. Sayğacın istismara yararsız olması qeyd olunmuşdur. -X1 30 noyabr 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamənin” surətindən müəyyən olunur ki, İddiaçı məxsus Quba rayonu, Qəçrəş kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğacda hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin cəmi 8640 m3 (8640 m3 x 0,12=1036,80 manat) olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas xx.xx.2022-ci il tarixli, ******* saylı akt olmuşdur; **********05170 kodlu abonentin saldosundan görünür ki, abonent İddiaçı müdəmadi olaraq aktiv şəkildə qazdan istifadə etmiş və istifadə etdiyi qaza görə ödəniş etmiş, 2022-ci il üçün 1036,80 manat borc kimi qalıq və akt əsasında hesablanmış cərimə borcudur. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Sayğacın dəyişidirməsi zamanı tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktda sayğacın dəyişdirilməsinin səbəbi kimi “Əvəzetmə” qeyd olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Sayğaca müdaxilənin iddiaçı tərəfindən edildiyi sübut olunmadığına görə həmin aktlara əsasən hesablanmış 1036,80 (min otuz altı manat, 80 qəpik) manat məbləğində pulun iddiaçıdan alınması da əsassız olmuşdur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, qaz sayğacı iddiaçının cavabdehliyi sərhəddində quraşdırılmamışdır. Bilavasitə iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əsassız olaraq 1036,80 (min otuz altı manat, 80 qəpik) manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, "Azəriqaz" İBnin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamə ləğv edilməli və həmin tələbnaməyə əsasən hesablanmış 1036,80 (min otuz altı manat, 80 qəpik) manat məbləğində borc İddiaçı abonent hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 (bir min) manatadək olduqda 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulur; 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh Quba Rayon Şöbəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamə ləğv edilsin. Həmin tələbnaməyə əsasən hesablanmış 1036,80 (min otuz altı manat, 80 qəpik) manat məbləğində borc İddiaçı **********05170 saylı abonent hesabından silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu «Azəriqaz” İB-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1329/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1329/2023
16.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver