Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1330/2023 28.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı qərarına əsaslanaraq, Azəriqaz” İB-nin Quba QİS-in xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, ******* №-li Aktla - “Fərdi evdə (müəssisədə, istixanada) “Qazdan istifadə Qaydalarının” tələbinə zidd olaraq sayğacdan kənar qeyriqanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunmasının aşkar edilməsi ilə əlaqədar tərtib olunan aktın qanunsuz hesab olunaraq ləğv edilməsi və onun adına qeydiyyatda olan **********1 saylı sayğaca hesablanmış 2332 manat 80 qəpik borcun onun abonent hesabından ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Zərdabi kəndində bərbərxanada vətəndaşlara xidmət göstərir. Ailəsi ilə birlikdə Zərdabi kəndində ikimərtəbəli kommunal təsərrüfatı təyinatlı mənzildə yaşayırlar. xx.xx.2023-cü il tarixdə o və ailəsi evdə olmadığı vaxt Cavabdeh İB-nin X5 Sahəsinin əməkdaşları Vüqar Rzayev, Elşən Eyvazov və Aqşin Orucov ona məxsus mənzilə baxış keçiriblər. Quba QİS-nin əməkdaşları qeyd edilən tarixdə ******* №-li Akt tərtib ediblər. Aktda onun aktı imzalamaqdan imtina etdiyi qeyd edilmişdir. Bundan əlavə xx.xx.2023-cü ildə X4 İstismar İdarəsi dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən 19440 kub.metr həcmində ziyan vurulmasını müəyyən etmiş və 2332 manat 80 qəpik cərimə tətbiq etmişdir. **********02480 saylı abonent saldosunda bu ilin fevral ayından 2332 manat 80 qəpik həcmində borc yaranıb. O, bu barədə ötən ay xəbər tutmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, abonentin qaz xətlərinə, qaz sayğacına və qaz işlədici cihazlarına 23 fevral 2023-cü il tarixdə Xaçmaz RQİİ-nin İstehlakçılara satılan qaza Nəzarət şöbəsinin və Xaçmaz xidmət sahəsinin satış xidmətinin işçiləri tərəfindən baxış keçirilmişdir. Baxış zamanı İddiaçı evinin qaz xəttinin üzərində quraşdırılmış sayğacdan əvvəl xəttə qoşulmuş rezin boru vasitəsi ilə evinə qaz xətti aparıldığı və təbii qazdan qanunsuz istifadə edildiyi aşkar edilmişdir. İddiaçı qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması video çəkilişlə həyata keçirilmiş, abonentin fərdi yaşayış evinə çəkilmiş qanunsuz qaz xəttinin görüntüləri tam aydın şəkildə video çəkilişdə öz əksini tapmışdır. İddiaçı fərdi yaşayış evində sayğacdan kənar qanunsuz xətt vasitəsi ilə təbii qazdan istifadə etməsi barədə “Təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” həmin vaxt xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmiş, abonentin qaz sayğacının keçiricilik qabiliyyətinə uyğun olaraq İddiaçı üçün 19440 m3 və ya hər kubmetr qaz üçün 12 qəpik hesabı ilə 2332,80 manat itirilmiş qazın ziyanı hesablanaraq bazadakı koduna işlənilmişdir. İddiaçı akt tərtib olunan vaxt sayğacdan kənar qanunsuz yolla təbii qazdan istifadə etdiyini etiraf etmiş, lakin akta imza etməkdən imtina etmişdir. Həmin vaxt İddiaçı iddia ərizəsində də sayğacdan kənar qaz xətt vasitəsi ilə təbii qazdan qanunsuz istifadə etməsini etiraf edirdi, lakin o itirilmiş qazın bərpası üçün onun koduna hesablanmış qazın həcmindən və məbləğindən narazı idi. “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 6.5 bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz, qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İddiaçı evinin qaz xəttində quraşdırılmış qaz sayğacı G-4 tipli olduğu üçün onun istifadə etdiyi qaz işlədici cihazlar- PQ-3 qaz plitəsi saatlıq sərfiyyatı 0,8 m3, İran istehsalı qızdırıcı soba saatlıq sərfiyyatı 1,5 m3, QSQ(su qızdırıcı) saatlıq sərfiyyatı 2,25 nT, təlimata uyğun olaraq 4,5 m3 x 24 saat x 180 gün (12 aydan çox olmayan müddət) 19440 nT itirilmiş qazın bərpası hesablanmışdır ki, bu da hər nT üçün 12 qəpikdən 2332,80 manat edir. Göründüyü kimi İddiaçı üçün sayğacdan kənar xətlə qanunsuz təbii qazdan istifadəyə görə ziyan Təlimata tam uyğun hesablanmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ******* saylı aktdan görünür ki, abonentin mənzilinə baxış keçirilərkən sayğacdan kənar rezin boru vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı 2023-cü il üzrə 2332.80 manat məbləğində borcu vardır. İş materiallarında olan DVD diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə İddiaçı Quba rayonu, Zərdabi kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman (sayğac nömrəsi qeyd edilməklə) sayğacdan kənar rezin boru vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). Müəyyən olunmuşdur ki, İddiaçı təbii qaz abonenti kimi qeydiyyatdadır. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktında qeyd olunmuşdur kiİddiaçı Quba rayonu, Zərdabi kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman sayğacdan kənar rezin boru vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Həmin akta əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna ümumilikdə 2332.80 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. İddiaçı onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməməsini, onun təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməməsini qeyd etsə də, DVD diskə baxış keçirilən zaman sayğacdan kənar rezin boru vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə edildiyi müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İddiaçı sayğaca baxış keçirilən və akt tərtib edilən zaman onun iştirakının təmin edilməməsini qeyd etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, onun iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1330/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1330/2023
28.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver