Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1338/2020 28.07.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Şakir oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 Cəbrayıl oğlu və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 Cəbrayıl oğlu və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 Cəbrayıl oğlu və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, JN- 2156F KOD 30319018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair X2 Bəkir qızı, X9, X10, X13, X17, X5 ilə yanaşı onlara yəni, Ərizəçi2 və Ərizəçi1 məxsus olması və JN- 1xx xxx 30319018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktının X8, Bədəlov Fərrux, X14, X10, X13 ilə yanaşı ona Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərzəçilər Ərizəçi1 Cəbrayıl oğlu və Ərizəçi2 ərizələrini onunla əsaslandırmışlar ki,onlar bir ailə olmaqla X8, X9, X10, X13, Ərizəçi2, X17, X5, Ərizəçi1 Quba rayon X7 xx xxxx 1997-ci il tarixli 06 saylı qərarı ilə Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-2156F KOD 30319018 saylı Şəhadətnaməyə əsasən fərdi yaşayış evi həyətyanı sahə, bağçılıq təsərrüfatının bağı təyinatlı 0,20 ha torpaq sahəsi verilmişdir. Bundan başqa X8, Bədəlov Fərrux, X10, X13, Ərizəçi2 və X14 Quba rayon X7 1999-cu il 23 mart tarixli 07 saylı qərarı ilə Torpağa Mülkiyyət Hüququna Dair JN- 1xx xxx 30319019 saylı Dövlət Aktına əsasən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 1,26 ha torpaq sahəsi verilmişdir. Lakin JN-2156F KOD 30319018 saylı Şəhadətnamədə və JN-1xx xxx 30319018 saylı Dövlət Aktında bəzilərinin adı və ata adı səhv yazılmışdır. Belə ki, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-2156F KOD 30319018 saylı Şəhadətnamədə “Ərizəçi2” əvəzinə səhvən “Ərizəçi2 Fərrux qızı”, “Ərizəçi1” əvəzinə səhvən “X3” kimi yazılmışdır. Torpağa Mülkiyyət Hüququna Dair JN-1xx xxx 30319019 saylı Dövlət Aktında isə “Ərizəçi2” əvəzinə səhvən “Ərizəçi2 Fərrux qızı” kimi yazılmışdır. Hazırda onlara məxsus torpaq sahələrinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq və torpaq sahələrinin naturada bölünməsini istəyirlər. Lakin Dövlət Aktında və Şəhadətnamədə ad və ata adının düzgün yazılmadığından bu mümkün deyildir. Dövlət Aktını verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyindən şəhadətnamədəki yanlışlıqları aradan qaldıra bilmirlər və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmədə ərizəçilər Ərizəçi1 Cəbrayıl oğlu və Ərizəçi2 ərizənin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, digər ərizəçilər və maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər ərizəçilərin vəmaraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “doğum haqqında şəhadətnamə”nin və “şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, Ərizəçi1 Cəbrayıl oğlu xx.xx.1956-ci il tarixdə anadan olmuşdur. Onun şəxsiyyətini təsdiq edən sənəddə adı, soyadı və atasının adı “Ərizəçi1 Cəbrayıl oğlu” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1967-ci il tarixdə anadan olmuşdur. Onun şəxsiyyətini təsdiq edən sənəddə adı, soyadı və atasının adı “Ərizəçi2” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi1 Cəbrayıl oğlu oğlu ilə X4 arasında xx.xx.1993-cü il tarixdə nikah bağlanmışdır. Nikahdan sonra X1 “Bədəlova” soyadı verilmişdir. Həmin şəhadətnamədə Ərizəçi1 Cəbrayıl oğlunun adı, soyadı və atasının adı “Ərizəçi1 Cəbrayıl oğlu” kimi, Ərizəçi2 adı, soyadı və atasının adı “Ərizəçi2” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 Cəbrayıl oğlu, Ərizəçi2 və onların ailə üzvlərinə Quba rayon AİKnın xx.xx.1997-ci il tarixli 06 saylı qərarına əsasən xx.xx.2005-ci il tarixdə Torpağın Mülkiyyətə Verilməsinə dair JN-2156F, KOD 30319018 saylı Şəhadətnamə tərtib edilərək 0.20 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Ərizəçi1 Cəbrayıl oğlu, Ərizəçi2 və onların ailə üzvlərinə Quba rayon AİK-nın xx.xx.1999-cu il tarixli 07 saylı qərarına əsasən xx.xx.2001-ci il tarixdə Torpağa Mülkiyyət Hüququna dair JN-153, KOD 30319018 saylı Dövlət Aktı tərtib edilərək 1.26 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi1 Cəbrayıl oğlu, Ərizəçi2 və onların ailə üzvlərinə Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli 06 saylı qərarına əsasən xx.xx.2005-ci il tarixdə 0.20 ha torpaq sahəsi verilərək Torpağın Mülkiyyətə Verilməsinə dair JN- 2156F, KOD 30319018 saylı Şəhadətnamə və Quba rayon AİK-nın xx.xx.1999-cu il tarixli 07 saylı qərarına əsasən xx.xx.2001-ci il tarixdə 1.26 ha torpaq sahəsi verilərək Torpağa Mülkiyyət Hüququna dair JN-153, KOD 30319018 saylı Dövlət Aktı tərtib edilmişdir.Torpağın Mülkiyyətə Verilməsinə dair JN-2156F, KOD 30319018 saylı Şəhadətnamədə “Ərizəçi2” əvəzinə səhvən “Ərizəçi2 Fərrux qızı”, “Ərizəçi1” əvəzinə səhvən “X3” kimi və Torpağa Mülkiyyət Hüququna dair JN-153, KOD 30319018 saylı Dövlət Aktında isə “Ərizəçi2” əvəzinə səhvən “Ərizəçi2 Fərrux qızı” kimi qeyd olunmuşdur. Ərizəçi1 Cəbrayıl oğlu və Ərizəçi2 məhkəmədən Torpağın Mülkiyyətə Verilməsinə dair JN-2156F, KOD 30319018 saylı Şəhadətnamənin onlara və Torpağa Mülkiyyət Hüququna dair JN-153, KOD 30319018 saylı Dövlət Aktının Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilərin göstərdiyi hal, yəni Torpağın Mülkiyyətə Verilməsinə dair JN-2156F, KOD 30319018 saylı X2 Bəkir qızı, X9, X10, X13, X17, X5 ilə yanaşı onlara yəni, Ərizəçi2 və Ərizəçi1 məxsus olması və Torpağa Mülkiyyət Hüququna dair JN-153, KOD 30319018 saylı Dövlət Aktının X8, Bədəlov Fərrux, X14, X10, X13 ilə yanaşı ona Ərizəçi2 məxsus olması X8, Bədəlov Fərrux, X14, X10, X13 ilə yanaşı ona, yəni Ərizəçi2 məxsus olmasıfaktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçilər Ərizəçi1 Cəbrayıl oğlu və Ərizəçi2 hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizələri təmin edilsin. Torpağın Mülkiyyətə Verilməsinə dair JN-2156F, KOD 30319018 saylı Şəhadətnamənin Ərizəçi1 Cəbrayıl oğlu və Ərizəçi2 münasibətdə onlara məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Torpağa Mülkiyyət Hüququna dair JN-153, KOD 30319018 saylı Dövlət Aktının Ərizəçi2 münasibətdə ona məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1338/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1338/2020
28.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver