Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1340/2020 16.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı və Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi Seyfullayev Bahadur Mödhəd oğlunun iştirakı ilə İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, Digah kəndində (abonent kodu: **********00410) yerləşən mənzilə borc kimi yazılmış olan 244 (iki yüz qırx dörd) manatın “Cavabdeh İstehsalat Birliyi tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, Quba rayonu, Dağlı kəndində yerləşən mənzil faktiki olaraq onun və ailə üzvlərinin istifadəsindədir. Yaşadığı ünvanda abonent kodu **********0410 olmaqla Cavabdeh İstehsalat Birliyi tərəfindən qazla təmin olunur. Qazdan istifadə haqqı tərəfindən vaxtaşırı ödənilməklə həmin ünvan qazla təmin olunmuşdur. xx.xx.2019cu il tarixdə "Cavabdeh" X1 RQİİ-nin Quba bölməsinin əməkdaşları onun ünvanına gələrək növbəti dövlət yoxlanmasına göndərilməsi məqsədilə sayğac dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Sayğac dəyişdirilərək zaman tərtib olunmuşdur. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktla sayğaca müdaxilə ilə bağlı və ya onun zədələnməsi ilə bağlı hər hansı qeyd aparılmamışdır. xx.xx.2019-cu il tarixdə Xaçmaz RQİİ-dən dövlət yoxlamasının aparılmış əhalinin qaz sayğacları xx.xx.2019-cu il tarixdə Meterologiya Departamentinin sayğacların müayinəsi laborotoriyasında baxış keçirilərək çıxarılmış ******* nömrəli sayğacda quya sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilərək sonra yapışqan maddə ilə yapışdırılaraq yerinə bərpa olunması aşkar edilmişdir. Bu müdaxilə qaz itkisi müdaxilə kimi qiymətləndirilərək 244 (iki yüz qırx dörd) manat cərimə olunması barədə akt tərtib edilmişdir. Qeyd olunan cəriməyə görə ona məxsus evə qazın verilməsi dayandırılmış, o da məcburiyyət qaydasında cəriməni ödəmişdir ki, qazın verilməsi bərpa edilsin. Göstərilənlər nəzərə alınaraq, Quba rayonu, Digah kəndində (abonent kodu: **********00410) yerləşən mənzilə borc kimi yazılmış olan 244 (iki yüz qırx dörd) manatın Cavabdeh İstehsalat Birliyi tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi Seyfullayev Bahadur Mödhəd oğlu iddianı qəbul etməyərək, bildirdi ki, iddiaçı hesablanmış borcu etiraf etmiş, aktı da şəxsən imzalamış və sonradan hesablanmış borcu ödəmişdir. Məhkəmə İddiaçı və Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi Seyfullayev Bahadur Mödhəd oğlunu dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Quba rayonu, Digah kəndində yaşayır. İş materiallarında olan “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktdan görünür ki, İddiaçı məxsus yaşayış evində Elester tipli ******* nömrəli sayğac çıxarılmış və əvəzində “Zenner” tipli **********8 nömrəli sayğac quraşdırılmışdır. İş materiallarında olan Xaçmaz RQİİ-nin ******* nömrəli aktından görünür ki, ARDNS-nin İT və Rİ-nin rəyinə əsasən ******* nömrəli sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilərək sonra yapışqan maddə ilə yapışdırılaraq yerinə bərpa olunması aşkar edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2019-cu ilin oktyabr ayı üzrə aktlar əsasında 244,80 manat məbləğində qalıq borcu vardır. Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “qazdan istifadə qaydaları”nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təhciz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. istehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Müəyyən olunmuşdur ki, İddiaçı təbii qaz abonenti kimi qeydiyyatdadır. xx.xx.2019-cu il tarixdə Cavabdeh İstehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış məişət qaz sayğacına baxış keçirən zaman müdaxilə edilməsi müəyyən edilmiş və müvafiq akt tərtib edilmişdir. Həmin akta əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna 244,80 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. İddiaçı yaşadığı mənzilə borc kimi yazılmış olan 244 (iki yüz qırx dörd) manatın Cavabdeh İstehsalat Birliyi tərəfindən silinməsini tələb etsə də, həmin borc iddiaçı tərəfindən tam ödənilməsi müəyyən edildi. Cavabdeh tərəf məhkəmə zalında bu halı təsdiq etdi. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı məxsus Quba rayonu, Digah kəndində (abonent kodu: **********00410) yerləşən mənzilə borc kimi yazılmış olan 244 (iki yüz qırx dörd) manatın Cavabdeh İstehsalat Birliyi tərəfindən silinməsi barədə tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1340/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1340/2020
16.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver