Məhkəmə qərarları › İş №2(027)-1340/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1340/2022

10.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1340/2022 10.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDK və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN- 1697F KOD 30319018 saylı X2, Ebeydullayev Fərahim (Fərəh) Elşən oğlu, X13 ilə yanaşı Ərizəçi məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizədə göstərmişdi ki, onlar bir ailə olmaqla, X14, X15, X7 və X5 Quba Rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1997-ci il tarixli, 14 saylı qərarı ilə Torpağın Mülkiyyətə verilməsinə Dair JN-1697F KOD 30319018 saylı Şəhadətnaməyə əsasən Quba rayon, İl-Nügədi kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0,08 ha torpaq sahəsi verilmişdir. Mülkiyyətçilərdən X18 xx.xx.2015-ci il tarixli, AZ-İ 013202 nömrəli adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnaməyə əsasən adını "X26” oğlundan “X8” dəyişmişdir. Lakin Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-1697F KOD 30319018 saylı Şəhadətnamədə onun ad, soyad və ata adı səhv yazılmışdır. Belə ki, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-1697F KOD 30319018 saylı Şəhadətnamədə Ərizəçi əvəzinə X3 yazılmışdır. Hazırda o Şəhadətnamədə yaranmış uyğunsuzluğu aradan qaldırmaq və düzəlişin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 04 aprel 2022-ci il tarixli, **********83 nömrəli məktubu ilə yaranmış uyğunsuzluqların aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsinin səlahiyyətlərinə aid olmadığı və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. O, Şəhadətnamədə yanlışlığı aradan qaldıra bilmir və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-1697F KOD 30319018 saylı X2, Ebeydullayev Fərahim (Fərəh) Elşən oğlu, X13 ilə yanaşı Ərizəçi məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı tərəf olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə maraqlı tərəf olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iş üzrə şahid X16 bildirdi ki, Nubar onun bacısıdı. Onlar ailədə üç bacı, bir qardaşdılar, o evin kiçik uşağıdır. Bacısı Nubarın adı torpaq sənədində səhvən Ərizəçi əvəzinə X3 yazılıb, o bu yanlışlığı aradan qaldıra bilmir, ona görə məhkəməyə müraciət edib və ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə ərizəçiləri dinləyib və şahid X11 izahatını nəzərə alaraq, əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, işdə olan, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-1697F KOD 30319018 saylı Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Quba Rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1997-ci il tarixli, 14 saylı qərarı ilə Quba rayon, İl-Nügədi kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi məqsədilə 0.08 ha torpaq sahəsi Quba rayonu, İl-Nügədi kənd sakinləri X17, X18, X13 və Ərizəçi mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyad, ata adlarında yaranmış uyğunsuzluqların aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan Quba rayon İİ Nügədi İƏD üzrə nümayəndəliyindən verilmiş arayışdan məlum olur ki, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-1697F KOD 30319018 saylı X1 səhv yazılmışdır, doğru yazılış Ərizəçi kimi olmalıdır. İşdə olan V-ЖГ 391477 seriya və nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən məlum olur ki, X12 xx.xx.1976-cı ildə doğulub adı-Nubar, soyadı- Fərzəliyeva, ata adı –Hüseynağa qeyd olunub. İşdə olan AZ-İ 898761 seriya və nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən məlum olur ki, X12 xx.xx.1997-ci ildə X17 ilə nikah bağlamış və “Ebeydullayeva” soyadını qəbul etmişdir. İşdə olan AZ-İ 013202 seriya və nömrəli xx.xx.2015-ci il tarixli, adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnaməyə əsasən X18 adını "X26” oğlundan “X8” dəyişmişdir. Məhkəmədə müəyyən edildi ki, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-1697F KOD 30319018 saylı Şəhadətnamədən görünür ki, Quba Rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1997-ci il tarixli, 14 saylı qərarı ilə Quba rayon, İl-Nügədi kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi məqsədilə 0.08 ha torpaq sahəsi Quba rayonu, İl-Nügədi kənd sakinləri X17, X18, X13 və Ərizəçi mülkiyyətinə verilib, lakin şəhadətnamədə Ərizəçi əvəzinə X3 səhv yazılıb. Ərizəçi yaranmış uyğunsuzluğu aradan qaldırmaq məqsədilə Torpağın Mülkiyyətə Verilməsinə Dair JN- 1697F KOD 30319018 saylı Şəhadətnamənin digər mülkiyyətçılərlə yanaşı ona da məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə olan sübutlara və şahid ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-1697F KOD 30319018 saylı X2, Ebeydullayev Fərahim (Fərəh) Elşən oğlu, X13 ilə yanaşı Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin olunsun. Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-1697F KOD 30319018 saylı X2, Ebeydullayev Fərahim (Fərəh) Elşən oğlu, X13 ilə yanaşı Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar