Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1342/2020 28.07.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil X11 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «miras qalmış əmlaka vərəsəlik hüququnun müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2019-cu il tarixdə ölmüş bacısı Qurbanova (Süleymanova) Gülşən Məhəmməd qızının ölümündən sonra qalmış ünvan 1 mənzil 7 ünvanda yerləşən evə onun qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsini və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini 5 saylı Ərazi İdarəsinə həmin ev üçün çıxarış verilməsini üçün qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 1955-ci ildə anadan olmuş bacısı Qurbanova (Süleymanova) Gülşən Məhəmməd qızı xx.xx.2019-cu il tarixdə ölmüşdür. Gülşən ölənə qədər onun ailəsi ilə birlikdə Quba şəhəri Əliqulu Nərimanov küçəsi, ev 167B saylı evdə yaşamış və birlikdə yaşadıqları üçün onunla birgə təsərrüfat aparmışlar. Qurbanova (Süleymanova) Gülşən Məhəmməd qızı öldükdən sonra mərhumun bir ədəd şifoneri, bir dəst yorğan-döşəyi və qab-qacağı həmçinin ünvan 3, mənzil 7 ünvanda yerləşən evi miras qalmışdır. Həmin ev X17 ilə bacısı Qurbanova (Süleymanova) Gülşən Məhəmməd qızı arasında olan alğısatqı müqaviləsi əsasında bacısı Gülşənə məxsusdur. Yuxarıda göstərilən “Alq-satqı” müqaviləsi xx.xx.2019- cu il tarixdə Quba regional «ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq olunmuşdur. Müqavilə bağlandıqdan sonra qısa müddətdə, 13 gündən sonra bacısı xəstə olduğu üçün, ürək çatışmamazlığından ölmüş və həmin evin çıxarışını ala bilməmişdir. Bacısı Gülşən öldükdən sonra el adəti üzrə bütün dəfn xərclərini və ehsan xərclərini İddiaçı çəkmişdir. Mərhum bacısı Qurbanova (Süleymanova) Gülşən Məhəmməd qızını Quba şəhər qəbirstanlığında dəfn etmişdir. Bacısı Gülşən öldükdən sonra miras qalmış ev əmlakını faktiki olaraq İddiaçı qəbul etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi vəkil X18 iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehlər qismində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçınin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AZE******** nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqə İddiaçı aiddir və o, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli 1918 nömrəli Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyindən verilən arayışın surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş AZ-İ 986386 nömrəli xx.xx.2019-cu il tarixdə verilmiş “Ölüm haqqında” şəhadətnamənin əslindən görünür ki, X12 xx.xx.2019-ci ildə Quba şəhərində ölmüşdür. İş materiallarına əlavə olunmuş AZ-İ 986348 nömrəli xx.xx.2019-cu il tarixdə təkrar verilmiş “Ölüm haqqında” şəhadətnamənin əslindən görünür ki, X3 xx.xx.1997-ci ildə Quba şəhərində ölmüşdür. İş materiallarına əlavə olunmuş AZ-İ 986350 nömrəli xx.xx.2019-cu il tarixdə təkrar verilmiş “Ölüm haqqında” şəhadətnamənin əslindən görünür ki, X13 xx.xx.2013-cü ildə Quba şəhərində ölmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 202 nömrəli Quba Bələdiyyəsindən verilmiş arayışdan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə vəfat etmiş X2 İddiaçı ilə ünvan 2 ünvanında birlikdə yaşamış, bacısı X7 dəfni ilə əlaqədar bütün xərcləri Yusifova (Süleymanova) Flora Məhəmməd qızı çəkmişdir. Bacısı X12 vəfat etdikdən sonra miras qalmış əmlakını İddiaçı qəbul etmiş və hal-hazırda da onlardan istifadə edir. İş materiallarında olan xx.xx.1968-ci il tarixli AZ1514044 nömrəli “Doğum” haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X9 xx.xx.1968-ci il tarixdə anadan olmuş və atası X4, anası isə X10 olmuşdur. İş materiallarında olan xx.xx.1990-cı il tarixli V-JQ 313866 nömrəli “Nikahın bağlanması” haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, xx xxxx 1959-cu il tarixdə doğulmuş X25 ilə xx xxxxxx 1968-ci il tarixdə doğulmuş X5 nikahları bağlanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alğısatqı müaviləsinin təsdiq olunmuş surətindən görünür ki, X17 tərəfindən ünvan 3 ünvanında yerləşən 7 saylı mənzil X1. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-523/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2019-ci il tarixdə ölmüş X7 ölümündən sonra miras qalmış ünvan 1 mənzil 7 ünvanında yerləşən evə X23 qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, X12 ölən günədək ünvan 1 mənzil 7 ünvanında yerləşən mənzildə yaşamışdır. X12 vəfat etdikdən sonra onun dəfn xərclərini bacısı Yusifova (Süleymanova) Flora Məhəmməd qızı çəkmişdir. Quba rayon Məhkəməsinin 2(027)- 523/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2019-ci il tarixdə ölmüş X7 ölümündən sonra miras qalmış ünvan 1 mənzil 7 ünvanında yerləşən evə X23 qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi qət edilmişdir. X7 vəfatından sonra onun Yusifova (Süleymanova) Flora Məhəmməd qızından başqa vərəsəsi qalmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2013cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxxx 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə x xxxxxxx 2012-ci il tarixli Qərarları). Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan əmlak hüquqları və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1153-cü maddəsi). Bunlar aliment öhdəlikləri, yaşayış sahəsindən istifadə hüququ, miras qoyanın sağlamlığına dəymiş zərərin ödənilməsi öhdəlikləri və sairdir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159-cu maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). İkinci növbədə ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1259-cu maddəsinə əsasən əgər müxtəlif əsaslar üzrə vərəsəyə mirasdan bir neçə pay düşürsə, o, bir payı qəbul edə, digərindən imtina edə bilər, yaxud bütün paylardan imtina edə bilər. Həmin Məcəllənin 1267-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir. Həmin Məcəllənin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Həmin Məcəllənin 1273-cü maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququna dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Həmin Məhkəmənin İvaşkieviç Polşaya qarşı iş üzrə xx xxxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsi hər hansı müdaxilənin qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmasını da tələb edir. Müvafiq olaraq, hüquq və azadlıqlara istənilən müdaxilə cəmiyyətin ümumi maraqları ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Tələb edilən ədalətli tarazlığa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (§ 44). Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, miras qoyan X7 mülkiyyətində olmuş və sonuncunun ölümündən sonra miras qalmış ünvan 1 mənzil 7 ünvanında yerləşən mənzil İddiaçı miras qalmış və sonuncu həmin əmlakı idarə etməklə miras əmlakı faktiki qəbul edilmiş, hal-hazırda həmin əmlak onun faktiki sahibliyi və istifadəsindədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçınin göstərdiyi hallar, yəni İddiaçı bacısı X6 miras qalmış ünvan 1 mənzil 7 ünvanında yerləşən əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı təsdiq olunur. ünvan 1 mənzil 7 ünvanında yerləşən əmlak iddiaçıya miras qalmış və sonuncu həmin əmlakı idarə etməklə miras əmlakı faktiki qəbul etmiş, hal-hazırda həmin əmlak onun faktiki sahibliyi və istifadəsindədir. Göstərilənləri nəzərə alaraq, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Yusifova (Süleymanova) Flora Məhəmməd qızının miras qalmış əmlaka vərəsəlik hüququnun müəyyən olunması tələbinə dair iddia ərizəsi təmin edilsin. Yusifova (Süleymanova) Flora Məhəmməd qızı xx.xx.2019-cu il tarixdə ölmüş bacısı Qurbanova (Süleymanova) Gülşən Məhəmməd qızının ölümündən sonra qalmış ünvan 1 mənzil 7 ünvanda yerləşən evə onun qanun üzrə vərəsəlik hüququ əsasında payı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1342/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1342/2020
28.07.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver