Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1349/2024 28.08.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Quba Regional ‘‘ASAN Xidmət” Mərkəzində Notariat ofisinə qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Quba Regional ‘‘ASAN Xidmət” Mərkəzində Notariat ofisinə qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci ildə vəfat etmiş nənəsi X6 və xx.xx.2018-ci ildə vəfat etmiş babası İddiaçı miras qalmış və Quba rayonun Kələnov kəndində yerləşən əmlaklara tam olaraq onun vəsiyyət üzrə vərəsəlik hüququnun müəyyən edilməsinə və vərəsəlik hüququ barədə şəhadətnamə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2003-cü ildə anadan olmuşdur. X5 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Ata babası İddiaçı xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Babası İddiaçı sağ olarkən 12 aprel 2006-cı il tarixdə özünə məxsus yaşayış evini, torpaq sahəsini və JN-057 saylı Dövlət Aktında olan torpağı ona vəsiyyət etmişdir. O, mirasın qəbulu ilə əlaqədar hüquqmüəyyənedici sənədləri X25 xidmət Notariat Ofisinə təqdim etmişdir. Qeyd edilən təşkilat xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim etdiyini əmlak sənədlərində əmlakın ünvanı vəsiyyətnamədə göstərilən əmlakı ilə uyğun olmadığından ona vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin mümkün olmadığını bildirib məhkəməyə müraciət etməyi tövsiyə ediblər. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Belə ki, onun adına verilmiş vəsiyyətnamədə babası İddiaçı özünə məxsus Quba rayonu Zərqova kəndində yerləşən evin və torpağın ona vəsiyyət etdiyini qeyd etmiş faktiki Əmlak Quba rayonun Kələnov kəndində yerləşir, ümumiyyətlə Quba Zərqova kəndi onların İƏD-nin mərkəzidir və Əmlakın yerləşdiyi Kələnov kəndi Zərqova İnzibati dairəsinə aid kənddir və vəsiyyətnamə tərtib edilərkən məhz bu amili götürüb Zərqova kəndində yerləşən Əmlakın ona vəsiyyət etməsini qeyd etmişdir. O, babası İddiaçı qalan əmlakı qəbul etmiş və həmin evdə anası ilə bir yerdə yaşayır. Ona görə də babasından miras qalmış əmlakları qəbul etmişdir. Ərizəsinə əlavə etdiyi xx.xx.2006-cı il tarixli vəsiyyətnamədən aşkar olur ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş babası İddiaçı özünə məxsus evi, torpağı və JN-057 saylı Dövlət Aktında olan torpağı ona vəsiyyət etmişdir. Ərizəsinə əlavə etdiyi AR Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2022-ci il tarixli məktubundan aşkar olur ki, xx.xx.2006-cı il tarixli 2V-1/109 reyestr nömrəli vəsiyyətnamə öz qüvvəsindədir. Ərizəsinə əlavə etdiyi 22 aprel 2012 -ci il tarixdə vəfat etmiş X5nun ölümü haqqında şəhadətnaməsindən aşkar olur ki, o, xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Ərizəyəə əlavə etdiyi babası İddiaçı ölüm haqqında şəhadətnaməsindən aşkar olur ki, babası İddiaçı xx.xx.2018-ci il tarixdə etmişdir. Ərizəyə əlavə etdiyi həmin X2 ölüm şəhadətnaməsindən aşkar olur ki, nənəsi X.İlyasova xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Ərzəyə əlavə etdiyi JN-036F KOD 30315058 N-li “ Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədən” və noyabr 1988ci il tarixli evin texniki pasportdan aşkar olur ki, babası X12 və nənəsi X1 Quba rayon Kələnov kəndində 0,25 ha həyətyanı torpaq sahəsi və 218 kvm olan həmin torpaqda yerləşən fərdi yaşayış evi miras qalmışdır. Ərizəyə əlavə etdiyi JN-057 kod 30315058 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından” aşkar olur ki, babası İddiaçı və nənəsi X.İlyasovadan Quba rayonu Kələnov kəndi ərazisində 0,57 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi miras qalmışdır. Ərizəyə əlavə etdiyi Quba rayon Notariat Kontoru tərəfindən təsdiq edilmiş ərizələrdən aşkar olur ki, miras qoyanlar babası İddiaçı və nənəsi X2 vərəsəliklərin əksəriyyəti mirasdan öz paylarını ona verilməsi barədə ərizə təqdim etmişlər, bu halda mərhum babası İddiaçı və nənəsi X.İlyasavadan miras qalmış əmlaklara tam olaraq onun vərəsəlik hüququnun müəyyən edilməsinə əsas verir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X7 iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdeh X25 Xidmət Mərkəzində Notariat Ofisinin notariusu Cəmil Hüseynov məhkəməyə məktub göndərərək, X25 Xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofisinin iş rejimi və vətəndaş müraciətlərinin çoxluğu səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, iddiaçı İlyas qonşusu olub. İddiaçı evində iddiaçı və anası Tahirə qalmış, hazırda evdən və torpaqdan onlar istifadə edirlər. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, iddiaçı İlyas İlyasov əmisi oğludur. Əmisinin 5 uşağı olmuş, əmisinin ölümündən sonra iddiaçı və anası Tahirə qalmış, hazırda həmin evdən istifadə edirlər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan AZ-İ seriyalı 346993 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxx 2003-cü il tarixdə anadan olmuşdur. X5, anası X4r. İş materiallarında olan JN-0057 KOD 30315058 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə İddiaçı və X2 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0.57 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Torpağın Mülkiyyətə verilməsinə dair JN-036 F, kod 30315058 Şəhadətnaməyə əsasən İddiaçı və X2 mülkiyyətinə Quba rayonu AİK-nın xx.xx.1997-ci il tarixli, 07 saylı qərarı ilə Quba rayonu Kələnov kəndi ərazisindən 0.25 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş evin texniki pasportun surətindən görünür ki, Quba rayonu, Kələnov kədində 0,25 ha həyətyanı torpaq sahəsində yerləşən 80.8 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Xaçmaz rayon dövlət notariat kontorunun dövlət notariusu F.İ.İlyasov tərəfindən xx.xx.2006-cı il tarixdə təsdiq edilmiş və notariat kontorunda saxlanılan vəsiyyətnamədən görünür ki, İddiaçı Quba rayonu Zərqova kəndində yerləşən şəxsi evini və həyətyanı torpaq sahəsini və JN: 0057 №li Dövlət Aktına əsasən ona çatası torpaq payını nəvəsi İddiaçı vəsiyyət etmişdir. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı 190376 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2005-ci il tarixdə ölmüşdür. Mülki işin materiallarında olan xx.xx.2012-ci il tarixli, AZ-İ seriyalı 527726 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2012-ci il tarixdə ölmüşdür. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı 190375 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə ölmüşdür. Mülki işin materiallarında olan Quba rayon İHB-nın Zərqova kənd İƏD üzrə nümayəndəsinin 29 aprel 2022-ci il tarixli 224 saylı arayışından görünür ki, mərhum X14 1962-ci ildən Quba rayonunun Kələnov kəndində yaşamış, 2012-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir. Mərhumun vəfatından sonra vərəsələri arvadı X7, oğlu X15, qızı X11 və oğlu İddiaçı qalmışlar. İş materiallarında olan Quba Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 438 №li saylı İddiaçı ünvanlanan məktubundan görünür ki, İddiaçı qalmış mirası qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Quba regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinə ərizə ilə müraciətinə baxılmış, təqdim etdiyi əmlak sənədlərində əmlakın ünvanı vəsiyyətnamədə göstərilən əmlakın ünvanı vəsiyyətnamədə göstərilən əmlakın ünvanı ilə uyğun olmadığından ona vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1-ci, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-ci maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir; Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1168-cı maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Həmin Məcəllənin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Həmin Məcəllənin 1274-ci maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1321.3-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Həmin Məcəllənin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. “Notariat haqqında” Azərbaycan Respublikası qanunun 41-ci maddəsinə əsasən aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Həmin Qanunun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Həmin Qanunun 59-cu maddəsinə əsasən Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Quba rayonu, Kələnov kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 80,8 kv.m olan fərdi yaşayış evi və kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmiş 0,57 ha torpaq sahəsi İddiaçı və X2 xüsusi mülkiyyətindədir. X6 xx.xx.2005-ci il tarixdə, İddiaçı xx.xx.2018-ci il tarixdə vəfat etmişlər. İddiaçı ölən günədək ona məxsus olan Quba rayonu, Kələnov kəndində yerləşən həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 80,8 kv.m olan fərdi yaşayış evini və kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmiş torpaq sahəsini nəvəsi İddiaçı vəsiyyət etmişdir. Vəsiyyətnamə xx.xx.2006-cı il tarixdə Xaçmaz rayon dövlət notariat kontorunun dövlət notariusu F.İ.İlyasov tərəfindən təsdiq edilmişdir. İddiaçı ona vəsiyyət edilən Quba rayonu, Kələnov kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 80,8 kv.m olan fərdi yaşayış evi və kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmiş 0,57 ha torpaq sahəsini miras əmlak kimi faktiki qəbul etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, İddiaçı və X1 miras qalmış Quba rayonu, Kələnov kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 80,8 kv.m olan fərdi yaşayış evinə və kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmiş 0,57 ha torpaq sahəsinə İddiaçı vərəsəlik hüququ tanınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı və X1 miras qalmış Quba rayonu, Kələnov kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 80,8 kv.m olan fərdi yaşayış evinə və kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmiş 0,57 ha torpaq sahəsinə İddiaçı vərəsəlik hüququ tanınsın. Hazırki qətnamə İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1349/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1349/2024
28.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver