Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-135/2025 30.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə Tərəflərin iştirakı olmadan İddiaçı Cavabdeh, üçüncü şəxs X2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “etibarnamənin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarışın ləğv edilməsi və hüquqların dövlət reyestrində qeydiyyatın çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, adından iş üzrə üçüncü şəxs X1 adına verilmiş xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 23 saylı Notariat Ofisində rəsmiləşdirilmiş 7E-1090 nömrəli etibarnamə və X3 ilə Cavabdeh arasında Bakı şəhəri 23 saylı Notariat Ofisində bağlanmış ünvan 1i ünvanında 0.14 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 276,9 kv.m, yaşayış sahəsi, 80,7 kv.m, yardımçı sahəsi 196,2 kv.m olan dörd otaqlı fərdi yaşayış evinin alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi və hüquqi nəticələrinin (Cavabdeh adına işlənmiş mülkiyyət sənədlərinin, çıxarış, texniki pasport və s.) ləğv edilməsi, həmin mülklə bağlı Cavabdeh Dövlət reyestrində qeydiyyata alınmış hüquqların dövlət reyestrindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumunun ödənişi həyata keçirilmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, hazırki iş üzrə məhkəmənin 25 noyabr 2024-cü il tarixli qərardadına əsasən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməklə, müvafiq ekspertza həyata keçirilmişdir. Məhkəməyə təqdim edilmiş 24 iyun 2025-ci il tarixli ekspert rəyindən görünür ki, aparılmış ekspertiza xərcinin dəyəri 124 manat təşkil etmişdir. AR MPM-in 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı hazırki halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması ilə bağlı ərizə təqdim etdiyindən çəkilmiş ekspertiza xərci ona aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı, 263- 264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh, üçüncü şəxs X2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı etibarnamənin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarışın ləğv edilməsi və hüquqların dövlət reyestrində qeydiyyatın çıxarılmasına tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı 124 (yüz iyirmi dörd) manat məbləğində ekspertiza xərci alınaraq, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X4, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin Qərardad 100 manat məbləğində dövlət rüsumunun iddiaçıya geri qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Kamilli
Məhkəmə qərarları › İş №2(027)-135/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-135/2025
30.07.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver