Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1353/2023 17.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı , Cavabdeh nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı (cərimə, ziyanın və debitor borclarının silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsilə məhkəməyə müraciət edərək, Quba şəhəri, T.Əhmədov küçəsində 6/7də yerləşən mənzilə qanunsuz yazılmış 600 manat cərimə və ziyanın silinməsi, ekspertizanın təyin edilməsi, limitə görə hesablanmış məbləğin, debitor borclarının silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, AR Konstitusiyasının 1,713,14,24-26,29,57-ci maddələrinə dövlətin yeganə mənbəyi xalqdır, hüquqi dövlətdir, təbii ehtiyatlardan xalqın rifahı naminə istifadə olunmalıdır, hər kəsin mülkiyyət, hüquq və azadlıqları ,mülkiyyətindən istədiyi kimi istifadə etmək hüququ vardır,lakin onlar hüquqlarından tam istifadə edə bilmir. Belə ki, Quba şəhəri,T.Əhmədov küçəsində yerləşən mənzilə gələn sayğacın işləməməsinə görə 15 dekabr 2017-ci il tarixində müəssisənin əməkdaşları tərəfindən qaz sayğacına müdaxilə olunmadığını bildirərək yenisi ilə əvəzləyiblər, lakin sonradan Xaçmaz RQİS-dən 600 manat cərimə və ziyanın yazıldığı bildirilib, müvafiq instansiyalar və məhkəmələrə müraciətdən sonra cərimə və ziyanın qanunsuz yazıldığı barədə məktub göndərilib,lakin dəfələrlə müraciət etməyinə baxmayaraq konkret həmin cərimənin və ziyanın silinməsi barədə ona rəsmi arayış verilmir,məhkəmənin qərarına görə silindiyi bildirilir, Sumqayıt Apellyasiya Məhkəməsinin 04 iyul 2018- ci il tarixli qətnaməsində həmin hadisədən qabaq verilmiş iddiaya görə debitor borcunun silinməsi göstərilib, Azəriqazın etibarnamə ilə nümayəndəsi B.Seyfullayev məhkəməyə göndərilən məktubunda 27.09.208-ci il tarixli ******* saylı akta əsasən cərimə və ziyana görə saldoda 600 manatın silindiyi bildirilir, lakin qətnamə üzrə silinməsi və ya akta görə konkret göstərilmir,digər məktublarda göstərilən faktlar və tarixlər bir-birini təkzib edir, əksinə olaraq həmin vəziyyətdən icra hakimiyyətinin göstərişi ilə onlar təzyiq kimi istifadə olunur. 27 sentyabr 2022-ci il tarixində icranın göstərişinə əsasən təxribat törətmək üçün müəssisənin əməkdaşları qaz xəttinin kəsilməsi üçün evinin üstünə göndərilib, onun müdaxiləsindən təxribatları baş tutmayıb. Bundan başqa Azəriqaz tərəfindən sayğacların sıfırlanması 01 yanvar tarixindən aparılmalı olduğu halda sayğacı göstərişi göndərilsə də yalnız 20 gündən sonra sıfırlanır,həmim məbləğ də limitdən artıq kimi hesablanır,halbuki ki,Azəriqazın öz rasxodlarını əhalinin üstünə yükləməsi və limitin tətbiq olunması beynəlxalq qanunlara ziddir, limitdən artıq ödəmələrə görə hesablanmış məbləğ də qanunsuz olduğuna görə silinməlidir. Onun oğlu Qarabağ veteranıdır,o da birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Biz bu vətən üçün can qoymamışıq ki,cındır məmurlar vətənin sərvətlərini talamaqla məşğul olub millətə qan uddursunlar.Dövlət tərəfindən neft-qaz satışından əldə edilən gəlirlərdən onların payı verilmədiyindən və dövlət tərəfindən hətta qanunla verilməli olan ödəmələri vermədiklərinə görə onların pulu dövlət tərəfindən ödənilməlidir. Belə ki,onlar tərəfindən dəfələrlə qanunsuz olaraq törədilmiş əməllərə müəssisənin hüquşünasları tərəfindən hüquqi qiymət verilməmiş,əksinə olaraq onların cinayət əməlləri müdafiə olunur. AR Nazirlər kabinetinin qərarına görə əhaliyə qaz ikitərəfli müqavilə əsasında verilməlidir, sayğaclara və xətlərə görə hüquqi şəxs məsuliyyət daşıyır. Müqaviləyə əsasən də əhaliyyə keyfiyyətli qaz verilməli olduqları halda ingilislərin səmt qazını təmizləyib ödənişsiz qayda verilməsinə baxmayaraq Azəriqaz tərəfindən qaza hava vurularaq sayğaclarda artıq məbləğlərin, partlayışların, zəhərlənmələrin yaradılmasına gətirib çıxarır, buna görə onların iştirakıyla ekspertiza təyin olunmalıdır, AR MPM-n-n 265-ci maddəsi ilə qərardad çıxarılaraq prokuroluğa göndərilməlidir. Ona görə də həmin vəzifəli sayılan şəxlər məsuliyyətə cəlb olunmalı, barələrində qanuni tədbir görülməli,15 dekabr 2017-ci il tarixində qanunsuz yazılmış cərimənin və ziyanın ödənilməsi barədə konkret arayışın verilməsi təmin edilməlidir. Həmçinin qüvvədə olan qanunvericiliyə görə debitor borcları silinməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, rədd edilməsini xahiş etmiş və iddia tələbinə qarşı etiraz ərzəsini məhkəməyə təqdim edərək, ərizədə göstərmişdi ki, ünvan 1 ünvanında yaşayan İddiaçı Cavabdeh İstehsal Birliyinə qarşı “cərimənin və ziyanın, debitor borclarının silinməsi tələbinə dair” iddia ərizəsi ilə Quba rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində qeyd edilir ki, Cavabdeh İB-yi tərəfindən abonentin ünvan 1-də yerləşən mənzilinə qanunsuz yazılmış 600 manat cərimə, debitor borcları iddiaçının hesabından silinməlidir. Aşağıda göstərilən sübut və dəlillərdən aydın olur ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Abonent İddiaçı ’’Azəriqaz” X3 RQİİ-si ilə bağlanmış “Qazpaylayıcı iıə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” əsasında təbii qazdan istifadə edir və abonent kimi Xaçmaz RQİİ-nin Quba xidmət sahəsində qeydiyyatdadır. Ona **********00640 saylı abonent kodu verilmişdir. Abonent İddiaçı üçün Elster tipli G-4 markalı məişət qaz sayğacı quraşdırılmışdır. xx.xx.2017-ci il tarixdə Xaçmaz RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin işçiləri tərəfindən abonent İddiaçı qaz sayğacına baxış keçirən zaman sayğacın keçən qazı qeyd etmədiyi müəyyən edilmiş, buna görə də sayğac xətdən açılaraq dövlət yoixlamasına göndərilmişdir. İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin 29-1710-0036-1 saylı aktına əsasən sayğaca “Xətaları təyin etmək mümkün olmadı, sayğacın hesablama mexanizmi, keçən qazın həcmini qeyd etmir” rəyi verilmişdir. Bu rəyə görə İddiaçı barəsində xx.xx.2018-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Bu akta əsasən abonentə itirilmiş qazın bərpası üçün mövcud qanunvericiliyin normativ aktlarına uyğun olaraq 3024 m3 və ya 604,80 manat ziyan məbləği hesablanmışdır. Bundan narazı qalan İddiaçı ziyan məbləğinin əsassız hesablanmış borc kimi silinməsi üçün Quba rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə sayğaca müdaxilənin məhz abonent tərəfindən edilməsinin sübut olunmadığı üçün iddiaçının tələbinnin təmin edilməsi barədə Qətnamə qəbul etmişdir. Məhkəmə Qətnaməsi icraya yönəldilərək xx.xx.2019-cu il tarixdə İddiaçı abonent kodundan onun barəsində xx.xx.2018-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 604,80 manat məbləğ silinmişdir. Borcun silinməsi AGİS Proqramına işlənilmiş və abonent saldosunda əks olunmuşdur. Lakin abonent İddiaçı eyni borc məbləğinin silinməsi üçün dəfələrlə məhkəmədə iddia qaldırmiş və hər dəfə də iddiası məhkəmə tərəfindən rədd edilmişdir. İddiaçı eyni məzmunlu çoxsaylı iddialarından sonuncusunun Quba rayon Məhkəməsinin 2(027)-1089/2022 saylı xx.xx.2022-ci il tarixli Qətnaməsi ilə təmin edilməməsi qət edilmişdir. İddiaçı hazırda təbii qazdan istifadəyə görə 1116,38 manat borcu vardır. Bu borç məbləği onun evindəki qaz işlədici cihazlarında istehlak etdiyi sayğacla müəyyən edilən debitor borcudur. İddiaçı iddia ərizəsində debitor borcunun silinməsi tələbini də qoymuş, lakin debitor borcunun hansı əsaslara görə silinməli olduğunu göstərməmişdir. Buna görə də onun bu tələbi də təmin edilməməlidir. Bununla da aydın olur ki, iddiaçının tələbləri Qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən subyektiv fikirləridir. Yuxarıda göstərilənlərə görə İddiaçı iddia tələbləri Məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-1089/2022 saylı xx.xx.2022-ci il tarixli Qətnaməsinə əsasən İddiaçı Cavabdehnə qarşı cərimə, ziyanın silinməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə dəymiş ziyanın bərpasına dair xx.xx.2018-ci il tarixli, təlabnamənin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə aid **********00640 saylı abonent kodu üzrə 3024 m3 həcmində qaz itkisi hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyi Enerli Məsələlərini X4 filialınını 24 may 2019-cu il tarixli AERA-23-254/19 nömrəli məktubunun surətindən görünür ki, Xaçmaz RQİİ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8, 4.9 və 5.4-cü bəndlərinin tələblərinə əməl edilməklə İddiaçı itirilmiş təbii qaza görə hesablanmış 604.80 manat məbləğində dəymiş ziyanın silinməsi üçün xx.xx.2019-cu il tarixli, 23/19Q-059 nömrəli “Göstəriş” verilmişdir. İş materiallarında olan Abonent saldosundan göründüyü kimi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə aid **********00640 saylı abonent koduna 2018-ci il üzrə itirilmiş qazın bərpası üçün 604.80 manat cərimə borcu hesablanmışdır, sonrakı illər, 2019, 2020, 2021, 2022, 2023-cü illər üzrə həmin borc saldoda öz əksini tapmamışdır. İş materiallarında olan Abonent saldosundan göründüyü kimi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə aid **********0640 saylı abonent koduna 06.2023-cü il üzrə ayın sonuna 1116.38 manat məbləğində debitor borc yaranmışdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğac cavabdeh tərəfindən yenisi ilə əvəz edilmiş və köhnə sayğacın yoxlanılması nəticəsində cavabdeh tərəfindən iddiaçıya 604.8 manat məbləğində vurlmuş ziyan hesablanmış və İddiaçı tələbi ilə hesablanmış 604,80 manat ziyan məbləği onun abonent hesabından silinmişdir. İddiaçı Cavabdehnə qarşı 600 manat cərimənin silinməsi tələbinə dair iddiası Quba rayon Məhkəməsinin 2(027)-1089/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsilə təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qətnaməsilə qeyd edilən qətnamə dəyişdirilmədən saxlanmışdır. Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı cərimə, ziyanın və debitor borclarının silinməsi tələbinə dair iddiası üzrə icraata 600 manat cərimə ziyanının silinməsi hissəsində xitam verilmişdir. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 139.1-ci maddəsinə əsasən Kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. “Qazdan istifadə Qaydaları”nın (12 may 2011-ci il tarixli 80 №li Azəarbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş) 5-ci bəndinə əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin qaydaların 2-ci bəndinə əsasən qaz paylayıcısının istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırda təbii qazdan istifadəyə görə İddiaçı 1116,38 manat ödənilməmiş borcu vardır və şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, həmin məbləğ istifadə edilmiş qazın dəyəri olmaqla istehlakçı kimi İddiaçı tərəfindən tam ödənilməli olduğundan, limitə görə hesbalanmış məbləğin və debitor borcların silinməsi tələbi tələbi təmin edilə bilməz. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı cərimə, ziyanın və debitor borcun silinməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-1353/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1353/2023
17.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver