Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1359/2022 14.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X8 qızının katibliyi, Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-029A KOD 30306018 nömrəli Şəhadətnamənin Nümayəndə, X4, X2 məxsus olması ilə yanaşı Heydərova (Muradova) Elnarə Şəhriyar qızına və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 15 avqust 1997-ci il tarixli 08 saylı qərarı ilə Torpağın mülkiyyət verilməsinə dair JN-029A KOD 30306018 nömrəli Şəhadətnaməyə əsasən onlara fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0,11 ha torpaq sahəsi verilmişdir. Lakin Torpağın mülkiyyətə verilməsinə dair JN-029A KOD 30306018 nömrəli Şəhadətnamədə adları Ərizəçi2 əvəzinə səhvən Ərizəçi2 Əlyar qızı kimi, Heydərova (Muradova) Elnarə Şəhriyar qızı əvəzinə səhvən X1 yazılmışdır. Şəhadətnamədə qeyd olunmuş ad, soyad və ata adında yaranmış uyğunsuzluğları aradan qaldırmaq və düzəlişin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət müraciət etsələr də, onların səlahiyyətlərinə aid olmadığı ilə bağlı **********03 nömrəli 05 aprel 2022-ci il tarixli imtina məktubu almışlar. Şəhadətnamədə yaranmış yanlışlığları aradan qaldıra bilmirlər və onlar bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmədə Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı ilə keçirilməsini və ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, digər Ərizəçi2 və maraqlı şəxs qismində AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər Ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “doğum haqqın şəhadətnamə”nin və “şəxsiyyət vəsiqəsi”nin surətlərindən görünür ki, Ərizəçi2 xx.xx.1967-ci il tarixdə anadan olmuşdur. Onun şəxsiyyətini təsdiq edən sənəddə atasının adı ”Əliyar” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Nümayəndə ilə Ərizəçi2 arasında nikah xx.xx.1990-cı il tarixdə nikah bağlanmışdır. Nikahdan sonra Naibə Cəfərovaya “Muradova” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş “doğum haqqın şəhadətnamə”nin və “şəxsiyyət vəsiqəsi”nin surətlərindən görünür ki, Ərizəçi1 xx.xx.1991-ci il tarixdə anadan olmuşdur. Onun şəxsiyyətini təsdiq edən sənəddə Heydərova (Muradova) Elnarə Şəhriyyar qızı olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 ilə Ərizəçi1 arasında nikah xx.xx.2014-cü il tarixdə nikah bağlanmışdır. Nikahdan sonra Elnarə Muradovaya “Heydərova” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Quba RİHB-nın Vladimirovka kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, JN-029A kod 30306018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməsi həqiqətən də Ərizəçi1 və Ərizəçi2 məxsusdur. İş materiallarına əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 və Ərizəçi2 və onun ailə üzvlərinə Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli 08 saylı qərarına əsasən JN-029A KOD 30306018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə tərtib edilərək 0.11 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi1, Ərizəçi2 və onların ailə üzvlərinə Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli 08 saylı qərarına əsasən 0.11 ha torpaq sahəsi verilərək JN-029A KOD 30306018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir. JN-029A KOD 30306018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə “Ərizəçi1” əvəzinə səhvən “X5” kimi, “Ərizəçi2” əvəzinə səhvən “Ərizəçi2 Əlyar qızı” kimi qeyd olunmuşdur. Ərizəçi1 və Ərizəçi2 məhkəmədən JN- 029A KOD 30306018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilərlər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, Ərizəçilərin göstərdiyi hal, JN-029A KOD 30306018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Nümayəndə, X6 və X3 ilə yanaşı, Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. JN-029A KOD 30306018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin Ərizəçi1 və Ərizəçi2 münasibətdə onlara məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. . Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1359/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1359/2022
14.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver