Məhkəmə qərarları › İş №2(027)-1372/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1372/2024

12.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1372/2024 12.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı tələbnamənin ləğvi və həmin tələbnamə əsasında hesablanmış borcun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh «Azəriqaz” İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən əsassız olaraq tərtib olunmuş 20 oktyabr 2023cü il tarixli № ******* saylı aktın və həmin akta əsasən dəymiş ziyanın bərpasına dair 30 noyabr 2023-cü il tarixli tələbnamənin ləğv edilməsi və hesablanmış 4380.48 (dörd min üç yüz səksən manat 48 qəpik) manat məbləği borcun onun **********01230 saylı abonent hesabından silinməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla başqa ünvanda yaşayır. Onun yaşadığı evə də başqa evlər kimi qaz sayğacı quraşdırılmışdır. Sayğac onun adınadır. Digər abonentlər kimi o da hər ay istifadə etdiyi qaz sərfıyyatına görə qaz borcunu vaxtında ödəyir. Cavabdeh əməkdaşları xx.xx.2023-cü il tarixində yuxarıda qeyd olunan ünvana gələrək qaz sayğacını yenisi ilə əvəz etdilər. Sayğacın dəyişdirilməsi zamanı evdə adam olmuşdur. Bu barədə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli Na ******* saylı akt tərtib olunmuşdur. Həmin akt tərtib olunan zaman sayğacda hər hansı müdaxilə aşkar olunmamışdır. Əgər belə bir hal baş vermiş olsaydı Cavabdeh əməkdaşları ona və ya ailə üzvlərinə bu barədə məlumat verərdilər. Yerində aktlaşdırardılar. Bir müddət sonra ona məlum olmuşdur ki, Cavabdeh əməkdaşları tərəfindən 20 oktyabr 2023-cü il tarixində təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt tərtib olunmuşdur. Sayğaca heç bir müdaxilə izi aşkar olunmamışdır. Tərtib olunmuş ziyan aktında guya sayğacda sim aşkar olunduğu qeyd olunmuşdur. Belə bir sim aşkar olunmuşdursa ona niyə göstərilməyib? Ancaq yuxarıda qeyd etdiyi kimi sayğaca nə o, nə də ailəsi tərəfindən hər hansı müdaxilə olmamışdır. Qeyd edir ki, o istifadə etdiyi qaz sərfiyyatının borcunu vaxtlı-vaxtında ödəyir, qaz borcu yoxdur. Sayğaca dəymiş ziyan olaraq 4380.48 (dörd min üç yüz səksən manat 48 qəpik) manat cərimə borcunu qəbul etmir. Onun cərimə borcu düzgün deyil. Bu məqsədlə Cavabdeh Quba rayon şöbəsinə müraciət etmişdir. Ona bu barədə müvafiq sənədlərin surətlərini təqdim etdilər. O, həmin cərimə borcu ilə razılaşmır. Hesab edir k, həmin akt və tələbnamə əsassız olaraq tərtib olunmuşdur. Bundan əlavə qeyd etmək istəyir ki, sayğac küçədə quraşdırılmış, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorumaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. Məhkəmə təcrübəsinə nəzər salınsa baxılan işlərin çoxunda sayğaclarda eyni nöqsanların olduğu görünür. Bu da onu göstərir ki, həmin nöqsanlar qəsdən, bilərəkdən yaradılır.Ona görə də, hesab edir ki, ******* saylı akt və həmin akt əsasında dəymiş ziyanın bərpasına dair tələbnamə ləğv edilməli və həmin tələbnaməyə əsasən hesablan 4380.48 (dörd min üç yüz səksən manat 48 qəpik) manat cərimə borcu onun **********01230 saylı abonent hesabımdan silinməlidir. İş üzrə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti iddiaya etiraz verərək etiraz onunla əsaslandırmışdır ki, Quba şəhəri, Qələbə küçısi ev-54 ünvanda yaşayan İddiaçı “aktın etibarsız hesab edilməsi, qərarın ləğv edilməsi və borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə Quba rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində qeyd edilir ki, Cavabdeh İB-yi tərəfindən tərtib edilmiş akta istinadən əsasız yazılmış 4380,48 manat borc silinməlidir. Aşağıda göstərilən sübut və dəlillərdən aydın olur ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı ilə bağlanmış “Qazpaylayıcı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqı Müqaviləs”inə əsasən yaşadığı evdə təbii qazdan istifadə etməklə abonent kimi Xaçmaz RQİİ-nin Quba xidmət sahəsində qeydiyyatdadır. Abonentin saldosuna nəzər saldıqda 2022-ci ilin qış aylarında (sentyabr,oktyabr, noyabr, dekabr) dörd ayda çəmi 15 m3 və ya 1.80 manat, 2023-cü ilin qış aylarında sentyabr, oktyabr aylarında cəmi 36 m3 və ya 4,42 manat qaz sərfiyyatı qeydə alınmışdır. Abonentin sayğacının sərfiyyatı şübhə doğurduğuna görə qaz xətlərinə və qaz işlədici cihazlarına xx.xx.2023-cü il tarixdə Quba xidmət sahəsinin işçiləri tərəfindən baxış keçirilmişdir. Bu zaman abonentin qaz syğacının səslə işləməsindən şübhələnilmiş, sayğacı evdə yaşayan və faktiki olaraq qazdan istifadə edən Aygün Fətullayevanın(kirayəşin) iştirakı ilə xətdən açarkən giriş hissəsində dəmir sim aşkar olunmuşdur. Həmin sim sayğaca keçən qazı qeyd edən dişli çarxları saxlamaq və sayğacın göstəricilərinin irəli getməsinin qarşısını almaq üçün daxil edilmişdir. İddiaçı qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması video çəkilişlə həyata keçirilmişdir (disk etiraza əlavə edilir ).Abonent İddiaçı barəsində “Təbii qazdan istifadə Qaydalarının pozulması haqqında həmin vaxt xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmiş, abonent təbii qazdan qanunsuz yolla istifadə etməsini etiraf etsə də, aktı imzalamaqdan imtina etmişdir. Qaz işlədici cihazların saatlıq qaz sərfinə uyğun olaraq abonent İddiaçı üçün 36504 m3 və ya 4380,48 manat itirilmiş qazın ziyanı hesablanaraq abonent koduna işlənilmişdir. Sayğac dəyişdirilən kimi abonentin qaz sərfiyyatı 20-25 dəfə artmışdır. Belə ki, abonent saldosuna nəzər yetirsək müəyyən olunur ki, İddiaçı akt tərtib olunandan əvvəl oktyabr ayında cəmi 4 m3 və ya 0,48 manat qaz sayğacının sərfiyyatı qeyd etmişdirsə, noyabr ayında artıq 212 m3 və ya 25,44 manat qaz sərfi qeydə alınmışdır. İddiaçı X6 ərizəsində sayğac dövlət yoxlamasında olarkən onun çağırılmadığını, sayğacın onun iştirakı olmadan yoxlamadan keçdiyini qeyd edir.Halbu ki, sayğac dövlət yoxlamasına göndərilməmiş, video çəkilişdə sayğacdan çıxan məftilin vizual görüntüsü tam aydınlığı ilə əks olunduğundan sayğacın laboratoriyaya yoxlamaya göndərilməsinə heç bir ehtiyac qalmamışdır. Bununla da aydın olur ki. iddiaçının tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır, İddiaçı öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürdüyü fikirləridir. Yuxanda göstərilənlərə görə İddiaçı iddia tələbi Məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir. Məhkəmə iclasında İddiaçı oğlu iddianı müdafiə edərək bildirmişdir ki, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X7 iddianı qəbul etməyib, verdiyi izahatında göstərmişdir ki, iddiaçının kənar xəttlə qazdan istifadə etməsi müəyyən olunmuş, abonetin sayğacında sim aşkar olunmuşdur. Ziyan aktı düzgün tərtib olunmuşdur. Ona görə də iddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, Quba şəhəri, Qələbə küçəsində yerləşən Şahin Məmdərzayevə məxsus yaşayış evində ******* nömrəli sayğac çıxarılmış və əvəzində 13735766 nömrəli sayğac quraşdırılmışdır; Xaçmaz RQİİ-nin xx.xx.2023-cü il tarixli ******* nömrəli aktından görünür ki, abonentin sayğacına baxış keçirilərkən sayğacın giriş hissəsində sim aşkar olundu. Abonent təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olundu; X2 30 noyabr 2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən müəyyən olunur ki, İddiaçı məxsus Quba şəhəri, Qələbə küçəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğacda hesabat müddəti- PQ-4-ün maksimal saatlıq sərfi 1.2 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, istilik sistemi 32 kv-lik kombinin maksimal saatlıq qaz sərfi 3.5 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, iran sobasının maksimal saatlıq qaz sərfi 1,5 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, axımlı su qızdırıcının maksimal saatlıq qaz sərfi 2,25 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 1.2 x 12 x 360=5184; 3.5 x 12 x 360=15120; 1.5 x 12 x 360=6480; 2.25 x 12 x 360=9720 – cəmi : 36504 m3 olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas xx.xx.2023-cü il tarixli ******* saylı akt olmuşdur; **********01230 kodlu abonentin saldosunun qalıq və aktlar bölməsindən görünür ki, abonent İddiaçı müdəmadi olaraq aktiv şəkildə qazdan istifadə etmiş, lakin istifadə etdiyi qaza ödənişləri vaxtlı-vaxtında həyata keçirmədiyi üçün 2023-cü ilin dekabr ayına 4380,48 manat ziyan yaranmışdır; İş materiallarında olan DVD diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, İddiaçı Quba şəhəri, Qələbə küçəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman akta göstərilən qaz avadanlıqlarından istifadə olunması müəyyən olunmadı. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Sayğacın dəyişdirilməsi zamanı tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktda sayğacın dəyişdirilməsinin səbəbi kimi “əvəzetmə” göstərilmiş, əvəzetmə qeyd olunmuşdur. Digər tərəfdən isə məhkəmə hesab edir ki, dəymiş ziyanın bərpasına dair tələbnamədə göstərilən qaz avadanlıqlarının heç biri iddiaçı X1 məxsus yaşayış evində mövcud deyil, ev ümumi istilik sisteminə qoşulmuş, evin qızdırılması üçün qazdan istifadə olunmur. Beləliklə, iddiaçı tərəfindən cavabdehə vurulmamışdır. Ona görə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 6.5-1.1. bəndinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-2. bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, "xxxx" İB-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş 30 noyabr 2023-cü il tarixli tələbnamə ləğv ediməli və həmin tələbnaməyə əsasən hesablanmış 4380,48 (dörd min üç yüz səksən manat qırx səkkiz qəpik) manat məbləğində borc İddiaçı abonent hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30 (otuz manat) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. "xxxx" İB-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş 30 noyabr 2023-cü il tarixli tələbnamə ləğv edilsin və həmin tələbnaməyə əsasən hesablanmış 4380,48 (dörd min üç yüz səksən manat qırx səkkiz qəpik) manat məbləğində borc İddiaçı **********01230 saylı abonent hesabından silinsin. 30 (otuz manat) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar