Məhkəmə qərarları › İş №2(027)-1373/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1373/2020

20.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1373/2020 20.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi və vəkili X1 iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN 098A Kod 30313038 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin, JN 1xx xxx 30313038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının və Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx.xx.2020-ci il tarixli 582 saylı Arxiv Çıxarışının ona - Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi bildirdi ki, Quba rayon AİK-nın xx.xx.1998-ci il tarixli 17 saylı qərarına əsasən ona Quba rayonu, Davidoba kəndi ərazisindən 0,03 ha həyətyanı torpaq sahəsi verilmiş və adına JN 098A Kod 30313038 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə tərtib olunmuşdur. Quba rayon AİK-nın xx.xx.1998-ci il tarixli 17 saylı qərarına əsasən ona Quba rayonu, Davidoba kəndi ərazisindən kənd təsərrüftaı məhsullarının istehsalı məqsədilə 0,47 ha həyətyanı torpaq sahəsi verilmiş və adına JN 1xx xxx 30313038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı tərtib olunmuşdur. Qeyd olunan sənədlərdə atasının adı səhv qəyd edilərək, Ərizəçi əvəzinə səhvən Ərizəçi Əlibəy oğlu kimi göstərilmişdir. Həmçinin Quba rayon Şərq meyvəçilik sovxozunun xx.xx.1992-ci il tarixli 01 saylı əmrinə əsasən, Quba rayonu, Davidoba kəndi ərazisindən ona 0,08 ha həyətaynı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair verilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx.xx.2020-ci il tarixli 582 saylı Arxiv Çıxarışında soyadı və ata adı düzgün yazılsa da, adı səhvən Ramazan əvəzinə Ramiz kimi göstərilmişdir. Hazırda sözügedən torpaq sahələrinə adına Çıxarış almaq istəyir, lakin sənədlərdə olan səhvlərə görə bu mümkün deyil. Göstərilənləri nəzərə alaraq, JN 098A Kod 30313038 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin, JN 1xx xxx 30313038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının və Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx.xx.2020-ci il tarixli 582 saylı Arxiv Çıxarışının ona, Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Ərizəçi dinləyib, işdə olan sənədləri araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN 098A Kod 30313038 saylı Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Quba rayon AİK-nın xx.xx.1998-ci il tarixli 17 saylı qərarına əsasən Ərizəçi Əlibəy oğluna Quba rayonu, Davidoba kəndi ərazisindən 0,03 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN 1xx xxx 30313038 saylı Dövlət aktının təsdiqlənmiş surətindən görünür ki, Quba rayon AİK-nın xx.xx.1998-ci il tarixli 17 saylı qərarına əsasən ona Quba rayonu, Davidoba kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0,47 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx.xx.2020ci il tarixli 582 saylı Arxiv Çıxarışından görünür ki, Quba rayon Şərq meyvəçilik sovxozunun xx.xx.1992-ci il tarixli 01 saylı əmrinə əsasən, Quba rayonu, Davidoba kəndi ərazisindən X3 0,08 ha həyətaynı torpaq sahəsi verilmişdir. Dövlət arxivinin həmin tarixli 583 saylı arxiv arayışından görünür ki, Ərizəçi 1242 saylı təsərrüfatın başçısı olmuş, onun şəxsi istifadəsində 1993-cü ildən 0,08 ha həyətyanı torpaq sahəsi olmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçi Quba rayonu, Şuduq kənd sakini Ərizəçidur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X5 xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, JN 098A Kod 30313038 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə, JN 1xx xxx 30313038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında və Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx.xx.2020-ci il tarixli 582 saylı Arxiv Çıxarışda ərizəçinin ad və ata adında yaranmış uyğunsuzluğun aradan qaldırılması məqsədilə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, torpağın mülkiyyətə verilməsinə dair JN 098A Kod 30313038 saylı Şəhadətnamənin, torpağa mülkiyyət hüququna dair JN 1xx xxx 30313038 saylı Dövlət aktının və Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx.xx.2020-ci il tarixli 582 saylı Arxiv Çıxarışının Ərizəçi məxsus olması faktı iş sənədləri ilə təsdiq olunduğu üçün, ərizə əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN 098A Kod 30313038 saylı Şəhadətnamənin, torpağa mülkiyyət hüququna dair JN 1xx xxx 30313038 saylı Dövlət aktının və Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx.xx.2020-ci il tarixli 582 saylı Arxiv Çıxarışının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar