Məhkəmə qərarları › İş №2(027)-1385/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1385/2022

28.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1385/2022 28.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsi və X1 filialına qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsi və X1 filialına qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. 28 iyul 2022-ci il tarixdə məhkəmənin təkrar hazırlıq iclası zamanı müəyyən edildi ki, Ərizəçi rəsmi qeydiyyatda olduğu yer ünvan 1 ünvanıdır. Məhkəmə hesab edir ki, həmin səbəbdən, hazırki işə Ərizəçi rəsmi qeydiyyatda olduğu yer üzrə Xaçmaz Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 309-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyatı qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə öz icraatına qəbul etdiyi işi aidiyyatı üzrə məhkəməyə göndərməlidir. Azərbaycan Respublikası MPM-nin 45.3-cü maddəsinə əsasən, işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdlqdan sonra icra edilir. Göründüyü kimi hazırki iş üzrə ərizəsi aidiyyat qaydaları pozulmaqla icraata qəbul edildiyindən, 2(027)-1385/2022 saylı mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 35, 44-45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsi və X1 filialına qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair 2(027)-1385/2022 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar