Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1386/2022 01.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X8 qızının katibliyi ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X6 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X10 məhkəməyə ərizə ilə müraciət edərək, KOD 30302018 JN-119A seriyalı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin Ərizəçi1, Ərizəçi3 və X7 və KOD 30302016 JN-188 seriyalı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında Ərizəçi1, Ərizəçi2 məxsus olmasının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərzəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X10 ərizələrini onunla əsaslandırmışlar ki, onların mülkiyyətinə Quba Rayon Aqrar İslahatı Komissiyasının 1997-ci il 10 noyabr tarixli 14 saylı qərarı ilə 3.11 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmişdir. Həmin torpaq sahəsi Quba Rayon Torpaq şöbəsində qeydiyyatdadır. Torpaq mülkiyyəti hüququna dair onlara verilmiş JN:188 seriyalı, 30302016 nömrəli dövlət akt qeydində onların adları düzgün göstərilməmişdir. Belə ki, həmin aktda “Ərizəçi1” əvəzinə səhvən “Ərizəçi1 oğlu” kimi, “Ərizəçi2” əvəzinə səhvən “Ərizəçi2 Babaxan qızı” kimi qeyd edilmiş, KOD 30302018 JN-119A seriyalı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə də “Ərizəçi1” əvəzinə səhvən “X11” kimi, “Ərizəçi3” əvəzinə səhvən “X12” kimi, “X10” əvəzinə səhvən “X13” kimi qeyd edilmişdir. Adlarına olan hüquq müəyyənedici sənədlərdə onların adı Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X5 qeyd edilmişdir. Qasımova Jalə nikaha daxil olmuş, soyadı “Əzizova” olaraq dəyişdirilmişdir. Bununla bağlı müvafiq Torpaq komissiyasına yazılı və şifahi müraciətlər etsələr də, onlara məhkəmə müraciət etmək və torpaq üzərində mülkiyyət hüquqlarının hüquqi əhəmiyyətli fakt kimi təsdiq edilməsi məsləhət görülmüşdür. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X10 məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və ərizələrinin təmin edilməsini xahiş etmişlər.. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Ərizəçi1 xx.xx.1953-cü il tarixdə anadan olmuşdur. Onun şəxsiyyət vəsiqəsində onun adı, soyadı və ata adı Ərizəçi1 olaraq qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Ərizəçi2 xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. Onun şəxsiyyət vəsiqəsində onun adı, soyadı və ata adı Ərizəçi2 olaraq qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Ərizəçi3 xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. Onun şəxsiyyət vəsiqəsində onun adı, soyadı və ata adı Ərizəçi3 olaraq qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Qasımova (Əzizova) Jalə Akif qızı xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. Onun şəxsiyyət vəsiqəsində onun adı, soyadı və ata adı Qasımova (Əzizova) Jalə Akif qızı olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X7 Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli 14 saylı qərarı ilə Torpağa Mülkiyyət Hüququna dair JN-188 kod 30302016 saylı Dövlət Aktı tərtib edilərək 3.11 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X7 Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli 14 saylı qərarı ilə Torpağın Mülkiyyətə Verilməsinə dair JN-119A kod 30302018 saylı Şəhadətnamə tərtib edilərək 0.04 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X7 Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli 14 saylı qərarına əsasən 3.11 ha torpaq sahəsi verilmiş və Torpağa Mülkiyyət Hüququna dair JN-188 kod 30302016 saylı Dövlət Aktı tərtib edilmiş və Torpağın Mülkiyyətə Verilməsinə dair JN-119A kod 30302018 saylı Şəhadətnamə tərtib edilərək, 0.04 ha torpaq sahəsi verilmişdir. Torpağa Mülkiyyət Hüququna dair JN-188 kod 30302016 saylı Dövlət Aktı “Ərizəçi1” əvəzinə səhvən “Ərizəçi1 oğlu” kimi, “Ərizəçi2” əvəzinə səhvən “Ərizəçi2 Babaxan qızı” kimi qeyd edilmiş, KOD 30302018 JN-119A seriyalı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə də “Ərizəçi1” əvəzinə səhvən “X11” kimi, “Ərizəçi3” əvəzinə səhvən “X12” kimi, “X10” əvəzinə səhvən “X13” kimi qeyd edilmişdir. Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X10 məhkəmədən Torpağa Mülkiyyət Hüququna dair JN-188 kod 30302016 saylı Dövlət Aktının və Torpağın Mülkiyyətə Verilməsinə dair JN-119A kod 30302018 saylı Şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilərin göstərdiyi hal, yəni Torpağa Mülkiyyət Hüququna dair JN-188 kod 30302016 saylı Dövlət X2, Ərizəçi3, Qasımova (Əzizova) Jalə Akif qızı və X14 ilə yanaşı, Ərizəçi1 və Ərizəçi2 məxsus olması, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-119A kod 30302018 saylı X1 və X14 ilə yanaşı, Ərizəçi1, Ərizəçi3 və X7 məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Qasımova (Əzizova) Jalə Akif qızının hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizələri təmin edilsin. Torpağa Mülkiyyət Hüququna dair JN-188 kod 30302016 saylı Dövlət Aktının Ərizəçi1 və Ərizəçi2 münasibətdə onlara məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Torpağın Mülkiyyətə Verilməsinə dair JN-119A kod 30302018 saylı Şəhadətnamənin Ərizəçi1, Ərizəçi3 və Qasımova (Əzizova) Jalə Akif qızına münasibətdə onlara məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1386/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1386/2022
01.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver