Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-139/2020 20.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X1 nümayəndəsiX10nun və üçüncü şəxs X7 iştirakı ilə X1 cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı X19 və üçüncü şəxs X9 qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X3 ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə 3-cü şəxs X9 onun istifadəsində olan 0,12 ha torpaq sahəsinin bir hissəsinə düşən qanunsuz xx xxxx 2012-ci il tarixli **********94 reyestr nömrəli reyestrdən çıxarış və plan ölçü sənədlərinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə X1 nümayəndəsi X10 iddianı müdafiə edərək bildirdi ki, Quba rayonu Küpçal (hazırda Küpçal-Dağlı) Bələdiyyəsinin 05 saylı xx xxx 2006-cı il tarixli qərarı ilə 0,12 ha həyatyanı torpaq sahəsini xx xxxx 2006-cı il tarixli 02 nömrəli qəbzlə 154 manat məbləğində dəyərini qabaqcadan ödəməklə satın almışlar, xx xxxxxx 2006-cı il tarixli alqı-satqıya dair akt tərtib edilməklə keçmiş Quba rayon Torpaq Şöbəsində 2442 nömrə ilə qeydiyyata alınmışdır. Torpaq sahəsinə dair rəylər hazırlanmış, plan tərtib olunmuşdur. Hal-hazıradək həyatyanı torpaq sahəsi onların ifadəsindədir. Bundan sonra DƏDR-i haqqında Qanuna uyğun olaraq tələb edilən sənədləri cavabdeh DƏDRX-nin X15 Quba rayon Şöbəsinə təqdim etmişdir. Şöbədə mütəxəssislər tərəfindən elektron məlumat bazasına baxış keçirilmiş xəritədə göstərilən torpaq sahəsi qeyd olunması səbəbindən torpaq sahəsinə yerində baxış keçirilərək texniki pasport və sair sənədlər hazırlanmaqla dövlət rüsumu ödənilməsi tələb edilərək rüsumlar ödənildikdən sonra sənədlər çıxarışın hazırlanması üçün X17 göndərilmişdir. Cavabdeh orqanın xx.xx.2018-ci il tarixli **********69 nömrəli cavabı ilə 0,12 ha torpaq sahəsinin bir hissəsinin 5 saylı X15 elektron məlumat bazasında olan xəritəyə əsasən iş üzrə 3-cü şəxsin (X7) mülkiyyətində olan torpaq sahəsi ilə kəsişməsi səbəbindən “DƏDR haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizəsinin icrasından imtina olunmuşdur. Bundan sonra məcbur olub prezident adminstrasıyasına şikayət etmişdir. Şikayətin baxılması üçün cavabdeh orqana döndərilmişdir. Həmin orqanın rəis müavini Elşad Məmmədovun xx xxxxxxxx 2018-ci il tarixli **********00 nömrəli məktubuna əsasən yenə də ərizəsinin icrasından imtina olunmuş və məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Bundan sonra Sumqayıt İİM-ə müraciət etmiş, Sumqayıt İİM-nin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamış və ümumi məhkəmədə mübahisələndirilməli olması izah olunmuşdur. Prezident Adminstrasiyasına şikayəti ilə əlaqədar onun nümayəndəsi (həyat yoldaşı X10) cavabdeh orqanın rəisi Fizuli İsayev tərəfindən dəvət olunmuş və araşdırma aparılarkən müəyyən olunmuşdur ki, keçmiş DT və XKnin rəisi X2 tərəfindən doğru olmayan məlumatlar əsasında mülkiyyətimdə olan torpaq sahəsinin bir hissəsinə qanunsuz sənədlər hazırlanmaqla Quba rayonu, Dəlləkli kənd sakini olan Məmmədov Pənah adlı şəxsin mülkiyyətində olmasına dair çıxarış hazırlanmaşıdır. Belə ki, həmin şəxs onların torpaq sahəsinə dair sənədləri ona məxsus torpaq sahəsinin bir nissəsinin bir neçə il sonra keçmiş DT və XK-nin Quba rayon şöbəsinin sədri olmuş X2 və Küpçal Bələdiyyəsi tərəfindən başqa səxsə satılması və mülkiyyətində olan torpaq sahəsinə dair qanunsuz sənədlər əsasında axtarış hazırlanması müəyyən olunmuşdur. Pənah Məmmədov bildirmişdir ki, ona məxsus torpaq sahəsi satılması səbəbindən ona əvəzi olaraq bu torpaq sahəsinə çıxarış hazırlanmış, bu zaman həyatyanı torpaq sahəsinin onun istifadəsində olmasını bilməmişdir. Həyatyanı torpaq sahəsindən çıxmaq üçün özünə məxsus olmuş torpaq sahəsinin qaytarılmasını tələb edir. Belə ki, cavabdeh orqanın rəisinin qəbulunda olanda birlikdə sənədlərin araşdırması aparılarkən sənədlərin məhkəməyə təqdim edilməsi üçün verilməsi xahiş olunsa da həmin sənədlərin yalnız məhkəmə qaydasında tələb olunduğu halda məhkəməyə təqdim olunacağı bildirilmişdir. Göstərilənləri nəzərə alaraq, iş üzrə 3-cü şəxs X9 X5 istifadəsində olan 0,12 ha torpaq sahəsinin bir hissəsinə düşən qanunsuz xx xxxx 2012-ci il tarixli **********94 reyestr nömrəli reyestrdən çıxarış və plan ölçü sənədlərinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə üçüncü şəxs X13 iddianı qəbul etməyərək, bildirdi ki, adına olan Dövlət reyestrindən çıxarışa özünə məxsus torpaq sahəsinə sahiblik edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh tərəf Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı X15 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə X1 nümayəndəsiX10nu və üçüncü şəxs X11 dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Quba rayonu Küpçal Bələdiyyəsinin xx xxx 2006-cı il tarixli 05 saylı qərarı ilə X8 0,12 ha həyatyanı torpaq sahəsini xx xxxx 2006-cı il tarixli 02 nömrəli qəbzlə 154 manat məbləğində dəyərini qabaqcadan ödəməklə satın almış, xx xxxxxx 2006-cı il tarixli alqı-satqıya dair akt tərtib edilməklə keçmiş Quba rayon Torpaq Şöbəsində 2442 nömrə ilə qeydiyyata alınmışdır. Torpaq sahəsinə dair rəylər hazırlanmış, plan tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı X15 xx xxxx 2012-ci il tarixli **********94 reyestr nömrəli reyestrdən ******* nömrəli Çıxarışdan görünür ki, Quba rayonu, Küpçal kəndində yerləşən 0,10 ha torpaq sahəsi X7 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (məhkəmə tikinti-texniki ekspertizasının) xx.xx.2020-ci il tarixli 10/2132 nömrəli rəyindən görünür ki, X13 hal-hazırda torpaq sahəsindən istifadə etmədiyindən onun adına verilmiş, seriya MA ******* nömrəli, **********94 reyestr nömrəli, xx xxxx 2012-ci il tarixli çıxarışla qeydiyyata alınmış torpaq sahəsinin ölçüsü yerində (naturada) üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmamışdır. X6 Quba rayon Küpçal kənd bələdiyyəsinin 05 nömrəli, xx xxx 2006-cı il tarixli qərarı ilə verilmiş 0,12 ha torpaq sahəsi mübahisəli torpaq sahəsinin də yerləşdiyi ərazidə olasa da bələdiyyə qərarı ilə verilmiş 0,12 ha torpaq sahəsinin naturaya uyğun dəqiq sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən həmin torpaq sahəsinin X7 adına verilmiş seriya MA ******* nömrəli, **********94 reyestr nömrəli, xx xxxx 2012-ci il tarixli çıxarışla verilmiş torpaq sahəsi ilə üst-üstə düşüb düşmədiyini müəyyən etmək mümkün olmamışdır. Mütəxəssis rəyinə əlavə edilmiş sxemdən görünür ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya MA ******* nömrəli çıxarış sənədinə əsasən X9 mülkiyyətinə verilmiş torpaq sahəsinin 0,0402 ha hissəsini mübahisə predmeti olan torpaq sahəsi üst-üstə düşür. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, X3 və üçüncü şəxs X7 mülkiyyətində Quba rayonu, Küpçal kəndi ərazisində torpaq sahələri vardır. İddiaçının bildirdiyinə görə onun istifadəsində olan 0,12 ha torpaq sahəsinin bir hissəsinə üçüncü şəxs X7 torpaq sahəsi düşür, ona görə Pənah Məmmədovun mülkiyyətində olan torpaq sahəsinə dair verilmiş Seriya MA ******* nömrəli çıxarışın ləğv edilməsini xahiş edir. X13 isə iddia tələbini qəbul etmir. İş materiallarında olan ekspertiza rəyində hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya MA ******* nömrəli çıxarış sənədinə əsasən X9 mülkiyyətinə verilmiş torpaq sahəsinin 0,0402 ha hissəsini mübahisə predmeti olan, yəni X5 torpaq sahəsi üst-üstə düşməsi müəyyən olunduğu qeyd edilsə də, bu Çıxarışın ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə istinad etdiyi hallar üzrə Çıxarışın ləğv edilməsini tələb etməsi əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində təsbit olunmuşdur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 165.1-ci maddəsinin tələbinə görə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqca sahib onlara son qoyulması üçün iddia verə bilər. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, X1 cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı X19 və üçüncü şəxs X9 qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: X1 cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı X19 və üçüncü şəxs X9 qarşı çıxarışın etibarsız hesab edilməsinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-139/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-139/2020
20.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver