Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-139/2022 15.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi və vəkili X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba RİH-nın Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 18 sentyabr 1970-ci ildə Quba rayonu, 2-ci Nügədi kəndində anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizədə göstərmişdi ki, qızı X7 18.09.1970-ci il tarixdə Quba rayonu, İİ Nügədi kəndində doğulmuşdur. Sevda anadan gəlmə orta kəmağıllılıq imbesillik, iradə, emosiya və davranış pozğunluğu xəstəliyi ilə doğulmuşdur. Qızı etdiyi hərəkətlərin mənasını anlamır, dediyi sözlər anlaşılmır, tez-tez öz-özünə əsəbləşir. Qızı Sevda həkim komissiyasından keçərək 2-ci qrup əlillik dərəcəsi almışdır. O, 18.05.2009-cu ildən ağıl zəifliyi xəstəliyi diaqnozu ilə Quba Mərkəzi Rayon Xəstəxanasının KPŞ-nin psixatrik kabinetində qeydiyyatdadır. Bu fakt Quba MRX-nm Konsultativ Poliklinika şöbəsinin 24.09.2021-ci il tarixli arayışı ilə də təsdiq olunur. Sevda Dadaşova özünü idarə etmək qabiliyyətində deyildir. Onun daima kənar şəxsin qulluğuna ehtiyacı vardır. Qızı hazırda evdədir və sonuncuya onunla oğlu qulluq göstərirlər. Sevda uzun müddətdir ki, həm xəstəxanada, həm də, evdə müalicə alır, amma heç bir müsbət nəticəsi yoxdur. Həmin xəstəliyi ilə əlaqədar vəziyyəti pisləşir, ümummiyyətlə nə etdiyini bilmir və anlamır. Bəzi hallarda onun tərəfindən hüquq müəyyənedici sənədlərin imzalanması zərurəti yarandığından bir sıra çətinliklərlə üzləşirlər. X2 öz hərəkətlərinin mənasını başa düşməməsinə görə onun üzərində qəyyum təyin edilməsi zəruridir. Bunun üçün də qızı məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.18.09.1970-ci il tarixdə Quba rayonu, İİ Nügədi kəndində doğulmuş X2 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Quba RİH-nın Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Ərizəçi dinləyib, ekspert rəyini, iş üzrə materialları hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon qeydiyyat şöbəsinin 24.09.2021-ci il tarixli arayışından görünür ki, X7 18 sentyabr 1970-ci ildə anadan olmuş, atası X8, anası Ərizəçi qeyd edilib. İş materiallarında olan Quba RİHB-nin 2-ci Nügədi kənd İƏD üzrə nümayəndəliyin 28.09.2021-ci il tarixli 1293 nömrəli arayışından görünür ki, Ərizəçi Quba rayonu, 2-ci Nügədi kəndində qeydiyyatdadır. İş materiallarında olan Quba RMX-nın 4.09.2021-ci il tarixli arayışından görünür ki, 18 sentyabr 1970-ci ildə Quba rayonu, 2-ci Nügədi kəndində anadan olmuş X4 orta dərəcəli əqli gerilik diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Məhkəmə Psixiatrik Ekspertizasının 06.01.2022-ci il tarixli 05 saylı rəyin nəticə hissəsindən aydın olur ki, X3 ağır dərəcəli əqli gerilik müəyyən edilir.(anamnestik məlumatlara görə doğuş zədəsi ilə anadan olması, erkən psixofiziki inkişafda yaşıdlarına nəzərən geri qalması,vnitqi tək-bir sözlərdən ibarət olmaqla zəif inkişaf etməsi, əqli geriliklə əlaqədar Quba Rayon Mərkəzi Xəstəxanasında “Ağır dərəcəli əqli gerilik” diaqnozu ilə qeydiyyatda olması, ona müvafiq müalicələr təyin edilməsi, həmçinin əqli geriliklə əlaqədar məktəbdə oxumaması, psixi vəziyyəti ilə əlaqədar İİ qrup əlil hesab edilməsi, əqli geriliyi, fizioloji ifrazatları ilə natəmiz olması, stereotip olaraq qeyri-müəyyən hərəkətlər etməsi, bununla əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırki müayinə zamanı yoxlanılan şəxsdə ağır dərəcəli əqli gerilik və s.) sübut edir. Mülki iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı apanlmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası X3 ağır dərəcəli əqli gerilik müəyyən edir. X7 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X7 onda müəyyən edilən ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Buna görə də X7 qızı tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə görə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Məhkəmə Psixiatrik Ekspertizasının 06.01.2022-ci il tarixli 05 saylı rəyini nəzərə alaraq, məhkəmə 18 sentyabr 1970-ci ildə Quba rayonu, 2-ci Nügədi kəndində anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini məqbul hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 18 sentyabr 1970-ci ildə Quba rayonu, 2-ci Nügədi kəndində anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-139/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-139/2022
15.02.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver