Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1392/2021 30.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN-158, KOD:30325048 Torpağa Mülkiyyət Hüququna Dair Dövlət X1 və X8 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərzəçi Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 02.05.2002-ci il tarixli 04 saylı qərarı ilə ona və ailə üzvlərinə Quba rayonu Tülər kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmiş və adına JN-169 Kod 30307038 saylı Torpağa Mülkiyyət Hüququna X18 verilmişdir. Həmin JN-169 Kod 30307038 saylı Torpağa Mülkiyyət Hüququna X16 mərhum anasının adı “Əsima” əvəzinə səhvən “Əsmayə”, mərhum atasının atasının adı “Cabi” əvəzinə səhvən “Cabı” olaraq yazılmışdır. Lakin, şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamədə və digər sənədlər anasının adı Əsima, atasının atasının adı Cabi kimi qeyd edilmişdir. Hazırda həmin torpaq sahəsinə dair adına çıxarış almaq istəyir. Lakin JN169 Kod 30307038 saylı Torpağa Mülkiyyət Hüququna X16 qeyd edilmiş yalnışlıqlara görə həmin torpaq sahəsinə dair onun sərəncam vermək hüququ məhdudlaşmışdır. Qeyd olunan torpaq sahəsinə dair Çıxarış almaq üçün DƏDRX-nın saylı Ərazi İdarəsinə müraciət etmişdir. DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsi 26 aprel 2021-ci il tarixli məktubu ilə mənə qeyd olunan sənəddə adında yaranmış uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. JN-169 Kod 30307038 saylı Torpağa Mülkiyyət Hüququna X17 verən AR DT və XK-i ləğv edilmiş, həmin sənəddəki yalnışlığı başqa yolla düzəliş etdirmək mümkün deyildir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, digər ərizəçilər və maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər ərizəçilərin vəmaraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1981-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 03.11.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 23.03.2018-ci il tarixdə vəfat etmişdir.. İş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna X14 surətindən görünür ki, Ərizəçi, X4, X13 və X8 Quba rayon AİK-nın 02.05.2002-ci il tarixli 04 saylı qərarına əsasən JN-158, KOD:30325048 Torpağa Mülkiyyət Hüququna X18 tərtib edilərək 0,39 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi, X5, X4 və X8 Quba rayon AİK-nın 02.05.2002-ci il tarixli 04 saylı qərarına əsasən 1,19 ha torpaq sahəsi verilərək JN-158, KOD:30325048 Torpağa Mülkiyyət Hüququna X18 tərtib edilmişdir. Ərizəçi məhkəmədən JN-158, KOD:30325048 Torpağa Mülkiyyət Hüququna X14 mərhum anası X4 və mərhum atası X8 məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Lakin, Ərizəçi X3 onun anası və X7 onun atası olması, ərizəçinin qeyd olunan şəxslərin vərəsəsi olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan hal da, məhkəmə hesab edir ki, JN-158, KOD:30325048 Torpağa Mülkiyyət Hüququna Dair Dövlət X1 və X8 məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə qənaətə gəlir ki, Ərizəçi JN-158, KOD:30325048 Torpağa Mülkiyyət Hüququna Dair Dövlət X1 və X8 məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi JN-158, KOD:30325048 Torpağa Mülkiyyət Hüququna Dair Dövlət X1 və X8 məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1392/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1392/2021
30.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver