Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1397/2021 26.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı, onun vəkili və etibarnamə üzrə səlahiyətli nümayəndəsi Nümayəndə, Cavabdeh2, Cavabdeh1 vəkili və etibarnamə üzrə səlahiyətli nümayəndəsi X13 iştirakı ilə, İddiaçı cavabdehlər X23, X9, X5, X15, Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Regional “Asan xidmət” mərkəzində notariat ofisi, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz ərazi İdarəsinə qarşı “miras əmlakdan payın azaldılması və həmin əmlaklara mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Regional “Asan xidmət” mərkəzində notariat ofisi, 5 saylı Xaçmaz ərazi İdarəsi, üçüncü şəxslər X23, X9, X5, X10 qarşı “miras əmlakdan payın azaldılması və həmin əmlaklara mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti Mülkiyyət hüququ haqqında (reyest kitabı № 3, səhifə 65, qeydiyyat № 001850, 02.01.2004-cü il tarixli) şəhadətnaməyə əsasən 13.12.2020-ci il tarixdə Quba rayonunda vəfat etmiş X14 mülkiyyətində olan Quba rayonu, Dağlı kəndində yerləşən "xxxx" müəssisəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çatası hissəyə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsinin və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən çıxarışın verilməməsi, həmin müəssisəyə və həmin torpaq sahəsində inşa olunmuş çayxana, marketlər və fermaya onun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirirərək, Azərbaycan Respublikası İqtisadi inkişaf Nazirliyi Dövlət əmlakının İdarə Edilməsi və özəlləşdirilməsi Departamenti mülkiyyət hüququ haqqında Reyest kitabı № 3, Səhifə 65, Qeydiyyat N» 001650, 02.ui.2004-çü ii tarixii şəhadətnaməyə əsasən Quba rayonu, Dağlı kəndində yerləşən 13.12.2020-ci ildə Quba rayonunda vəfat etmiş X14 mülkiyyətində olan "xxxx" müəssisəsindən cavabdehlərə Cavabdeh1 və Cavabdeh2 çatası hissəyə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsinin və 5 saylı Xaçmaz ərazi İdarəsi tərəfindən çıxarışın verilməməsi, həmin müəssisəyə onun mülkiyyət hüququmun tanınması, miras əmlakdan digər cavabdehlər X11, X3, X2, X6 imtinalarının qəbul edilərək "xxxx" müəssisəsinə tam payın onun adına müəyyən olunması, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH № 0005066, Reyestr nömrəsi **********62-10301, Qeydiyyat nömrəsi, 280605809, Qeydiyyat tarixi 30/11/2006-cı il tarixli çıxarışa əsasən Quba rayonu, Dağlı kəndində miras qovanın mülkiyyətdə olan 0.16 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 71.2 kv.m yaşayış, 91.05 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin, Azərbaycan Respublikası Nəqliyyat Vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 10LC683 VAZ 21214 minik avtomobilin və "xxxx" KB ASC-də olan 42 500 manat pulun 1/7 hissədə vərəsələr İddiaçı, Cavabdeh1, Cavabdeh2, X23, X9, X5 və X6 arasında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirirərək, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının İdarə Edilməsi və Özəlləşdirilməsi Departamenti mülkiyyət hüququ haqqında Reyest kitabı № 3, Səhifə 65, Qeydiyyat № 001850, 02.01.2004-çü il tarixli şəhadətnaməyə əsasən Quba rayonu, Dağlı kəndində yerləşən 13.12.2020-ci ildə Quba rayonunda vəfat etmiş X14 mülkiyyətində olan "xxxx" müəssisəsindən cavabdehlərə Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsinin və 5 saylı Xaçmaz ərazi İdarəsi tərəfindən çıxarışın verilməməsi, "xxxx" müəssisəsinin fəaliyyətinin İddiaçı tərəfindən idarə olunması, Azerbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH № 0005066, Reyestr nömrəsi **********62-10301, Qeydiyyat nömrəsi, 280605809, Qeydiyyat tarixi 30/11/2006-cı il tarixli çıxarışa əsasən Quba rayonu, Dağlı kəndində miras qoyanın mülkiyyətdə olan 0,16 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 71.2 kv.m yaşayış, 91.05 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin, Azərbaycan Respublikası Nəqliyyat Vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 10LC683 VAZ 21214 minik avtomobilin və "xxxx" KB ASC-də olan 42 500 manat pulun 1/7 hissədə vərəsələr İddiaçı, Cavabdeh1 və Cavabdeh2, X11, X3, X2 və X6 arasında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək tələbini onunla əsaslandırmışdır ki, miras əmlakın mülkiyyətçisi mərhum atası X29 13.12.2020-ci ildə Quba rayonunda vəfat etmişdir. X14 vəfatından sonra qızı 15.03.1960-cı il təvəllüdü Cavabdeh1 və oğlu- 20.05.1962-ci il təvəllüdlü X24 30.07.1999-cu il tarixdə vəfat etmişdir. Sonuncunun hüquqi varisi Cavabdeh2, X23, X9, X5, X16, İddiaçı miras qoyanın vərəsələridir. X27 “Asan xidmət” mərkəzində notariat ofisinə ərizə ilə müraciət edərək miras qoyanın mülkiyyətində olan Quba rayonu, Dağlı kəndində yerləşən 0.16 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 71.2 kv.m yaşayış, 91.05 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən, **-LC-*** “VAZ 21214” minik avtomobildən, "xxxx" KB ASC-də olan 42.500 (qırx iki min beş yüz) manat puldan, Quba rayonu, Dağlı kəndində yerləşən "xxxx" müəssisəsindən onlara çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişlər. Qeyd olunan əmlaklarla bağlı heç bir mübahisələri olmasa da, "xxxx" müəssisəsi ilə bağlı mübahisə yaranmışdır. Belə ki, miras əmlak olan "xxxx" müəssisəsi mülkiyyət hüququ ilə mərhum atasının adına özəlləşdirildikdən sonra bu torpaq üzərində mövcud olan tikililər köhnəldiyindən, öz istismar müddətini başa vurduğundan və bərpası mümkün olmadığından tamamilə sökülüb götürülmüş, onların yerində onun vəsaiti hesabına çayxana, 2 market və ferma inşa edilərək icarəyə verilmişdir. Mərhum atasının sağlığında fərdi yaşayış evi vəminik avtomobilin vərəsələr arasında bərabər paylara bölünməsi, "xxxx" KB ASC-də olan 42.500 (qırx iki min beş yüz) manat pul vəsaitindən cavabdehlərin hər birinə 10.000 (on min) manat pulun verilməsi, yerdə qalan məbləğin digər vərəsələr arasında bölüməsi, "xxxx" müəssisəsinin isə onun mülkiyyətinə verilməsini bildirmişdir. O, bölgünün göstərilən qaydada aralarında aparılmasını vərəsələrin nəzərinə çatdırdıqdan sonra, bununla cavabdehlərdən başqa digər vərəsələr 3-cü şəxslər razılaşsalar da cavabdehlər bununla razılaşmamışlar, miras əmlaklardan bərabər paylar tələb etmişlər. Hazırda "xxxx" Müəssəsinə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı cavabdehlərlə aralarında mübahisə yaranmışdır. Müəssisənin torpağı özəlləşdirilməmiş, müəssisənin yerləşdiyi torpağın üzərində mövcud olan tikililər onun vəsaiti hesabına inşa edilmişdir. "xxxx" Müəssisəsi miras əmlakların sırasından çxarılmalı, həmin yerdəki tikililərə onun mülkiyyət hüququ tanınmalı, qanun üzrə vərəsəlik şəhadətnaməsi Quba rayonu, Dağlı kəndində yerləşən 0.16 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 71.2 kv.m yaşayış, 91.05 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən, **-LC-*** “VAZ 21214” minik avtomobildən, "xxxx" KB ASC-də olan 42.500 (qırx iki min beş yüz) manat puldan ibarət əmlaklara dair cavabdehlərə çatası hissədə verilməlidir. Məhkəmədə verilən suallara cavab olaraq, iddiaçı bildirdi ki, "xxxx" müəssisəsi atasının sağlığında alınmışdır. Belə ki, atasının mülkiyyətində əvvəl başqa torpaq sahələri olmuş, sonradan atası həmin torpaq sahələrini satıb sözügedən "xxxx" müəssisəsini almışdır. "xxxx" müəssisəsi alınanda üzərində köhnə istifadəyə yararsız tikililər olmuşdur. O, atasının və digər ailə üzvlərinin razılığı ilə həmin tikiləri sökdürmüş, yerində 2000-ci ildə yeni tikililər inşa etmişdir. Həmin tikililərdə istifadə olunan mar-material və işçi güvvəsinə sərf olunan vəsait onun şəxsi vəsaiti olmuşdur. "xxxx" müəssisə atamın mülkü olsa da, həmin vaxt müəssisənin abaşlamasında birbaşa onun iştirakı olmuşdur. Ona görə atası sağlığında həmin "xxxx" müəssisəsini onun adına rəsmiləşdirəcəyini bildirmişdir. Lakin atası qəfildən dünyasını dəyişdiyi üçün bunu etmək mümkün olmamışdır. "xxxx" müəssisəsi Quba rayonu, Dağlı kəndində olan torpaq sahəsində yerləşsə də, müəssisənin həmin torpaq sahəsinə aid olması barədə heç bir sənəd yoxdur. Vaxtılə maddi imkanı olmadığı üçün müəssisəni özəlləşdirməmişdir. Müəssisəsinə özəlləşdirmədən üstündə obyektlər inşa etmişdir. Həmin tikililər əvvəl "xxxx" müəssisəsində olmayıb. O, 2000-ci il tarixdən başlayaraq obyektləri tikməyə başlamışdır. Obyektləri şəxsi vəsaiti hesabına tikdiyi üçün hesab edir ki, "xxxx" müəssisindən vərəsələrə pay ayrılmalı deyil. Müəssisəsi üzərində tam olaraq onun hüququ tanınmalıdır. Bankdakı hesabla bağlı suallara cavab olaraq iddiaçı bildirdi ki, bankda olan 42.500 (qırx iki min beş yüz) manat pul atasının pulu olmuşdur. Belə ki, atasının sağlığında o, mal-qara saxlamış və sonradan onları satıb pulu atasının adına banka qoymuşlar. Sadalananlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili və etibarnamə üzrə səlahiyətli nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, bildirdi ki, faktiki mübahisə predmeti miras əmlaklardan biri olan "xxxx" müəssisəsidir. Həmin "xxxx" müəssisəsi iddiaçının atası Yolçu Paşayevin mülkiyyətində olsa da, müəssisəsin inkişafında və yenidən qurulmasında tək iddiaçının əməyi vardır. İddiaçı xərc çəkib müəssisədə obyektlər tikmiş və istifadəyə vermişdir. Belə olan halda həmin "xxxx" müəssisinin idarə edilməsi iddiaçıya verilməlidir. Qeyd etdiklərini nəzərə alaraq, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, bildirdi ki, atası Tofiq Paşayev 1999-cu ildə vəfat etmiş, souncunun vəfatından sonra o, anası və qardaşı ilə babası Yolçu Paşayevin himayəsində qalmışdır. Onların yaşadığı ev babasının evinin yanında yerləşir. Belə ki, o uşaqlıqdan babasın yanında olmuşdur. Sağlığında babasının 400 baş qoyunu və 300-400 min pulu olmuşdur. Əmisinin bəhs etdiyi həmin "xxxx" müəssisəsindəki tikililər məhz babasının vəsaiti hesabına inşa edilmişdir. Belə ki, "xxxx" müəssisəsi söküntü və yenidən qurma işləri aparılan zaman əmisi orada olmamış, tikintidə istifadə olunan materialların alışında iştirak etməmişdir. Bu işlərlə bilavasitə o, məşğul olmuşdur. Çayxananın tikintisinə istifadə olunan materialların alışında, tikintisində iştirak etmişdir. Hal-hazırda icarə pullarını əmisi Faiq yığsa da, obyektləri işlətdiyi müddətdə icarədarları özü tapmış və icarə pulunu özü almışdır. Hətta "xxxx" müəssisəsi babasından onlara miras qaldığı üçün, özü də gələcəkdə həmin müəssisədə dükan tikmək niyyətində olmuşdur. O vaxta qədər isə, mövcud obyektlərin tikintisə köməklik göstərərək, bankdan həmin məqsədlə kredit götürdüyü 2000 manat vəsaiti materialların alışına sərf etmişdir. Babası vəfat etdikdən sonra miras bölgüsü barədə söhbəti açılmış və əmisi "xxxx" müəssisəsinin özünə məxsus olmasını iddia etmişdir. Halbuki, "xxxx" müəssisəsi babası Yolçunun Paşayevin əmlak kütləsinə daxildir və vərəsələr arasında bərabir şəkildə bölünməlidir. Bir halda ki, onun atası vərəsələrdən biridir və atasının vəfatından sonra hüquqi varisi olaraq sonuncuya çatası payı ayrılaraq ona verilməsini istəyir. Məhkəmə iclasında Cavabdeh1 vəkili və etibarnamə üzrə səlahiyətli nümayəndəsi X30 bildirdi ki, iddia tələbi iki hissədən ibarətdir. İddia tələbinin birinci hissəsi ümumiyyətlə inzibati məhkəmələrin predmetidir və hazırki məhkəmədə ona qiymət verilə bilməz. "xxxx" müəssisəsinin idarə olunmasına gəldikdə isə, əgər iddiaçı tərəf müəssisənin üzərində özbaşına inşa edilən obyektlərin idarə olunmasını nəzərdə tutursa, həmin obyektlərlə bağlı hər hansı sübut iş materiallarında yoxdur. Daşınmaz əmlakın məktubundan göründüyüü kimi, müəssisəsin adına hər hansı obyekt dövlət qeydiyyatına alınmamışdır. Bu da onu göstərir ki, qeydə alınmamış hər hansı əmlakın bölünməsi, özələşdirilməsi, idarə olunmasından söhbət gedə bilməz. Belə ki, "xxxx" müəssisəsi X14 adına olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti Mülkiyyət hüququ haqqında şəhadətnamədən ibarətdir, hansı ki, "xxxx" müəssisəsinin idarə olunması üçün heç bir əsas yaratmır. Hazırda mövcud olmayan mülklə bağlı qətnamənin çıxarılması, gələcəkdə vərəsələr arasında payların müəyyən edilməsi və sənədləşmə işlərinin aparılmasında ciddi probemlərə gətirib çıxaracaqdır. Ona görə, iddia tələbi "xxxx" müəssisəsinin idarə olunması hissəsində əsassızdır və təmin olunmamalıdır. Qalan miras əmlakının bölünməsinə gəldikdə isə, iş materiallarından göründüyü kimi, miras qoyanın mülkiyyətində "xxxx" müəssisəsindən savayı gidər əmlaklar mövcuddur. Aydın olduğu kimi, tərəflər arasında həmin əmlaklarla bağlı heç bir mübahisə yoxdur, əmlakın 1/7 hissədə bölünməsi barədə aralarında razılaşma vardır. Cavabdeh X23 08.07.2021-ci tarixli məhkəmə iclasında iştirak edən zaman bildirmişdir ki, atasının və anasının mülkiyyətində torpaq sahələri və mal-qara olmuşdur. Atası həmin mülkü satıb "xxxx" müəssisəsini almışdır. "xxxx" müəssisəsi alınanda, üzərində köhnə tikililərdən başqa heç nə olmamışdır. Atası əlində qalan vəsaitlə köhnə tikililəri sökdürmüş, lakin sonrakı mərhələlərdə atasının imkanı olmadığı üçün qardaşı Faiq bu işlərə şəxsi vəsaitini sərf etmişdir. Belə ki, Faiqin qazancı ilə "xxxx" müəssisəsində ferma və digər obyektlər tikilmiş və artezian suyu çəkilmişdir. Cavabdeh X2 nümayəndəsi X25 08.07.2021-ci tarixli məhkəmə iclasında iştirak edən zaman göstərmişdir ki, anasının bildirdiyinə görə "xxxx" müəssisəsinin satın alınması və üzərində tikililərin inşa edilməsi dayısı İddiaçı tərəfindən həyata keçirilmişdir. Cavabdehlər X23, X9, X5, X15 məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizələr təqdim edərək, iddia tam etiraf etdiklərini bildirmiş və mülki işə onların iştirakı olmadan baxıb qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Regional “Asan xidmət” mərkəzində notariat ofisi nümayəndəsi məhkəməyə ərizə tədqim edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan: AZ-İİ 131299 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X29 13.12.2020-ci il tarixdə ölmüşdür; AZ-İ 609262 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X17 30.09.2013-cü il tarixdə ölmüşdür; XİX-ЖГ 453619 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1974-cü il tarixdə doğulmuş İddiaçı Yolçu Paşayevin və X7 oğludur; AЗ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 15.03.1960-cı il tarixdə doğulmuş X18 miras qoyan Yolçu Paşayevin qızıdır; İİ-ЖГ 300193 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X18 08.06.1979-cu il tarixdə nikah bağlamış və nikah bağlanandan sonra ona «Kərimova» soyadı verilmişdir; AЗ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 10.04.1966-cı il tarixdə doğulmuş X19 miras qoyan Yolçu Paşayevin qızıdır; İV-ЖГ 300704 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X19 05.06.1986-cı il tarixdə nikah bağlamış və nikah bağlanandan sonra ona «Yarəliyeva» soyadı verilmişdir; doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 15.03.1968-ci il tarixdə doğulmuş X8 miras qoyan Yolçu Paşayevin qızıdır; Vİ-ЖГ 259815 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 20.01.1991-ci il tarixdə nikah bağlamış və nikah bağlanandan sonra ona «Niyazova» soyadı verilmişdir; XİV-ЖГ 269047 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 04.09.1970-ci il tarixdə doğulmuş X20 miras qoyan Yolçu Paşayevin qızıdır; “vətəndaşlıq vəziyyəti aktları” AQİS-dən çıxarışdan görünür ki, X20 03.02.1989-cu il tarixdə nikah bağlamış və nikah bağlanandan sonra ona «Lətifova» soyadı verilmişdir; AЗ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 03.06.1964-cü il tarixdə doğulmuş X23 miras qoyan Yolçu Paşayevin oğludur; "xxxx" KB ASC-nin 28.04.2021-ci il tarixli məktubundan görünür ki, X14 "xxxx" KB ASC-də olan AZ27UBAZ**********1110AZN001 saylı bank hesabında depozit saxlanılan 42.500 (qırx iki min beş yüz) manat vəsaiti vardır; Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti Mülkiyyət hüququ haqqında Şəhadətnamədən (reyestr kitabı №3, qeydiyyat № 001850, səhifə 65, tarix 02.01.2004) görünür ki, Quba rayonu, Dağlı kəndində yerləşən "xxxx" müəssisəsi X14 xüsusi mülkiyyətindədir. Əmlakın tərkibi bu şəhadətnamənin ayrılmaz hissəsi olan əlavədə göstərilir; Əmlakın İnventarlaşdırması Bürosu Müəssisə və Obyektin texniki pasportundan görünür ki, Quba rayonu, Dağlı kəndində yerləşən 1982, 1984, 1958, 1957, 1982-c illərdə tikilmiş Quba "xxxx" müəssisəsinin ümumi sahəsi 1236,2 kv.m, əsas sahəsi 1015,3 kv.m, köməkçi sahəsi 220,9 kv.m, tikinti altı sahəsi 1369,3 kv.m-dir; Quba RİHB-nın Qırmızı Qəsəbə İƏD üzrə nümayəndəliyin 15.02.2021-ci il tarixli 76 nömrəli arayışından görünür ki, 13.12.2020-ci il tarixdə vəfat etmiş X14 növbəti vərəsələri qalmışdır: İddiaçı, Cavabdeh2, X23, Paşayeva (Yarəliyeva) Sürmə Yolçu qızı, Paşayev (Niyazova) Səlminaz Yolçu qızı, Paşayev (Lətifova) Maral Tofiq qızı və Cavabdeh1; Quba RİHB-nın Qırmızı Qəsəbə İƏD üzrə nümayəndəliyin 26.02.2021-ci il tarixli 87 nömrəli arayışından görünür ki, 30.07.1999-cu il tarixdə vəfat etmiş X12 vəfatından sonra növbəti vərəsələri qalmışdır: X4, Cavabdeh2, X21; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 05.03.2021-ci il tarixli, **********87 nömrəli məktubundan görünür ki, 5 saylı Xaçmaz Ərazi idarəsinin arxiv sənədlərinə əsasən X1 adına yalnız 30.11.2006-cı il tarixli, **********62-10301 nömrəli çıxarışa əsasən Quba rayonu, Dağlı kəndində fərdi yaşayış evi və həmin kənddə 02.01.2004-cü il tarixli, 001050 qeydiyyat nömrəli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən qeyri yaşayış binası aşkar edilmişdir. X1 adına Quba rayonu, Dağlı lərdində yerləşən qeyri yaşayış binasına dövlət reyestrindən 23.01.2020-ci il tarixli, 5/36 nömrəli məhdudiyyət (yüklülük) haqqında arayış alınmış, lakin həmin əmlakın özgəninkiləşdirilməsi barədə heç bir məlumat qeydə alınmamışdır; İddiaçı, Cavabdeh2, X23, X9, X5, X15 və Cavabdeh1 notarial qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, onlar mirasın tərkibinə daxil olan Quba rayonu, Dağlı kəndində yerləşən torpaq sahələrindən onlara çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişlər. Məhkəmə iş üzrə gəlmiş tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, X29 13.12.2020-ci il tarixdə vəfat etmişdir. Ondan Quba rayonu, Dağlı kəndində yerləşən 0.16 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 71.2 kv.m yaşayış, 91.05 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi, **-LC-*** “VAZ 21214” minik avtomobil, "xxxx" KB ASC-də 42.500 (qırx iki min beş yüz) manat pul və Quba rayonu, Dağlı kəndində yerləşən "xxxx" müəssisəsindən ibarət miras əmlak qalmışdır. X14 vərəsələri övladları İddiaçı, X23, X9, X5, X15 və Cavabdeh1 və Cavabdeh2 olmuşdur. Məhkəmə iddia tələblərinə ayrı-ayrılıqda qiymət verərək aşağıdakıları müəyyən etdi. İlk növbədə iddia tələbinin “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının İdarə Edilməsi və Özəlləşdirilməsi Departamenti mülkiyyət hüququ haqqında Reyest kitabı № 3, Səhifə 65, Qeydiyyat № 001850, 02.01.2004-çü il tarixli şəhadətnaməyə əsasən Quba rayonu, Dağlı kəndində yerləşən 13.12.2020-ci ildə Quba rayonunda vəfat etmiş X14 mülkiyyətində olan "xxxx" müəssisəsindən cavabdehlərə Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsinin və 5 saylı Xaçmaz ərazi İdarəsi tərəfindən çıxarışın verilməməsi” hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz, ona görə rədd edilməlidir. Belə ki, hazırki iddianın predmeti məhz miras əmlakın vərəsələr arasında bölüşdürülməsi ilə bağlıdır. Miras əmlakın vərəsələr arasında payları müəyyən edilməsi barədə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi hər bir vərəsənin vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması və gələcəkdə özünə aid payın dövlət reyestrində qeydiyyata aldırması üçün əsasdır. Bu səbəbdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Regional “Asan xidmət” mərkəzində notariat ofisinin və DƏDRX-nin 5 saylı Xaçmaz ərazi İdarəsinin üzərinə bu cür vəzifələrin qoyulması barədə tələb tam əsassız hesab edilməli və iddia həmin hissədə rədd edilməlidir. İddia tələbinin “"xxxx" müəssisəsinin fəaliyyətinin İddiaçı tərəfindən idarə olunması” hissəsinə gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir: “Müəssisələr haqqında” Azərbaycan Respublikasının qanununun 26-cı maddəsində göstərilir ki: - müəssisənin idarə edilməsi bu Qanuna, müəssisələrin ayrı-ayrı təşkilati-hüquqi formalarına dair Azərbaycan Respublikasının digər qanunlarına, habelə müəssisənin nizamnaməsinə uyğun həyata keçirilir; - müəssisə idarəetmə orqanlarının strukturunu, ştat vahidlərini və onların saxlanılması xərclərini müstəqil müəyyən edir; - mülkiyyətçi müəssisənin idarəetməsini bilavasitə və ya müvəkkil etdiyi orqanlar vasitəsi ilə həyata keçirir; - fərdi (ailə) və dövlət müəssisəsi istisna olmaqla, digər müəssisələrin idarə edilməsi payçıların ümumi yığıncağı (konfransı), idarə heyəti, səhmdar cəmiyyətində həm də nizamnamədə nəzərdə tutulduğu halda müşahidə şurası tərəfindən həyata keçirilir; - fərdi (ailə) və dövlət müəssisəsinin idarə edilməsi bu Qanuna uyğun olaraq təsisçi tərəfindən müstəqil müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 47.2-ci maddəsinə əsasən hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Qeyri-kommersiya hüquqi şəxsinin nizamnaməsində onun fəaliyyətinin predmeti və məqsədləri müəyyənləşdirilir. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasına yol verilmir; 106-1.3.1-ci maddəsinə əsasən cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-ci il tarixli 4 nömrəli qərarının 3.5-ci bəndindən görünür ki, MPM-nin 218.3-cü maddəsinə əsasən hakim (məhkəmə tərkibi) işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim (məhkəmə tərkibi) qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bu zaman hakim qətnamədə istinad etdiyi qanunu göstərməli və müstəsnalığın nədən ibarət olmasını əsaslandırmalıdır. Məhkəmə qeyd edir ki, hər bir müəssisə eyni zamanda hüquqi şəxsdir, o hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmalıdır. Onun dövlət qeydiyyatına alınması üçün nizamnaməsində öz təşkilati-hüquqi formasını göstərən adı, fəaliyyət göstərəcəyi ünvan yazılır. İş materiallarından göründüyü kimi, mübahisə premdeti sayılan "xxxx" müəssisəsi iddiaçının mərhum atası X14 xüsusi mülkiyyətindədir və digər əmlaklar kimi miras kütləsinə daxildir. İddiaçı "xxxx" müəssisində onun tərəfindən müəyyən tikililərin inşa edildiyini və illərdir həmin obyektlərin onun tərəfindən idarə edildiyini qeyd iddia etsə də, məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 27.07.2021-ci il tarixli **********26 saylı məktubundan göründüyü kimi, Tara müəssisəsinin adına Quba rayonu, Dağlı kəndində qeydiyyatda alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Odur ki, iddia tələbi “"xxxx" müəssisəsinin fəaliyyətinin İddiaçı tərəfindən idarə olunması” hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1157-1.1-ci maddəsinə əsasən miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir; 1157-1.2-ci maddəsinə əsasən mirasın mühafizəsi (qorunması) ilə bağlı tədbirləri hər bir vərəsə digər miras şəriklərinin razılığı olmadan da həyata keçirə bilər; 1157-1.3-cü maddəsinə əsasən mirasın idarə edilməsi ilə bağlı xərcləri vərəsələr özlərinin miras paylarına mütənasib surətdə çəkirlər. Məhkəmə qeyd edir ki, "xxxx" müəssisəsi yuxarıda göstərilən digər əmlaklar kimi miras kütləsinə daxildir və vərəsələr arasında bərabər şəkildə bölünməli, daha sonra müəssisənin nizamnaməsində və qanunla müəyyən edilmiş qaydada idarəçi müəyyən edilməlidir. Hazırda müəssisənin mülkiyyətçisi öldüyündən, mirasın bölüşdürülməsinə qədər vərəsələr onu birgə idarə etmək hüququna malikdirlər. İş materiallarında olan iddianın etirafı barədə əzirələrinə gəldikdə isə, məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 106.3-ci maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir; 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.3-ci maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-ci il tarixli 4 nömrəli qərarının 6.6-ci bəndindən görünür ki, iddiaçı məhkəmə iclasında iddianın predmetini və yaxud əsasını dəyişdirdikdə, iddianın həcmini artırıb-azaltdıqda, cavabdeh iddianı tam və ya qismən etiraf etdikdə bu barədə qətnamədə qeyd edilməli, məhkəmənin bununla razılaşıb-razılaşmamasının səbəbləri qətnamənin əsaslandırıcı hissəsində şərh edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə üçüncü şəxslər X23, X9, X5, X15 iddianın tam etirafı barədə ərizə versələr də, bu hal məhkəmə tərəfindən tam təsdiq edilə bilməz. Ona görə ki, iddianın tam etiraf edilməsi iddianın tam təmin edilməsi deməkdir. Halbuki, yuxarıda qeyd olunduğu kimi, iddia bir neçə tələbdən ibarət olmuş və yuxarıda göstərilən səbəblərdən dolayı iddia tələbinin bir hissəsinin rədd edilməsi qərara alındığından, həmin hissələrdə iddianın etirafı qanuna zidd olduğundan, bu cür etirafın məhkəmə tərəfindən təsdiq edilməsi yolverilməzdir. Qeyd olunanlara əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər X23, X9, X15 və X2 iddianı etirafı qismən, “Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH № 0005066, Reyestr nömrəsi **********62-10301, Qeydiyyat nömrəsi, 280605809, Qeydiyyat tarixi 30/11/2006-cı il tarixli çıxarışa əsasən Quba rayonu, Dağlı kəndində miras qoyanın mülkiyyətdə olan 0,16 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 71.2 kv.m yaşayış, 91.05 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi, Azərbaycan Respublikası nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən **-LC- *** VAZ 21214 minik avtomobil və "xxxx" KB ASC-də olan 42.500 (qırx iki min beş yüz) manat pul 1/7 hissədə vərəsələr İddiaçı, Cavabdeh1, Cavabdeh2, X23, X9, X5 və X6 arasında bərabər bölünsün” hissədə qəbul edilməlidir. Azrbaycan Respublikası Mülki Məcəlləsinin: 1159.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən əsaslı hesab edildiyi üçün qismən təmin edilməli, 13.12.2020-ci ildə Quba rayonunda vəfat etmiş X14 mülkiyyətində olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının İdarə Edilməsi və Özəlləşdirilməsi Departamenti mülkiyyət hüququ haqqında Reyest kitabı № 3, Səhifə 65, Qeydiyyat № 001850, 02.01.2004-cü il tarixli şəhadətnaməyə əsasən Quba rayonu, Dağlı kəndində yerləşən "xxxx" müəssisəsi; Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH № 0005066, Reyestr nömrəsi **********62-10301, Qeydiyyat nömrəsi, 280605809, Qeydiyyat tarixi 30/11/2006-cı il tarixli çıxarışa əsasən Quba rayonu, Dağlı kəndində 0,16 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 71.2 kv.m yaşayış, 91.05 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi; Azərbaycan Respublikası nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən **- LC-*** VAZ 21214 minik avtomobili və "xxxx" KB ASC-də AZ27UBAZ**********1110AZN001 hesabda depozit saxlanılan 42.500 (qırx iki min beş yüz) manat pul 1/7 hissədə vərəsələr İddiaçı, Cavabdeh1, Cavabdeh2, X23, X9, X5 və X6 arasında bərabər bölünməlidir. İddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdehlər X23, X9, X15 və X2 iddianı etirafı qismən qəbul edilsin. İddia qismən təmin edilsin. 13.12.2020-ci ildə Quba rayonunda vəfat etmiş X14 mülkiyyətində olan: - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının İdarə Edilməsi və Özəlləşdirilməsi Departamenti mülkiyyət hüququ haqqında Reyest kitabı № 3, Səhifə 65, Qeydiyyat № 001850, 02.01.2004-cü il tarixli şəhadətnaməyə əsasən Quba rayonu, Dağlı kəndində yerləşən "xxxx" müəssisəsi; - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH № 0005066, Reyestr nömrəsi **********62-10301, Qeydiyyat nömrəsi, 280605809, Qeydiyyat tarixi 30/11/2006-cı il tarixli çıxarışa əsasən Quba rayonu, Dağlı kəndində 0,16 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 71.2 kv.m yaşayış, 91.05 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi; - Azərbaycan Respublikası nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən **-LC-*** VAZ 21214 minik avtomobili; - "xxxx" KB ASC-də AZ27UBAZ**********1110AZN001 saylı hesabda depozit saxlanılan 42.500 (qırx iki min beş yüz) manat pul 1/7 hissədə vərəsələr İddiaçı, Cavabdeh1, Cavabdeh2, X23, X9, X5 və X6 arasında bərabər bölünsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1397/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1397/2021
26.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver