Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1399/2022 01.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X6, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Quba regional “Asan Xidmət” mərkəzinin notariat ofisi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Quba regional “Asan Xidmət” mərkəzinin notariat ofisi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Regional “Asan Xidmət” mərkəzinin notariat ofisi tərəfindən 27 oktyabr 2021-ci il tarixdə **********95 reyestr nömrəli çıxarışa əsasən 0.5054 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh2 tərəfindən Cavabdeh3 bağışlanmasına dair 4Ə-2796 qeydiyyat nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddaçı iddia ərizəsinə əlavə edərək, X13 Xidmət mərkəzinin Notariat Ofisi tərəfindən 27 oktyabr 2021-ci il tarixdə **********95 reyestr nömrəli çıxarışa əsasən 0.5054 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh2 tərəfindən Cavabdeh3 bağışlanmasına dair 4Ə-2796 qeydiyyat nömrəli bağışlama müqaviləsi və onun əsasında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 03 noyabr 2021-ci il tarixdə 0.5054 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədinin, həmçinin mülkiyyət hüququna dair 03 noyabr 2021-ci il tarixli və **********95 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2021-ci ilin sentyabr ayında cavabdehlər Cavabdeh2, Quba regional “Asan Xidmət” mərkəzinin notariat ofisi və DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Quba regional “Asan Xidmət” mərkəzinin notariat ofisi tərəfindən 05 avqust 2005-ci il tarixdə vəfat etmiş X2 miras əmlakından tam hissədə pay almalı olması barədə 19 mart 2021-ci il tarixdə 2V-294 reyestr nömrəsi ilə Cavabdeh2 verilmiş qanun üzrə X11 şəhadətnamənin ləğv edilməsi və onun əsasında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 14 aprel 2021-ci il tarixdə 0.5054 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədinin, həmçinin mülkiyyət hüququna dair 15 aprel 2021-ci il tarixli, **********95 reyestr nömrəli çıxarışın ləğv edilməsinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 20 dekabr 2021-ci il tarixli qətnaməsi ilə Quba regional “Asan Xidmət” mərkəzinin notariat ofisi tərəfindən 05 avqust 2005-ci il tarixdə vəfat etmiş X2 miras əmlakından tam hissədə pay almalı olması barədə 19 mart 2021-ci il tarixdə 2V- 294 reyestr nömrəsi ilə Cavabdeh2 verilmiş qanun üzrə X11 şəhadətnamənin və onun əsasında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 14 aprel 2021-ci il tarixdə 0.5054 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədinin, həmçinin mülkiyyət hüququna dair 15 aprel 2021-ci il tarixli, **********95 reyestr nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir. Həmin qətnamə icra olunan zaman 27 oktyabr 2021-ci il tarixdə Cavabdeh2 mübahisəli torpaq sahəsini oğlu Cavabdeh3 bağışlaması müəyyən edilmişdir. Mübahisəli torpaq bağışlanılan Cavabdeh3 həmin torpaq sahəsini qəbul edərkən, atası Cavabdeh2 onunla həmin torpaq sahəsi ilə bağlı məhkəmədə mübahisənin olmasını bilmişdir. Cavabdeh2 məhkəmənin nəticəsini gözləmədən, bilərəkdən mübahisəli torpaq sahəsini oğluna formal olaraq bağışlamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X9 iddianı müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, 05 avqust 2005-ci il tarixdə vəfat etmiş anası X1 miras qalan əmlakdan 20 sot torpaq sahəsi onun, digər 5 sot torpaq sahəsi isə iddiaçının istifadəsindədir. Torpaq sahəsini öz adına vərəsələrin razılığı əsasında keçirmişdir. Sonradan həmin torpaq sahəsini öz oğlu Cavabdeh3 bağışlamışdır. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək bildirdi ki, sözügedən torpaq sahəsi vəsiyyətnamə əsasında nənəsindən atasına keçmişdir. İş üzrə şahid qismində izahat vermiş X5 bildirdi ki, 05 avqust 2005-ci il tarixdə vəfat etmiş anası X1 0,25 ha torpaq sahəsi qalmışdır. Anasının bütün vərəsələri, iddiaçıdan başqa, öz pay əmlaklarından Cavabdeh2 xeyrinə imtina etmişlər. İddiaçı 5 sot torpaq sahəsini zəbt etmişdir. İddiaçının həmin torpaq sahəsinə ehtiyacı yoxdur. Anasının sağlığında sonuncuya Cavabdeh2 qulluq etmiş, yas mərasimində iştirak etmişdir. Cavabdeh Quba regional “Asan Xidmət” mərkəzinin notariat ofisi tərəfindən daxil olmuş məktubdan görünür ki, təşkilatın nümayəndəsi məhkəmə iclasında iştirak edə bilmir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh təşkilatın nümayəndəsinin və digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: - 21 oktyabr 2004-cü il tarixli vəsiyyətnamədən görünür ki, X4 mülkiyyətində olan ümumi sahəsi 100.6 m2 olan, yaşayış sahəsi 45.8 m2 olan evini və 0,20 ha həyətyanı torpaq sahəsini oğlu Cavabdeh2 vəsiyyət etmişdir; - Quba RİHB-nin İİ Nügədi İƏD üzrə nümayəndəliyin arayışından görünür ki, 2005-ci ildə vəfat etmiş X3 mülkiyyətində olan 0,26 ha İ qrup pay torpağından mərhumənin ölən günündən hal-hazıradək oğlu Cavabdeh2 kənd təsərrüfatı məhsulları əkib-bəcərməklə istifadə edir; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 15 aprel 2021-ci il tarixli, **********95 reyestr nömrəli çıxarışdan görünür ki, 0.5054 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir; - 27 oktyabr 2021-ci il tarixli **********796 nömrəli bağışlama müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan 0.5054 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Cavabdeh3 bağışlamışdır; - Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il 2(027)-2230/2021 saylı qətnaməsindən görünür ki, Quba Regional «Asan Xıdmət» mərkəzinin Notarat Ofisi tərəfindən xx.xx.2005ci il tarixdə vəfat etmiş X2 miras əmlakından tam hissədə pay almalı olması barədə xx.xx.2021-ci il tarixdə 2V-294 reyestr nömrəsi ilə Cavabdeh2 verilmiş Qanun üzrə X11 Şəhadətnamə və onun əsasında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə 0.5054 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədi, həmçinin mülkiyyət hüququna dair xx.xx.2021-ci il tarixli, **********95 reyestr nömrəli Çıxarışın ləğv edilməsi qət edilmişdir; “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.4-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətidir; 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyiyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 140-cı maddısinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 339.2-ci maddəsinə görə şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi miras qoyan X2 vərəsəsi oğlu Cavabdeh2 mülkiyyətinə keçmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 15 aprel 2021-ci il tarixli, **********95 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il 2(027)-2230/2021 saylı qətnaməsinə əsasən 15 aprel 2021-ci il tarixli, **********95 reyestr nömrəli çıxarışın ləğv edilməsinə baxmayaraq, 27 oktyabr 2021-ci il tarixdə Cavabdeh2 0.5054 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini oğlu Cavabdeh3 bağışlamışdır. Cavabdeh3 əsassız və qanunsuz əldə etdiyi torpaq sahəsinin digər cavabdeh Quba Regional «Asan Xıdmət» mərkəzinin notarat ofisi tətəfindən təsdiq edilmiş bağışlama müqaviləsi də qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən hallar qanuni qüvvəsini almış məhkəmə qərarları ilə müəyyən edildiyindən həmin faktlar yenidən sübut olunmayaraq ona hüquqi qiymət verilmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən - Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13 fevral 2007-ci il trixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Beləliklə müəyyən olunmuşdur ki, Cavabdeh2 əsassız və qanunsuz olaraq 0.5054 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini əldə edərək digər Cavabdeh3 bağışlamışdır. Bu da öz növbəsində bağışlama müqaviləsinin etibarsızlığı üçün əsas yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, Quba Regional «Asan Xıdmət» mərkəzinin Notarat Ofisi tətəfindən təsdiq edilmiş 4Ə-2796 qeydiyyat nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsi etibarsız hesab edilməli və onun əsasında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 03 noyabr 2021-ci il tarixdə 0.5054 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədinin, həmçinin mülkiyyət hüququna dair 03 noyabr 2021-ci il tarixli və **********95 reyestr nömrəli çıxarış ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Quba Regional «Asan Xidmət» mərkəzinin notarat ofisi tərəfindən təsdiq edilmiş 27 oktyabr 2021-ci il tarixli 4Ə-2796 qeydiyyat nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsi etibarsız hesab edilsin və onun əsasında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 03 noyabr 2021-ci il tarixdə 0.5054 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədinin, həmçinin mülkiyyət hüququna dair 03 noyabr 2021-ci il tarixli və **********95 reyestr nömrəli çıxarış ləğv edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına (elektron qaydada) apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1399/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1399/2022
01.11.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver