Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1403/2021 31.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayon Aqrar İslahat Komissiyasının 01 fevral 1999-cu il tarixli 115 nömrəli qərarı ilə Quba rayon Zərdabi qəsəbəsində yerləşən 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-268 nömrəli, KOD ********* Torpağa mülkiyyət hüququna X5 Ərizəçi məxsus olmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin edilməsi məhkəmədən xahiş etdi. Ərizəçi ərəizəsində göstərmişdi ki, Quba rayon Aqrar İslahat Komissiyasının 01 fevral 1999cu il tarixli 115 nömrəli qərarı ilə Quba rayonunun Zərdabi qəsəbəsində yerləşən 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Həmin hüquq JN-268 nömrəli, KOD 30316018 kodlu “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”-nda əks olunmuşdur. Hazırda qüvvədə olan qanunvericilik aktlarınжт tələbinə əsasən həmin torpaq sahəsinə mülkiyyət hüququ Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsində daşınmaz əmlakın Dövlət reystrində qeydə alınmalıdır. Hüquqların həyata keçirlməsi zamanı bəlli olmuşdur ki, JN - 268 nömrəli, KOD 30316018 kodlu “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”-nda ata adında yanlışlığa yol verilərək “Binyaməddin” yazılmalı olduğu halda, “Binyəddin” yazılmışdır. Hazırki ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 31 may 2021-ci il tarixli, № **********24 saylı məktubunun əslindən göründüyü kimi həmin uyğunsuzluqlarin aradan qaldırılması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətlərinə aid olmadığına görə hüquqların qorunması üçün məhkəməyə müraciət etməli olub. Göstərilənləri nəzərə alaraq, Quba rayon Aqrar İslahat Komissiyasının 01 fevral 1999-cu il tarixli 115 nömrəli qərarı ilə Quba rayon Zərdabi qəsəbəsində yerləşən 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-268 nömrəli, KOD ********* Torpağa mülkiyyət hüququna X5 Ərizəçi məxsus olmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı tərəf olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə maraqlı tərəf olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Ərizəçi dinləyib, işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan, JN-268 nömrəli, KOD ********* saylı Torpağa Mülkiyyət Hüqüqüna X5 surətindən görünür ki, Quba rayon Zərdabi kəndi ərazisindən Quba rayon Aqrar İslahat Komissiyasının 01 fevral 1999-cu il tarixli 115 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.25 ha torpaq sahəsi Ərizəçi mülkiyyətinə verilmiş, torpaq mülkiyyətçisinin soyadı, adı, ünvanı qrafasında ata adı “Binyaməddin” əvəzinə “Binyəddin” yazılmışdır. İş materiallarında olan Quba rayon Zərdabi bələdiyyəsinin 08.06.2021-ci il tarixli, 129 a nömrəli arayışından görünür ki, JN-268 nömrəli, KOD ********* saylı Torpağa Mülkiyyət Hüqüqüna X6 Ərizəçi atasının adı mexaniki olaraq “Binyəddin” kimi yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz İdarəsinin Ərizəçi ünvanladığı 31.05.2021-ci il tarixli məktubda JN-268 nömrəli, KOD ********* saylı Torpağa Mülkiyyət Hüqüqüna X6 ad və soyadlarında yaranmış uyğunsuzluğları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Babayev Binyaməddin Gərəy oğlu 22.07.2004-cü ildə vəfat etmişdir və ölüm haqqında akt qeydləri kitabında 02.08.2004-cü il tarixdə 35 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Şəhadətnamə Ərizəçi məxsusdur. İş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Quba rayonu Zərdabi kəndində qeydiyyatdadır. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki JN-268 nömrəli, KOD ********* saylı Torpağa Mülkiyyət Hüqüqüna X5 Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. Quba rayon Aqrar İslahat Komissiyasının 01 fevral 1999-cu il tarixli 115 nömrəli qərarı ilə Quba rayon Zərdabi qəsəbəsində yerləşən 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-268 nömrəli, KOD ********* Torpağa mülkiyyət hüququna X5 Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1403/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1403/2021
31.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver