Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1404/2020 04.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Quba rayon AİK-nın xx.xx.2002-ci il tarixli, 04 nömrəli qərarı ilə verilmiş JN-0046, kod 30325038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında olan X3, X2, X6, X7, Ərəbova Könül Əkbər qızı ilə yanaşı ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X3, X2, X6, X7, Ərizəçi və Ərəbova Könül Əkbər qızına Quba rayon AİK-nın xx.xx.2002-ci il tarixli, 04 nömrəli qərarı ilə Torpağa Mülkiyyət Hüququna dair JN-0046, kod 30325038 saylı Dövlət Aktına əsasən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı Quba ryaon Yenikənd kəndi ərazisindən 1,50 ha torpaq sahəsi verilmişdir. Lakin JN-0046, kod 30325038 saylı Dövlət Aktında onun adı və soyadı səhv yazılmışdır. Belə ki, həmin Dövlət Aktında “Ərəbov Xəyyam Əkbər oğlu” əvəzinə səhvən “X4” kimi qeyd olunmuşdur. Hazırda sənədləşmə işi ilə əlaqədar Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında qeyd olunan yanlışlıqlar olduğuna görə sənədləşmə işi apara bilməmişdir. Ona görə də, bu tələblə əlaqədar məhkəməyə müraciət etmişdir. Məhkəmədə Ərizəçi ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Quba RİHB-nin Tüləkəran kənd İƏD nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 102 saylı arayışından görünür ki, Ərizəçi Quba rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. İş materiallarına əlavə edilmiş “AA******* nömrəli Şəxsiyyət vəsiqəsi” surətindən görünür ki, Ərizəçi xx.xx.1986-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş DƏDRX-nin 5 saylı X5 xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Ərizəçi JN-0046, kod 30325038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktıdakı yanlışlıqların aradan qaldırılması barədə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, X1 və onun ailə üzvlərinə Quba rayon AİK-nın xx.xx.2002-ci il tarixli 04 saylı qərarına əsasən JN- 0046, kod 30325038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edilərək 1.50 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X1 və onun ailə üzvlərinə Quba rayon AİK-nın xx.xx.2002-ci il tarixli 04 saylı qərarına əsasən 1.50 ha torpaq sahəsi verilmiş və bununla əlaqədar Dövlət Aktı tərtib edilmişdir. Həmin Dövlət Aktında “Ərizəçi” əvəzinə səhvən “X4” kimi qeyd olunmuşdur. Ərizəçi məhkəmədən torpağa mülkiyyət hüququna dair JN-0046, kod 30325038 saylı Dövlət Aktının Ərizəçi məxusus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçinin göstərdiyi hal, yəni torpağa mülkiyyət hüququna dair JN- 0046, kod 30325038 saylı Dövlət Aktının Ərizəçi münasibətdə ona məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi qismən təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-0046, kod 30325038 saylı Dövlət Aktının Ərizəçi münasibətdə ona məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1404/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1404/2020
04.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver